Zəhra gözünün nuru çıraqbanıdı Zeynəb
Zəhra gözünün nuru çıraqbanıdı Zeynəb,
Bir qəlbü ciyərparəsidir, canıdı Zeynəb.
Taətdə yetib Fatimə ən ali məqamə,
Həqqin ona bəxş etdiyi ehsanıdı Zeynəb.
Bir kmsə Hüseynə belə göz yaşları tökməz,
Dərd ilə yanan şəm'i-şəbistanıdı Zeynəb.
Dünya evinin süfrəsinin dərddi təamı,
Ən acı olan loxmaya mehmanıdı Zeynəb.
Sidq ilə çağır ki, odur aləmdə əlacın ,
Hər dərd ki, var, çarəsi, dərmanıdı Zeynəb.
Daməndə qalan kimsələrin ruzi-qiyamət,
Son fürsətidir, bəlkə, son imkanıdı Zeynəb.
Bir qətrəsi bəsdir ki, cəhənnəm odu sönsün,
Əlbəttə, Əmini, kərəm ümmanıdı Zeynəb.