Cədirun mən əmərtəhu bid duai ən yəd`uvək, və mən vəədtəhu bil icabəti ən yərcuvək, vəliyəllahummə ha-cətun qəd əcəzət ənha hiləti, və kəllət fiha taqəti və zəufə ən məramiha quvvəti, və səvvələt li nəfsil əmmarətu bis su, və əduvvil ğərurulləzi ənə minhu məbluvv, ən ərğəbə iləykə fiha, Əllahummə və əncihha biəymə-nin nəcah, vəhdiha səbiləl fəlah, vəşrih bir rəcai liis`afikə sədri, və yəssir fi əsbabil xəyri əmri, və səvvir iləyyəl fəvzə bibuluği ma rəcəvtuh, bil vusuli ila ma əmməltuh, və vəffiqnillahummə fi qəzai hacəti bibuluği umniyyəti, və təsdiqi rəğbəti, və əiznillahummə bikərəmikə minəl xəybəti vəl qunut, vəl ənati vət təsbit, Əllahummə innəkə məliun bil mənaihil cə-ziləti vəfiyyun biha, və əntə əla kulli şəy`in qədir, biibadikə xəbirun bəsir.
Ya mən izəstəəztu bihi əazəni, və izəstəcərtu bihi indəş şədaidi əcarəni, və izəstəğəstu bihi indən nəvaibi əğasəni, və izəstənsərtu bihi əla əduvvi nəsərəni və əanəni iləykəl məf-zə, və əntəs siqətu fəqmə ənni mən əradəni, və əğlib li mən kadəni, ya mən qalə in yənsur-kumullahu fəla ğalibə ləkum, ya mən nəcca Nuhən minlə qəvmiz zalimin, ya mən nəcca Lutən minəl qəvmil fasiqin, ya mən nəcca Hudən minəl qəvmil adin, ya mən nəcca Muhəmmədən səlləllahu ələyhi və alihi minəl qəvmil kafirin, nəcini min ə`dai və ə`daikə biəsmaik, ya rəhmanu ya rəhim, la səbilə ləhum əla mən təəvvəzə bil Qur`an, vəstəca-rəkə bir rəhimir rəhman, ər rəhmanu ələl ərşistəva, innə bətşə rəbbikə ləşədidu, innəhu huvə yubdiu və yuid, və huvəl ğəfurul vədud, zul ərşil məcid, fə`alun lima yurid, fəin təvəlləv fəqul həsbiyəllah, la ilahə illa hu, ələyhi təvəkkəltu və huvə rəbbul ərşil əzim.
Təvəkkəltu ələl həyyilləzi la yəmut, və təhəssəntu bizil izzəti vəl cəbərut, vəstəəntu bizil kibriyai vəl mələkut, məvlayə istəsləmtu iləykə fəla tuslimni, və təvəkkəltu ələykə fəla təx-zulni, və ləcə`tu ila zillikəl bəsi-ti fəla tətrəhni, əntəl mətləbu və iləykəl məhrəb, tə`ləmu və uxfiyə və ma u`lin, və tə`ləmu xainətəl ə`yuni və mu tuxfis sudur, fəəmsik ənnillahummə əydiz zaliminə minəl cinni vəl insi əcməin, vəşfini və afini ya ərhəmər rahimin.
Əl xaliqu ə`zəmu minəl məxluqin, vər raziqu əbsətu yədən minəl mərzuqin, və narullahil musədətu fi əmədin muməddədətin təkidu əfidətəl mərədəh, və təruddu kəydəl həsədəti bil əqsami bil əhkam, bil ləvhil məhfuz, vəl hicabil məzrubi biərşi rəbbinəl əzim, ihtəcəbtu vəstətərtu vəstəcərtu və`təsəmtu və təhəssəntu bi lam mim, və bi ka ha ya əyn sad, və bi taha və bi ta sin mim, və bi ha mim və bi ha mim əyn sin qaf, və nun və bi ta sin və bi qaf vəl Qur`anil məcid, və in-nəhu ləqəsəmun ləv tə`ləmunə əzim, vəllahu vəliyyi və ni`məl vəkil.
Əllahummə innə zunubi ləm yəbqə ləha illa rəcau əfvik, və qəd qəddəmtu alətəl hirmani bəynə yədəyy, fə ənə əs`əlukə ma la əstəhiqquhu və ədukə ma la əstəvcibuh, və ətəzərrəu iləykə bima la əstə`hilh, və ləm yəxfə ələykə hali və in xəfiyə ələn nasi kunhu mə`rifəti əmri, Əllahummə in kanə rizqi fis səmai fəəhbith, və in kanə fil ərzi fə əzhirhu və in kanə bəidən fəqərribh, və in kanə qəribən fə yəssirh, və in kanə qəlilən fəkəssirh, və barik li fih.
Əllahummə innə iblisə əbdun min əbidik, yərani min həysu la ərahu və əntə tərahu min həysu la yərak, və əntə əqvi əla əmrihi kullih, və huvə la yəqva əla şəy`in min əmrik, Əllahum-mə fə ənə əstəinu bikə ələyhi ya rəbbi fə inni la taqətə li bih, və la həvlə və la quvvətə li ələyhi illa bikə ya rəbb, Əllahummə in əradəni fəəridh, və in kadəni fəkidh, vəkfini şərrəhu vəc`əl kəydəhu fi nəhrih, birəhmətikə ya ərhəmər rahimin, və səlləllahu əla Muhəmmədin və alihit tahirin.
Ya həyyu ya qəyyum, ya la ilahə illa ənt, əs`əlukə ən tuhyi-yə qəlbi, Əllahummə səlli əla Muhəmmədin və ali Muhəm-məd.
Subhanəllahi mil`əl mizan, və muntəhəl hilmi və məbləğər riza və zinətəl ərş.
Əllahummə ya faricəl həm-mi və munəffisəl ğəmm, və muzhibəl əhzani və mucibə də`vətil muztərrin, ya rəhma-nəd dunya vəl axirəti və rəhi-məhuma, əntə rəhmani və rəhmanu kulli şəy`, fərhəmni rəhmətən tuğnini biha ən rəhməti mən sivak, və təqzi biha ənnid dəyn.
Tərcüməsi
Onu çağırmaları üçün dua etməyə göstərişi verən və ümidvar olsunlar deyə, onlara cavab verməyi vəd edən ləyaqətlidir. İlahi, mənim elə bir hacətim var ki, onun həyata keçməsindən əlim üzülmüş, taqətim kəsilmiş, onun hasil olması ilə bağlı qüvvəm tükənmişdir! Pis işlərə sövq edən və hiyləgər düşmən olan nəfsimdə o, bəzədilmiş və həmin hacətlərdə Sənə üz tutmaqla bağlı mən onun bəlasına düçar olmuşam. İlahi, mənim bu hacətimi ən gözəl şəkildə həyata keçir, məni nicat və qurtuluş yoluna hidayət et, qəlbimdəki düyünü ümid vasitəsilə aç, xeyir vasitələri arasında işlərimi asanlaşdır, ümid etdiklərimə nail olmaq və arzuladıqlarımı əldə etməkdə məni kama yetir! İstədiklərimə çatmaqla bağlı arzumu həyata keçirməkdə, həsrətində olduğum şeyin istədiyim kimi (düzgün) olmasında, ilahi, məni müvəffəq et! İlahi, (işlərimdə) naümidlik və məyusluqdan, təxirə salmaq və düşünməkdən kərəminə xatir mənə pənah ver! İlahi, Sənin dəyərli bəxşişlərin boldur və onları bəndələrə şamil edirsən. Sən hər şeyə qadir və bəndələrinə agah və bəsirətlisən.
17. İmam Cəfər Sadiq (ə)-ın duası:
Ey sığındığım zaman mənə pənah verən və çətinlikdə dərgahına üz tutduqda məni qəbul edən! Xoşagəlməz hadisələrdə fəryadıma yetişməsini istədikdə dadıma yetən və düşmənimə qələbə çalmaq üçün kömək istədikdə yardım edən! Ah-nalələr Sənin dərgahına tərəfdir və etimad olunası Sənsən! Belə isə məni qəsd edəni (mənə düşmən olanı) məndən uzaqlaşdır, mənim müqabilində mənə hiylə quranı məğlub et! Ey, "əgər Allah sizə yardım etsə, kimsə sizə qalib gələ bilməz” deyə buyuran! Ey Nuha zalım insanların əlindən nicat verən! Ey Lutu pis insanlardan xilas edən! Ey Huda təcavüzkar insanların şərindən nicat verən! Ey Məhəmmədə (Allahın salamı olsun ona və Əhli-beytinə) kafir qövmün şərindən nicat verən! Adlarının xatirinə mənə öz düşmənlərim və Sənin düşmənlərinin şərindən nicat ver! Ey bağışlayan və mehriban, Qurana pənah gətirən və Sənə sığınanlara kimsənin yol tapması mümkün deyil! Bağışlayan və mehriban Allahın adı ilə! Rəhman Allah ərşi Öz hökmünün altına almışdır və həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir! Həqiqətən, məxluqatı yaradan və onu geri qaytaran (öldürən), bağışlayan və mehriban, böyük ərşin sahibi və istədiyini yerinə yetirən Odur! Əgər üz çevirsələr, de ki, Ondan başqa heç bir tanrı olmayan Allah (işlərimdə) mənə yetərlidir. Mən yalnız ona təvəkkül edirəm və O, böyük ərşin Rəbbidir.
18. İmam Musa Kazim (ə)-ın duası:
Heç zaman ölməyəcək diriyə təvəkkül, izzət və böyüklük sahibinə hüsnü-zən etdim, əzəmət məqamı və hakimiyyət sahibindən yardım dilədim! Ey mənim mövlam! Mən özümü Sənə təslim etmişəm. Elə isə məni özbaşına buraxma. Mən Sənə təvəkkül etdiyim halda məni xar etmə. Sənin geniş sayənə pənah gətirdiyim halda məni bir kənara tullama. Sən məxluqatın istədiyisən və fərar yeri Sənin dərgahına doğrudur. Sən məxfi saxladığım və aşkar etdiyim, gözlərin xəyanəti və sinələrin (qəlblərin) gizlətdiyindən xəbərdarsan! İlahi, insan və cinlərdən olan bütün zalımlardan məni qoru, mənə şəfa və afiyət ver, ey mehribanların ən mehribanı!
19. İmam Məhəmməd Təqi (ə)-ın duası:
Xaliq məxluqlardan böyük və ruzi verən ruzi umanlardan əliaçıqdır. Allahın yanar odu hündür sütunlara bağlanmış qəlbi dönən insanların üzlərinə qapanıb kilidlənəcək. O, paxılların hiyləsini andlara, hökmlərə, saxlanılmış lövhəyə və böyük Rəbbimizin ərşindən asılmış pərdəyə qaytarsın. Pərdəyə büründüm, gizləndim, sığındım, özümü qorudum və "Əlif, lam, mim”, "Kaf, ha, ya, əyn, sad”, "Ta, ha”, "Ta, sin, mim”, "Ha, mim”, "Ha, mim, əyn, sin, qaf”, "Nun”, "Ta, sin, ya, nun”, "Qaf” və "Qurani-Məcid”dən yapışdım. Kaş bunun nə qədər böyük and olduğunu biləydiniz! Allah mənim sahibimdir. O, nə gözəl vəkildir!
20. Şeyx Kuleyninin "Təbirur-ruya” kitabında Vəşşa İmam Rza (ə)-dan nəql etmişdir ki, o həzrət buyurdu: "Atamı yuxuda gördüm ki, belə buyurdu: "Ey oğlum! Çətinliyə düçar olduğun zaman "Ya rəufu, ya rəhim” – sözlərini təkrar-təkrar de.» Sonra Həzrət buyurdu: "Bizim yuxuda gördüklərimiz, eyni ilə ayıq vaxtında gördüyümüz kimidir.”
21. Seyid ibni Tavusun "Muctəna” kitabında qeyd olunan ruzi duası:
İlahi! Günahlarım (günahlarımın bağışlanması) üçün Sənin əfvinə ümid bəsləməkdən başqa bir yol qalmayıb. Həqiqətən, mən özüm üçün (rəhmət və məğfirətindən) məhrumluq vasitələrini hazırlamışam. Səndən əsla layiq olmadıqlarımı istəyir və layiq olmadığım üçün Sənin dərgahında ah-nalə edirəm. Mənim işlərimin həqiqəti camaata gizli qalsa da, halım Sənə gizli deyil. İlahi, əgər mənim ruzim göydədirsə, onu yerə göndər; əgər yerdədirsə aşkar et; əgər uzaqdırsa yaxınlaşdır; əgər yaxındırsa asanlaşdır; əgər azdırsa artır və ona bərəkət ver!
22. "Muctəna” kitabında İblisin şərrindən amanda qalmaq üçün nəql olunan dua:
İlahi, həqiqətən, Sənin bəndələrindən biri olan İblis məni görmədiyim yerdən görür və Sən onu, onun görmədiyi yerdən görürsən. Sən onun bütün işlərinə qadirsən. O isə Sənin işlərinin heç birinə qadir deyil! İlahi, mən Səndən onunla mübarizə aparmaq üçün yardım diləyirəm! Ey Rəbbim! Həqiqətən, mənim ona gücüm çatmır və Sənin köməyin olmadan onun müqabilində gücsüz və qüdrətsizəm. Ey Rəbbim, ilahi, əgər o, məni qəsd etsə, Sən də onu qəsd et! Əgər mənə qurğu qursa, Sən də ona qurğu qur. Onun şərini məndən sovuşdur və hiyləsini öz quyusuna at. Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhimlisi! Allahın salam və salavatı olsun Məhəmməd və onun pak-pakizə Əhli-beytinə!
23. Həmçinin "Muctəna” kitabında nəql olunmuşdur ki, bir şəxs yuxuda Hz. Peyğəmbər (s)-i gördü və Həzrətdən istədi ki, qəlbinin dirilməsi, əhval-ruhiyyəli olması üçün bir dua öyrətsin. Buna görə də Həzrət bu duanı ona öyrətdi:
Ey diri, ey əbədi! Ey Səndən başqa heç bir tanrı olmayan! Səndən qəlbimi diriltməyini istəyirəm. İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir!
Həmin şəxs deyir: «Mən bu duanı üç dəfə oxuduqda, qəlbim dirildi və əhval-ruhiyyəli oldum.»
24. Hz. Peyğəmbər (s)-dən nəql olunmuşdur ki, hər kəs əcəlinin təxirə düşməsini, öz düşməninə qalib gəlməsini və pis ölümdən uzaq olmasını istəyirsə, gecə və sübh daxil olduğu zaman üç dəfə desin:
Allah "mizan”ın (tərəzi) dolu olması, səbrin sonsuzluğu, razılığın hədsizliyi və ərşinin ağırlığı qədər bütün eyiblərdən pak və uzaqdır.
25. Seyid Səid Əli ibni Fəzlullah Hüseyni Ravəndinin "Nəsrul-ləali” kitabından nəql olunmuşdur ki, bir kişi borclu olmasından Hz. İsa ibni Məryəm (ə)-a şikayət etdikdə, o həzrət bu duanın oxumasını buyurdu:
İlahi! Ey qəmi dağıdan, qüssəni aparan, möhnətləri aradan qaldıran, çarəsizlərin duasını qəbul edən! Ey dünya və axirətdə bağışlayan və hər iki aləmdə rəhm edən! Sənsən məni və hər bir şeyi bağışlayan! Elə isə rəhmət və məhəbbətinlə məni bağışlayaraq başqalarının məhəbbətindən ehtiyacsız et və mənim borcumu ödə!
Kitabın adı: Məfatihul Cinan