43.Ədalətin icrası
Osmanın ölümündən sonra müsəlman camaat yığışaraq Əli (əleyhissalam)-a bey`ət etdilər. O Həzrət haqq və ədaləti dirçəldərək batil və zülmü məhv etmək naminə rəhbərlik ipinin cilovunu əlinə aldı.
Bir müddət ötməmiş öz həvayi-nəfsləri naminə maddi və mə`nəvi göstərişlərinə çatmadıqlarını görən bir qrup münafiq Həzrətlə olan bey`ətlərini sındırdılar.
Beləliklə də bu dəstə Əli (əleyhissalam)-la özünün müxalifət marşını başladı.
Təlhə Zübeyr, Abdullah ibni Ömər, Sə`d ibni Əbi Vəqqas, Mühəmməd ibni və s... kimilərin Əli (əleyhissalam)-a etdikləri bey`ətini Həzrət din və ədalətin hamısı olsunlar deyə qəbul etmişdi. Lakin onların maddi hədəfi buna imkan vermədi. Onların Əli (əleyhissalam)-la vəhdətə atılması tamamilə maddi hədəflər güdürdü ki, təbiidir belə qovuşma uzun sürə bilməzdi. Buna görə də çar-naçar tezliklə Əli (əleyhissalam)-dan ayrılmalı oldular.
Əli (əleyhissalam) bu insanları danlayıb məzəmmət etməklə onlara belə xitab etdi.
«Sizin mənimlə olan bey`ətiniz kor-koranə, hədəfsiz, gözlənilməz (düşünülməmiş) deyildi. İndi bizim hədəflərimiz bir-birindən fərqlənir. Mən sizi Allaha görə Allah xəttində görmək istəyirəm, lakin siz isə məni öz şum hədəfləriniz üçün istəyirsiniz. Məhz elə buna görə də mən sizinlə bir ola bilmərəm» Sonra buyurdu: «Ey Camaat! Mənə öz cəmiyyətinizin islahı və səhmana salınması yolunda kömək edin.»
And olsun Allaha, məzlumun qisasını zalımdan alacaq, zalımların cilovunu yığacağam. O vaxtacan ki, onu haqq axuruna gətirəm, hətta bu zalımın xoşuna gəlməsə belə!
İmam Əli (əleyhissalam) bey`əti pozub yolunu azanların macərasında bir neçə mühüm mətləbə işarə edir:
1-Siz mənimlə bilərəkdən və fürsət üzü ilə bey`ət etdiniz. Başqalarının bey`ətində olduğu tək, bu bey`ətdə zor və tələsməklik yox idi. Bəs onda nəyə görə bu tezliklə bey`əti sındırdınız??!!
2-Mənim hədəfim Allah və onun əmrini icra etməkdən ibarətdir. Siz isə başqa yolla gedirsiniz.
3-Qürur atından aşağı enib ağılla fikirləşin ta birlikdə cəmiyyətin islahına başlayıb səhmansızlıqlara səhman verək.
4-Bunu bilin ki, mən məzlumların dadına yetəcək və heç vaxt onların haqqını əzməyəcəyəm.
5-Zalımın beytül-mal və hökumətdən başqalarından artıq faydalanıb istifadə etmək istədiyini bilsəm boğazından yapışıb onu şəffaf ədalət suyu və haqqa tərəf sürükləyərəm.
Beləliklə Həzrət Əli (əleyhissalam)-ı haqqın müdafiəsi yolunda zülm və zalımın başını əzməsini eləcə də əbədi və ölməz sözlərin müşahidə edirik.
Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)