» » » Quran və hədis elmləri ilə tanışlıq-Dərs 1


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Quran və hədis elmləri ilə tanışlıq-Dərs 1
    +5
    Müəllif: Admin | 28-01-2016, 17:30 | Baxılıb: 1 415
    Video

     
     


    MP3



     
     
     
    Mətn

    Allahın adı ilə

    QURAN VƏ HƏDİS ELMLƏRİ İLƏ TANIŞLIQ
    Dərs: 1
    Quran elmləri ilə tanışlıq
    Təlif: Dr. İlqar İsmayılzadə
     اَلْحَمْد لِلّهِدَِّ َلِْالََْدنلَمّ َِوَسَدهَن عِلَهَدبِلَِّدنلّذِّال دَّْ َِامْدمَدَبَِلحَم د لِوَِبلّدَِّالم ِّْد َِالم دنمّيَّ َِالْمََْ لد َّ َِوَِ امحنبَِّّالملت ق َ
    Bütün təriflər (həmd, səna) aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın seçdiyi bəndələri Məhəmməd (s), onun pak və məsum Əhli-beytinə salam olsun!
    ÖN SÖZ
    On dörd əsr öncə Ərəbistan yarımadasında zühur etmiş sonuncu ilahi peyğəmbər həzrət Məhəmməd (s) bütün insanların hidayəti üçün Allah-taala tərəfindən göndərilmiş sonuncu səmavi kitab sayılan Qurani-Kərimi gətirmişdir.
    Bu səmavi kitab ilk növbədə islam Peyğəmbərinin (s) açıqlamaları və izahları ilə islam dinində iki əsas və önəmli məxəzə çevrilərək Quran və sünnə adlanmışdır. Odur ki, islam dini və maarifi ilə tanış olmaq istəyən hər bir şəxs ilk növbədə Qurana, daha sonra isə hədis və rəvayətlərdən təşkil tapmış sünnəyə müraciət edir.
    Quran və sünnədən düzgün və yetərli tərzdə bəhrələnmək üçün öncə xüsusi elmlərə yiyələnmək zəruridir. Belə ki, Quranla bağlı "Quran elmləri", sünnə ilə bağlı isə "hədis elmləri" barədə kifayət qədər elmi və məlumatı olmayanların bu iki məxəzdən istifadə etməsi bir çox hallarda yanlıĢ nəticələrə səbəb olur.
    "Quran və hədis elmləri ilə tanışlıq" adlı bu əsərin ilk hissəsi Quran elmləri, ikinci hissəsi isə hədis elmlərinə aid edilmiş, hər bir hissədə Quran və hədis elmləri ilə bağlı önəmli məlumatlar təqdim edilmişdir.
    Ümidvaram ki, islam dininin önəmli və əsaslı elmlərindən sayılan Quran və hədis elmləri sahəsində çəkdiyim bu kiçik zəhmət Allah-taala dərgahında qəbul olunacaq, həmçinin islam şəriətinin sahibi həzrət Məhəmməd (s) və onun pak Əhli-beytinin (ə) lütfünə layiq görüləcəkdir. İnşaallah!
    Quran elmlərinin mənası
    "Quran elmləri" ifadəsinin hansı mövzu barədə söz açdığı bu ifadənin zahirindən başa düşülür.
    "Quran elmləri" əslində "Quran" və "elmlər" ifadəsindən təşkil tapmışdır. Quran İslam Peyğəmbərinə (s) nazil olmuş müqəddəs kitabımızın əsas və önəmli adı, "elmlər" ifadəsi isə ərəb dilində "elm" (bilik) sözünün cəm formasıdır.
    Bəzi Quran alimləri Quran elmləri ifadəsini yalnız Qurani-Kərimə aid olan bir neçə müəyyən mövzular (Quranın tarixi, vəsfi, xüsusiyyətləri və s.) çərçivəsində təsəvvür etsələr də bu ifadə müqəddəs kitabımız Qurani-Kərimlə tanışlığı yetirən bütün elm və mövzulardan ibarət bir elmin adıdır. Buna misal olaraq "Quranın nazil olması", "Quranın yazılması", "Quranın təfsiri", "Quranın tərcüməsi", "Quranın toplanması", "Quranın qiraət növləri", "Quranın ecazkarlığı", "nasix" və "mənsux" mövzuları, "Quran oxumaq qaydaları", "Quranın təhrif olmaması" və digər bu kimi mövzuları qeyd etmək olar.
    Qeyd etmək lazımdır ki, həm qədim zamanlarda, həm də hal-hazırda Qurana aid olan bəzi mövzular müstəqil bir fənn və ya incəsənət növünə çevrildiyi üçün Quran elmləri cərgəsindən xaric olmuş və buna görə də adətən alimlər Quran elmləri kitablarında danıĢarkən bu kimi mövzulardan söz açmırlar. Həmçinin, Qurani-Kərimdə bəyan olumuş müxtəlif mövzuları (Quran əhvalatları, əqidəvi məsələlər, şəriət göstərişləri və s.) Quran elmləri deyil, Quran maarifi adlandırmaq daha məqsədəuyğundur. Baxmayaraq ki, Qurani-Kərimlə əlaqədar olan hər bir elm, xüsusilə də Quran maarifi və təfsiri əslində "Quran elmləri"ndən sayılır.
    Doktor Sübhi Saleh bu barədə yazır:
    "(QURAN ELMLƏRI) QURANI-KƏRIMLƏ BAĞLI MƏSƏLƏLƏR (MÖVZULAR) MƏCMUƏSINDƏN IBARƏTDIR. BUNA MISAL OLARAQ QURANIN NAZIL OLMASI, YAZILIġI, TOPLANMASI, (MÖVCUD) MÜSHƏFLƏRDƏ TƏRTIB SIRASI, LƏFZLƏRININ TƏFSIR EDILMƏSI, HƏMÇININ, XÜSUSIYYƏTLƏRI VƏ HƏDƏFLƏRININ BƏYAN EDILMƏSINI GÖSTƏRMƏK OLAR."
    Dahi ustadımız Əllamə Şeyx Məhəmməd Hadi Mərifət isə bu barədə belə yazır:
    1 -"Məbahisun fi ulumil-Quran", Sübhi Saleh, səh: 10. 4
    "Quran elmləri" Quranı tanımaq və onun müxtəlif məqamları barədə məsələlərə aid olan bir termindir. "Quran elmləri" ilə "Quran maarifi"nin fərqi "Quran elmləri"nin (Quranın) xarici bəhslərinə aid olub onun təfsir baxımından mənasına aid olmayan bir mövzu olduğu, "Quran maarifi"nin isə Quranın daxili mənası və onun ehtiva etdiyi mövzulara aid olması, habelə bir növ mövzu əsasında olan təfsir sayılmasından ibarətdir... "Quran elmləri" Quranı tanımaq və onun müxtəlif məqamlarını dərk etmək üçün ilkin mövzuları özündə ehtiva edir. Burada vəhy, Quranın nazil olması, Quranın nazil olma müddəti və tərtib sırası, surə və ayələrin nazil olma səbəbi, Quranın toplanması, Quran katibləri, Quran müshəflərinin vahid formaya salınma prosesi, Quranın qiraət növlərinin peyda olması, qiraətdə ixtilafın mənşəyi, Quranın təhrif olmaması, Quranda nəsx məsələsi, Quranda mütəşabih (oxşar mənalı ayələrin) olması, Quranın ecazkarlığı və s... Kimi mövzulardan söz açılır."1
    Unutmayaq ki, tarix boyu alimlər tərəfindən Quran elmləri mövzusunda yazılmış kitablar müqəddəs Quranda olan bütün elmləri və incəlikləri ehtiva edə bilməz. Bu kimi kitabları Qurani-Kərim kimi sahilsiz bir dərya qarşısında kiçik bir damcıya bənzətsək yanılmarıq. Əlbəttə, Quran elmlərinin sayı barədə xüsusi bir ədədi təqdim etmək olduqca çətin bir məsələdir. Lakin hər halda Quran elmləri və maarifinin olduqca zəngin və çoxsaylı olması inkaredilməz bir məsələdir.
    "Quran elmləri" barədə tərtib edilmiş əsas məxəzlər
    "Quran elmləri" mövzusunda tərtib edilmiş əsərlərin bəzisi malik olduqları hərtərəfli ehtiva və çoxsaylı mövzulara əsasən bu sahədə əsas məxəz və mənbə sayıır. Burada uyğun mövzuda tərtib edilmiş əsas məxəzlərlə tanış oluruq:
    1. "Fəzailul-Quran", Əbu-Übeyd Qasim ibn Səllam Herəvi (vəfatı: 224 h. q.);
    2. "Əl-Əqlu və fəhmul-Quran", Haris ibn Əsəd Mühasibi (vəfatı: 234 h. q.);
    3. "Fünunun-əfnan fi əcaibi ulumil-Quran", Əbül-Fərəc Əbdür-Rəhman ibn Əli ibn Cövzi (vəfatı: 597 h. q.);
    4. "Əl-Bürhan fi ulumil-Quran", şeyx Bədrəddin ZərkeĢi (vəfatı: 794 h. q.);
    5. "Əl-İtqan fi ulumil-Quran", şeyx Cəlaləddin Süyuti (vəfatı: 911 h. q.);
    6. "Mənahilul-irfan fi ulumil-Quran", ġeyx Məhəmməd Əbdül-Əzim Zərqani;
    1 -"Ulumi-Qurani", Əllamə Mərifət, səh: 7-8. 
    7. "Ət-Təmhid fi ulumil-Quran", Əllamə şeyx Məhəmməd Hadi Mərifət;
    Müasir dörvdə Əllamə Mərifətin Quran elmləri ilə bağlı tərtib etdiyi və eyni halda uyğun mövzuda əsas və önəmli məxəzlərdən biri sayılan "ət-Təmhid fi ulumil-Quran" adlı əsəri əvvəllər 6 cilddə nəşr edilsə də sonralar 10 cilddə hazırlanaraq nəfis şəkildə işıq üzü görmüşdür. Həmin əsərdə Quran elmlərinin vəhy, Quranın nazil olması, surə və ayələrin nazil olma səbəbi, Quranın toplanması, qiraət növləri, nəsx, möhkəm və mütəşabih, Quran ecazkarlığı, Quranın təhrif olmaması, Quran əhvalatları, Quran və hormonotika, Quran tərcüməsi və təfsiri, həmçinin, Qurani-Kərimlə bağlı sual və iradların cavabları kimi mövzulardan söz açılmışdır.1 Əllamə Mərifət bu möhtəşəm əsəri elmi araşdırmalar və tədqiqat əsasında qələmə alaraq onun Quran elmləri sahəsində sözün əsil mənasında elmi məxəz olmasına şərait yaratmışdır. 1 -Bax: "Aşenayi ba ulume-Quran", Səidi Rövşən, səh: 23-25


     
     
    Bölmə: Dərslər / Quran və Hədis elmləri
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 28 Ocak 2016 22:57 | İstifadəçi | Şərh yazdı
    podzatylnik Allah razi olsun cox gozeldir, cox deyerli derslerdir, Allah sizlerin elminize bereket versin ,Allah bu sayti bizlere cox gormesin , tost bizlerede savad versin ki, bu derslerden behrelene biley  in sa Allah amin draznilka

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.