Dua və hacətlərin tələbinin təsir və səmərəsi
İnsan üzərində çoxlu təsiri olduğundan, dua diqqət mərkəzindədir. Xüsusilə də, Məsumların (ə) duaları tərbiyəvi xüsusiyyətlərlə doludur. Buna "Nüdbə” duasını misal göstərmək olar. Agahlıq, qəlbi hüzur və onun möhtəvasına diqqət yetirərək "Nüdbə” duasını oxuyan şəxs sanki bir dövrə imamət və vilayət dərsini oxumuş sayılır. Həmçinin, "Ərəfə” duasını zümzümə edən insan maarif, əqidə və tövhid dərsini keçmiş kimi olur. Bu duada nəzərə çarpan tövhidi məsələləri başqa dualarda tapmaq olmur. O cümlədən, "Kumeyl” duası paklanma, özünü düzəltmə və tövbə etməyi bizə öyrədir. Belə ki, tövbə edib Allaha sarı dönmək istəyən insana öz yaradanı ilə necə söhbət etmək oxucuya aşılanır. "Məkarimul-əxlaq” duasından İslam etikası ilə bağlı məlumat əldə edə bilərik.
İslami dualarda insan üçün həddən artıq tərbiyəvi fayda və səmərə mövcuddur. Biz aşağıdakı qeydlərimizdə onların bir neçəsinə işarə edirik:
1.Tanımaq və maariflənmək
Dua etməyin və duanın özünün əsas səmərələrindən biri də tanımaq və maariflənməkdir. Misal üçün, "Ərəfə” duasını zümzümə edən insan maarif, əqidə və tövhid dərsini keçmiş kimi olur. Bu duada nəzərə çarpan tövhidi başqa dualarda tapmaq olmur. Həmçinin, Əmirəl-mömininin (ə) "Nəhcül-bəlağə” kitabında da Allahı tanımağın yolları ən yüksək səciyyələrlə bəyan olunmuşdur. Həzrət Əli (ə) "Nəhcül-bəlağə”nin 46-cı xütbəsində bir məsələyə işarə edərək buyurur ki, dua Allahın hüzuruna dua edənlər üçün qəlbi aramlıqdır. İmam buyurur:
"أللّهمّ أنت الصّاحب فی السّفر، و أنت الخلیفة فی الأهل، و لا یجمعهما غیرک”
"İlahi! Biz səfər edərkən Sən bizimləsən, vətəndə qalan yaxınlarımıza nisbətdə hami və qoruyansan, Səndən başqa, heç kəs onları mühafizə edə bilməz.”
Bəli, yalnız Allahdır ki, bütün zaman və məkanlardan xəbərdardır. Eyni zamanda, o, zamanı və məkanı əhatə edəndir. Heç bir yer Ona nə yaxın, nə də uzaq deyil. Yəni, bütün yerlər onun üçün eynidir, uzaq və yaxını yoxdur. Bütün anları və zamanları əhatə edənə həyatımızı tapşırsaq, nə gözəl olar! O, hər bir yerdə bizimlədir.
"لأنّ المستخلف لا یکون مستصحبا، و المستصحب لا یکون مستخلفا”
Bu duanın son cümləsində qeyd etmək istəyir ki, həm səfərdə olduğumuzda bizimlə olan, həm də bizim vətənimizdəki yaxınlarımızın yanında hazır olan Allahdan başqa, heç kəs bu işə qadir ola bilməz.”
Gördüyünüz kimi bu cümlələrin hər bir misrası dua şəklində qeyd edilmiş və dua qəlibində bizə ilahi maarifi öyrədir.
İslami dualarda təkcə Allahı tanımaq məsələsi bəyan edilməmişdir, əksinə bu dualar dəryalar qədər mərifətlə doludur. Beləliklə, "Nüdbə” duasını təmiz qəlblə və onun məzmununa diqqət yetirərək oxuyan şəxs, sanki imamət və vilayət dərsi almış şəxs kimidir.
"Nüdbə” duasında oxuyuruq:
وَ اجْعَلْ صَلَاتَنَا بِهِ مَقْبُولَةً وَ ذُنُوبَنَا بِهِ مَغْفُورَةً وَ دُعَائَنَا بِهِ مُسْتَجَاباً وَاجْعَلْ أَرْزَاقَنَا بِهِ مَبْسُوطَةً وَ” "هُمُومَنَا بِهِ مَکْفِیَّةً وَ حَوَائِجَنَا بِهِ مَقْضِیَّةً
Vilayət həqiqətini dərk etmədən bütün qapılar bizim üzümüzə bağlıdır. Belə ki, namazımızın qəbulluğu, günaha batmamağımız, dualarımızın qəbul edilməsi, ruzilərimizin çoxalması və qəmlərimizin aradan qaldırılması vilayət nuru sayəsindədir. Bu, necə də böyük bir həqiqətdir!
2. Əxlaqi tərbiyə və mənəviyyatın kamilləşməsi
Dua etməyin faydalarından biri də əxlaqi tərbiyə və mənəviyyatı kamilləşdirməkdir. Beləliklə, "Məkarimul-əxlaq” duasından bir dövrə islami etika və əxlaqı əldə etmək olar. "Ərəfə” duasında oxuyuruq:
"وَ اجْعَلْ غِنَاىَ فِی نَفْسِی”
"İlahi! Ehtiyacsızlığımı mənim nəfsimdə (batinimdı) yerləşdir.”
Xarici (təbii) aləmdə ehtiyacsızlıq bir şey deyil, çünki onu sərvət toplamaqla əldə etmək olar. Həqiqətdən də, ehtiyacsızlığı batində axtarmaq lazımdır. Ona görə ki, əgər insanın nəfsi ehtiyacsızlıqla sirab olmasa, bütün dünyanı ona versələr də o, yenə də doymayacaq və teşnə olduğunu bildirəcəkdir. Buna vodyanka və ya hid r o pos (bədən boşluğuna su yığılması) xəstəliyini misal göstərmək olar. Hid r o pos xəstəliyinə tutulan şəxs sudan doymur. Əgər ruh Allahın mərifətilə sirab olarsa, dünya onun gözündə dəyərsiz sayılar.
Beləliklə, dua mətnlərində əxlaqi tərbiyələr az deyil. İnsan bu duaları oxumaqla təkamül yolunda addımlayaraq səadət zirvəsinə yetişə bilər. Məsumlardan (ə) bizə çatan dualar həqiqətdən də, hamıya mənəviyyat və səadət bəxş edə bilər.
Bazar gününün duasını oxuyuruq:
"وَ اجْعَلْ غَدِی وَ مَا بَعْدَهُ أَفْضَلَ مِنْ سَاعَتِی وَ یَوْمِى”
Allahın bu mesajını can-başla dinləyirik. Diqqətli ol! Ömründən bir gün, hətta bir saat azalır. İrəli addımlamaq lazımdır ki, təzə zirvələri fəth edəsən. Belə olmazsa, ömrünə yaşayıram adını verə bilməzsən və tədricən can verərək ömrünü sona çatdıracaqsan.
3.Təqva və pisliklərdən çəkinmək
Dua edən şəxs yaradanın sonsuz qüvvə və himayəsindən istifadə etmək üçün Onunla özü arasındakı rabitəni möhkəmlətməli, Onun pak zatına yaxınlaşmalı və Onun calal və camal sifətlərindən bəhrələnməlidir.
Burada belə bir sual yaranır ki, insanın belə çirkinlikləri mənimsədiyi halda, dualarının qəbul olmasının intizarını çəkməsi mümkündürmü? "Kumeyl” duasında belə mənalı cümləni oxuyuruq:
"اللَّهُمَّ اغْفِرْلِیَ الذُّنُوبَ الَّتِی تَحْبِسُ الدُّعَاءَ”
"İlahi! Dualarımın qəbulluğuna mane olan (onları həbs edərək tutub saxlayan) günahlarımı bağışla!”
İnsan bu cümləni dərk etsə, başa düşər ki, günahlarının çoxluğu onun duasının qəbul olmasına mane olur. Bunları dərk etməklə qəflət pərdəsini aradan qaldırmaq olar.
Təqvasızlığın və günahkar olmanın mühüm və əsas amillərindən biri də qəflət və xəbərsizlikdir. Beləliklə, duanın əsas xüsusiyyətlərindən biri də insan qəflət yuxusunda və ya hansısa bir məsələdən xəbərsiz olarkən onu həmin məsələdən agah etmısidir. Misal üçün, şiələr mübarək Ramazan ayının gündəlik namazlarını qıldıqdan sonra deyirlər:
أَللَّهُمَّ أَدْخِلْ عَلَى أَهْلِ الْقُبُورِ السُّرُورَ، أَللَّهُمَّ أَغْنِ کُلَّ فَقِیرٍ، أَللَّهُمَّ أَشْبِعْ کُلَّ جَائِعٍ، أَللَّهُمَّ اکْسُ کُلَّ عُرْیَانٍ، أَللَّهُمَّ” اقْضِ دَیْنَ کُلِّ مَدِینٍ، أَللَّهُمَّ فَرِّجْ عَنْ کُلِّ مَکْرُوبٍ، أَللَّهُمَّ رُدَّ کُلَّ غَرِیبٍ، أَللَّهُمَّ فُکَّ کُلَّ أَسِیرٍ، أَللَّهُمَّ أَصْلِحْ کُلَّ فَاسِدٍ مِنْ أُمُورِ الْمُسْلِمِینَ، أَللَّهُمَّ اشْفِ کُلَّ مَرِیضٍ، أَللَّهُمَّ سُدَّ فَقْرَنَا بِغِنَاکَ، أَللَّهُمَّ غَیِّرْ سُوءَ حَالِنَا بِحُسْنِ حَالِکَ، "أَللَّهُمَّ اقْضِ عَنَّا الدَّیْنَ، وَ أَغْنِنَا مِنَ الْفَقْرِ، إِنَّکَ عَلَى کُلِّ شَىْءٍ قَدِیرٌ،
Bu dualar il böyü qafil olduğu işləri insana xatırladır. İnsana xatırladır ki, dünyadan gedənlərin və əli aşağı olanların fikirində ol. Kasıbların problemlərinin həll olması üçün bir yol tapmaq lazımdır. Acların qarınlarını doyuzdurmaq gərəkir. Münasib libas tapa bilməyənlərə yardım etmək lazımdır. Borcunu ödəyə bilməyənlərə kömək etmək lazımdır. Qəmi-qüssəsi olan insanların qəminə şərik olmaq lazımdır. Vətəndən uzaq olan və səfərdə qalan insanlara yardım etmək lazımdır. Zaman keçdikcə yaddan çıxan əsirləri azad etməyin yolunu tapmaq lazımdır. Cəmiyyətdəki fəsadları aradan qaldırmaq lazımdır. (Belə olmasa, ailələrə də zərər dəyəcək) Müsəlman olan xəstələrin şəfa tapması üçün dua etmək lazımdır.
Bəzi insanların başı işin çoxluğuna qarışır və onlar mənəviyyətdən qafil olurlar. Dua isə insanı özünə qaytarır və insana xatırladır ki, cismi, ruhi, maddi və mənəvi problemlərin həlli üçün mübarək Ramazan ayında bir çarə qıl. Qəflət pərdələrini kənara çək. Bu ayda elə kəsdən kömək istə ki, bütün işləri yerinə yetirməyə qadir olsun. Beləliklə, duanın əhəmiyyətli sirlərindən biri də insanı müqədiməsi təqva və çəkinmək olan qəflət yuxusundan oyatmaqdır. Çirkinliklərə və günahlara batmaqdan insanı uzaqlaşdıran şey təqvadır.
4.Günahların bağışlanması
İnsanların günahlarının bağışlanması da duanın başqa bir təsiridir. Duaların bəziləri insanlara tövbə etməyi və günahların bağışlanması yolunu öyrədir. Buna "Kumeyl” duasını misal çəkmək olar. Tövbə etmək fikrində olan insana bu dua necə "Allahuməğfir li” (İlahi, məni bağışla!) deməyi, öz Allahı ilə necə söhbət etməyi öyrədir. İmamlar (ə) öz dualarında insanlara dua etməyin qaydalarını öyrədirlər. Biz şiələr imamların (ə) məsum olmasına etiqadlıyıq və onların günah etməməsinə inanırıq. Bəzi duaları oxumağın özü də bir sıra günahların bağışlanmasına səbəb olur. Bəzi rəvayətlərə əsasən, bəzi duaları oxumaq və namazdan sonra xanım Zəhranın (s) təsbihatını deməklə şəxs yeni anadan doğulmuş uşaq kimi olar və günahları bağışlanar. Əlbəttə ki, belə növdən olan rəvayətlərə diqqət etmək lazımdır ki, haqqun-nasa (başqasının haqqı) və günahlara mürtəkib olmağa səbəb olmasın (yəni, bağlanacağını bildiyi üçün günah etməyə cürət etməsin). Əlbəttə, şəri baxımdan hədd vurulmasına səbəb olan günahlar dua ilə aradan qalxmır və onlar barədə hədd icra olunmalıdır. Həmçinin qəza və ya kəffarəsi olarsa, şəxs dua etməklə onu aradan qaldırmır, çünki qəza və kəffarə belə əməllərlə saqit olmur.
5. Bəlaların və müsibətlərin aradan qaldırılması
İmam Sadiqdən (ə) belə bir hədis nəql olunub:
"الْمُحِقُّ فَإِذا دَعَا اسْتَجابَ لَهُ وَ صَرَفَ عَنْهُ الْبَلاءَ مِنْ حَیْثُ لایَعْلَمُهُ”
"Haqq sahibi dua etdiyi vaxt Allah onun duasını qəbul edər, bəlanı ondan o özü bilmədiyi halda uzaqlaşdırar.”
Həmçinin, imam Səccad (ə) Mədinə şəhərində olarkən kasıb bir şəxsin varlı şəxsin qapısında oturduğunu görür. İmam ona buyurur: "Hansı bir şey səni məcbur edir ki, bu zalım sərvətlinin qapısında oturasan?” Dedi: "Bəla!” İmam buyurdu: "Qalx ki, səni bu qapıdan yaxşı və bu şəxsdən yaxşı birinin qapısına yönəldim.” O, şəxsin əlindən tutaraq Məscidun-Nəbiyə apardı. İmam buyurudu: "Üzünü qibləyə tut və iki rükət namaz qıl. Sonra əllərini göyə qaldırıb Allaha həmdi-səna dedikdən sonra, Peyğəmbərə (s) salavat göndər. Beləliklə, "Həşr” surəsinin axırıncı ayələrini, "Hədid” surəsinin ilk altı ayəsini və "Ali-İmran” surəsinin iki ayəsini oxumaqla Allahı çağır. Bundan sonar hər nə hacətin varsa, Allahdan istə. Hər nə istəyin varsa, hacətinə çatacaqsan.” Sonar buyurdu:
ثُمَّ قالَ: اسْتَقْبِلِ الْقِبْلَةَ وَ صَلِّ رَکْعَتَیْنِ، ثُمَّ ارْفَعْ یَدَیْکَ الَى اللَّهِ عَزَّ وَ جَلَّ فَاثْنِ عَلَى اللَّهِ وَصَلِّ عَلَى” رَسُولِهِ، ثُمَّ ادْعُ بِآخِرِ الْحَشْرِ وَ سِتِّ آیاتٍ مِنْ اوَّلِ الْحَدِیدِ وَ بِالْآیَتَیْنِ اللَّتَیْنِ فِی آلِ عِمْرانَ، ثُمَّ سَلِ اللَّهَ سُبْحانَهُ "فَانَّکَ لَاتَسْأَلُ شَیْئاً إِلَّا اعْطاکَ
İmam Səccadın (ə) kasib kişi ilə söhbətinin əsas mesajı budur ki, bəlalardan və giriftarçılıqdan yalnız Allaha pənah aparmaq lazımdır, çünki o, pənahsızların sığınacaq yeridir.
6.Ümid və daxili aramlıq
Bəzi vaxtlarda insan öz yaşayışında fəaliyyət və təlaşının nəticəsini almadığına görə, həmişə məyus olur və var qüvvəsini sərf edərək yeni bir çıxış yolu tapmağa çalışsa da, bir şeyə hail olmur. Dua insanın qəlbində parıldayan bir ümiddir ki, həyata nur saçaraq qaranlıqları aradan qaldırır. Beləliklə, dua edən şəxs özünü qüdrətli hesab edir və onun üçün hansısa bir problem çətinlik yarada bilmir. Eyni zamanda, bağlı qapıları açmaq onun üçün çox sadə bir məsələyə çevrilir. Dua edən şəxsin dua vasitəsilə əldə etdiyi ümid nəticəsində insanın damarlarından sanki təzə qan axır.
Dua, ümid ağacını suvarır. Bu ağac qızmar səhrada problemlər insanı əldən salan zaman, onun üzərinə gölgə salıb çalışmağa sövq etdirir.
Bundan əlavə, insanın həyatında baş verən uğursuzluq və müvəffəqiyətsizlik insanı ümidsizliyə düçar edərsə, bu, yeni əsrin psixoloji gərginlik və problemlərindən irəli gələn bir çətinlikdir.
Dua bu problem və çətinlikləri aradan qaldıran əsas amildir, çünki bir tərəfdən, ünsiyyət və əxlaqın inkişafına səbəb olur, digər tərəfdəndə, duanın bir qaydası da onun digərləri – cəmiyyət – üçün olduğundan, ictimai ruhiyyə yaradır , qeyri-münasib qarşı durmanı azaldır, həmçinin, ümid mənbəyi olan Allaha xatir bihudəlik və puç hissi insandan uzaqlaşdırır və insan yaşayış üçün özünə yeni sığınacaq və böyük hədəflər seçir.
Mənbə: Qum Elmi Hövzəsi