» » Əhli-Beytə qarşı məhəbbətin şərtləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Əhli-Beytə qarşı məhəbbətin şərtləri
    +10
    Müəllif: Admin | 3-01-2016, 19:00 | Baxılıb: 3 640
     
     
     

    ƏHLİ-BEYTƏ QARŞI MƏHƏBBƏTİN ŞƏRTLƏRİ, ƏHƏMİYYƏTİ VƏ FAYDASI

    Ötən söhbətlərdə Əhli-beyt haqqında olan hədislərdən söhbət açdıq. Bu gecə də mən bir neçə başlıq ətrafında söhbət edəcəyəm.

    Birinci: Əhli-beytə qarşı olan məhəbbətlə yanaşı təqva da şərtdir.

    Buyurulur ki, qəlbində əhli-beytə məhəbbət bəsləmək hər bir müsəlmana vacibdir. Bu məhəbbət olmadığı halda yüz ilin, min ilin ibadəti, hətta qılınan namazların da heç bir əhəmiyyəti olmayacaqdır. Məhəbbətin isə bir şərti var. Şərt isə təqvadan ibarətdir. Yəni əgər Əhli-beytə qarşı olan məhəbbətlə yanaşı insan təqvalı olmasa və Allahın buyuruqlarını yerinə yetirməzsə, qeyd edilən məhəbbətin də ona heç bir xeyri olmaz.

    «Kəbənin təvafı, zəm-zəm dəstəmazı Hüseynsiz mütləq batildir.»

    Deməli, əgər birisi Hüseyn-Hüseyn desə, Əhli-beytə məhəbbətim var desə, amma təqvalı olmasa, Allah buyurduğu vacibləri yerinə yetirməsə və haramlardan da çəkinməsə məhəbbətin ona heç bir əhəmiyyəti olmayacaq.

    Həzrət Əli (ə) buyurur: «Qiyamət günü mən Peyğəmbərlə (s) bir yerdəyəm və mənimlə mənim itrətim, oğlanlarım Həsən (ə) və Hüseyn (ə) də bir yerdə olacaqlar. Kövsər kənarında Peyğəmbər (s), mən və mənim ailəm olacaq. Gəlib bizə qoşulmaq istəyən hər bir kəs bizim sözlərimizi axtarıb tapmalı, eşitməli, oxuyub başa düşməli və biz etdiyimiz əməlləri etməlidir».

    Əli (ə) özü namaza və namazın əvvəl vaxtında qılınmasına böyük əhəmiyyət verirdi.

    Ravi nəql edir: Müharibənin qızğın yerində Əlinin bir əli ilə qılınc vurduğu halda göyə baxdığını görüb təəccübləndim. Dedim, görəsən ağam müharibənin bu qızğın vaxtında göydə nə axtarır? Mənim təəccübləndiyimi görən ağa buyurdu:

    -Baxıram görüm ki, namazın vaxtı daxil olub ya yox? Dedim:

    -Tutaq ki, daxil olub. Sən belə halda namaz qılacaqsan? Buyurdu:

    -«Vallah, cihad etməkdə məqsədimiz budur ki, Allah əmrləri icra olunsun, namaz əvvəl vaxtında qılınsın, ibadət edilsin, insanlar Allaha səcdə etsinlər şeytandan uzaq olsunlar və Allaha ürək bağlasınlar. Onlar Allahı, Allah onları sevsin. Məqsəd budur, yoxsa biz kiminsə torpağını zəbt etmək istəmirik. Qılınc vurmaqda məqsədimiz özümüzü, imanımızı müdafiə etmək və Allah əmrlərinin icra edilməsidir.»

     

    İkinci: Vilayətin əhəmiyyətini anlamaq şərti.

    Birinci başlıqda qeyd etdik ki, Əhli-beytə məhəbbət təqva şərti ilə gəbuldur. Bəs indi görək bu məhəbbətin nəticəsi özünü harada göstərmiş olur? Nəticə harada zahir olur?

    Tez-tez deyirlər Firuiddindən biri Həccdir. Bəs imam Hüseyn (ə) nə üçün Həcc mərasimini yarımçıq qoyub Məkkədən çıxdı? Məgər həcc əməlini yarımçıq qoyub çıxmaq olar?

    Sualın cavabı elə budur: Məkkə hələ heç, namaz Məkkədən mühümdür. Vilayətsiz namaz, namazsızlıq deməkdir. O, namaz deyil, oyunbazlıqdır. İslamın əsası vilayətdir. Əsas olmayandan sonra, qeyri əsaslar mənim nəyimə gərəkdir.

    Belə nəql edirlərki: «Bir nəfər Müaviyəyə dedi:

    -Ey Müaviyə, bunu sən də bilirsən ki, artıq mən səninlə dost olmuşam. Sənin süfrənin başında oturduğum gündən artıq mən səni yaxşı tanıyıram. Bilirəm ki, sən kimsən və hansı yuvanın quşusan. Sən də bilirsən ki, mən əvəllər Əli (ə)- nin yanında idim. Ondan bir şey çıxmadığını gördükdə sənin yanına gəldim. Bura məni sənin süfrənin naz-neməti çəkib gətirdi. Halbuki sənin nə elmin nə mənəviyyatın, nə də fəzilətin var. Bunu sən də bilirsən, atan Əbu Sufyan da bilir, mən də. Sənə bir sualım var: Mən Əli (ə) la bir yerdə olarkən namaz vaxtı olanda çox ağır durub namaz qılırdım. Və bu mənə çətin gəlirdi. Amma sənin yanında olanda «Allahu Əkbər» sözünü eşidən kimi durub namaz qılram. Bu mənə heç də ağır gəlmir. Mənə bunun hikmətini deyə bilərsənmi? Halbuki, bilirsən Əli (ə) haqqdır, sən batil. Müaviyə də elə suala düz cavab verdi.

    -İndi ki, sən belə açıq soruşdun, mən də açıq cavab verim. Sən Əlinin yanında olarkən üsuli-dinin, etiqadın düz idi, namazın qəbul idi. Odur ki, şeytan səni bunlardan saxlamağa səy göstərirdi. Burada mənim yanımda bir yox lap min gecə də namaz qılsan xeyri yoxdur. Şeytanın səninlə işi olmayacaq.»

    Əhli-beytə ürək bağlamağın dünya tərəfi aydındır. İnsan axirətə ölüm qapısından daxil olur. Qəbir dünyanın son, axirətin ilk mənzilidir. Əgər bir insanın ürəyində Əhli-beytə qarşı məhəbbət olsa, o, öləndə gülə-gülə və rahat ölər.

    Abdullah ibn Vəlid deyir: Mərvanın xilafəti dövrü idi. Bir neçə nəfər imam Cəfəri Sadiq (ə)-in hüzurunda oturmuşduq. Həzrət bizə baxıb soruşdu:

    -Siz kimsiz? (İmam Sadiq (ə)- ın evi nəzarət altında idi. Onun evinə gedib gələnləri sorğu-sual edirdilər. Buna görə də İmam ehtiyat edirdi.)

    Biz kim olduğumuzu bildirdik. İmam bizi tanıdı. Həzrət bizimlə söhbət etdi. «Allah sizi müvəffəq etsin, bizim kimi yaşayasınız, bizim kimi dünyadan köçəsiniz.» Atam İmam Baqir (ə) belə buyurardı: «Bizləri sevən, sizlərin axır saatı çatdıqda, nəfəsiniz boğazınıza gələndə və əzrail canınızı almağa gəldiyi vaxt siz bir «şey» görəcəksiniz. Allah onun vasitəsi ilə sizin gözlərinizi işıqlandıracaq».

    İmam Cəfər Sadiq (ə) bir başqa məclisdə bir dəstə xüsusi möminlə oturub söhbət edirdi. Həzrət onlara buyurdu ki, bizim ardıcıllarımızın ömürlərinin son dəqiqələrində, axır vaxtlarında gördükləri hadisə ilə bağlı gözləri aydın, işıqlı və nurlu olacaq. Bir nəfər soruşdu? Ağa onlar nə görəcəklər? Bu sualı on dəfə soruşdu. Həzrət danışmadı, görəcəklər dedi. İmam gördü ki, çox soruşurlar, israr edirlər, buyurdu:

    Peyğəmbəri (s) və Əli (ə)- i görəcəklər. Onlar həmin adama müjdə verəcəklər. Həmin adam bir qədər fikirləşib soruşdu:

    -Ağa bu sözlər Quranda da gəlib? Ağa cavabında «əlbəttə, gəlib. Quranda gəlməsə, biz onu deyərikmi?» dedi.

    -Ağa bəs o, hansı ayədir?

    Həzrət «Yunis» surəsinin 63-cü ayəsini oxudu: «İman gətirənlərin əqidələri düzdür, əməllərində də təqva var və təqvalı halda dünyadan köçərlər. Onlara həm bu dünyada, həm də o dünyada müjdə var». Dünyadakı, müjdə odur ki, Peyğəmbər (s) və Əli (ə) ona həmin anda Cənnət müjdəsi verəcəklər. Onlar qəbirdə də rahat olacaqlar. Baxmayaraq ki, insan üçün qəbir rahat yer deyil. (Qəbir bərzəx aləmidir, insanın bütün əməlləri orada soruşulacaq.)»

    Peyğəmbər (s) buyurur: «Mənim Əhli-beytimin məhəbbəti kimin ürəyində varsa, ona bir neçə yerdə mənfəətimiz dəyər. Bu məhəbbətin mənfəətini insanlar qəbirə də aparacaqlar. Qəbir əzabından nicat tapmaq istəyən adam mənim Əhli-beytimi sevsin!»

    Böyük alimlərdən biri olan mərhum Ayətullah Şüştəri buyurur: Hədislərdən istifadə edərək onlara riayət edən adam dünyasını dəyişdikdən sonra onu aparıb dəfn edirlər. O adam baxıb görür ki, qəbirdə ona yoldaşlıq edən bir nur var. Soruşur: sən kimsən? Mən səni indiyə qədər heç görməmişəm. Cavabında isə nur deyir: Yadındadır, sən bir möminin ürəyini şad etdin. Həmin şadlıqdır ki, Allah mənim surətimdə sənə göndərib. Mən burada sənə yoldaşlıq edəcəyəm ki, darıxmayasan. Ayətullah Şüştəri bunun ardınca yenə buyurur: «İndi əgər qəmli bir mömin ürəyi şad etsək, onda necə olar? – Onda savab daha çox olar. Bəs ən böyük və kamil möminin-Peyğəmbər (s)- in, Zəhra (s)- nın ürəyini şad etmək nə dərəcədə savab olar. Sonra ağa ağlayaraq əlavə edir, belə bir hədis var: «Zəhra (s)- in şad olmasını kim istəyirsə, Hüseynə ağlasın. Hüseynə əza saxlandıqda Peyğəmbərin ürəyi şad olur.»

    Deməli, hər kim Peyğəmbərin ürəyini şad etsə, qəbirdə qorxmamaq üçün, Allah mərhəmət edərək yoldaşlıq etmək üçün ona bir nur göndərər.

    Üçüncü: Qiyamətdə Peyğəmbərin Şəfaətindən faydalanmaq.

    Peyğəmbər buyurur: «Ümmətimdən o insanlara mənim şəfaətim çatacaq ki, onlar mənim Əhli-beytimi sevirlər»

    Dördüncü: Əhli-beytə məhəbbət qiyamət günü nura çevrilər.

    Əhli-beyti sevən insanlar üçün bu məhəbbəti qəbrdən sonra Allah bir nura çevirəcək. Nurun işığı da öz növbəsində onları öz məqsədlərinə çatdıracaq.

    Qiyamətin gecəsi var, gündüzü var. Qiyamət əhvalatı çox böyükdür. Qiyamət günü məsələsi çox mühüm məsələdir. Allah istəyir özünü tərif etsin. min yerdə min cür tərif edir. Amma onların hamısını qısa bir formada mündəricata, həmd surəsinə daxil edib və hamıya da vacib buyurub ki, gün ərzində namazda neçə dəfə desinlər. Bu surədə Allah qiyamət barəsindəki sifətini belə bəyan edir: «Maliki-yəumiddin». (Allah qiyamət gününün malikidir)

    Şair qiyamət günününü belə vəsf edir:

    Məhşər günü bir gündür ki, düşər təngə xəlaiq

    Gün isti salar, atəşi suzan əvəzində.

    Yəqub çıxarar balası Yusifi yaddan.

    Kor oldu ki, Aləmi-hicran əvəzində.

    Quran buyurur: «Qiyamət səhnəsini gördükdə qardaş qardaşı, yoldaş-yoldaşı, ata balasını yadından çıxaracaq.»

    Quranda və hədislərdə var: «Qiyamət suru çalınanda südəmər uşaqlar qorxularından qocalacaqlar.» Hamımız da bunu görəcəyik.

    Başqa bir hədis: «Qiyamət günü Əhli-beytə olan məhəbbətiniz qədər Allah sizə nur mərhəmət edəcək və bu nur sizi hidayət edəcək»

    Bəzi hədislərdə var: «Namaz qılarkən insanın yerə qoyduğu yeddi üzvdən qiyamət günü Allah nur yaradacaq ki, bu nur vasitəsi ilə insan öz qarşısını görə bilsin.»

    Başqa bir yerdə: «Namaz qılıb, Əhli-beytə məhəbbət bəsləyən insanlara Allah qiyamət günü nur verəcək və insanlar bu nur vasitəsi ilə öz yollarını gedəcəklər.»

    Beşinci: Ürəyində Əhli-beytə məhəbbət bəsləyənlər qiyamət günü əmin-amanlıqda olacaqlar.

    Şəxsən Peyğəmbər (s) özü bu hədisi buyurur: «Biz Əhli-beyti sevənləri qiyamət günü Allah məhşərə əmin-amanlıq içində gətirəcək. Bu adamlar qiyamət səhnəsini əmin-amanlıq içində müşahidə edəcəkləri.»

    Altıncı: Əhli-beyti sevənlər qiyamətdə sirat körpüsünü keçərkən büdrəməyəcəklər.

    Peyğəmbər (s) buyurur: «Mənə və Əhli-beytimə məhəbbəti olanlar orada büdrəməyəcəklər. Həmin körpüdə onların heç bir narahatlıqları olmayacaq.» («Kənzul-ummal» kitabı, cild 12, səh: 97, hədis: 34163; «Əs-səvaiqul-muhriqə» kitabı, səh: 187.)

    Yeddinci: Əhli-beyt sevgisi qiyamət günü zəmanətdir.

    Əhli-beyt məhəbbəti ilə yaşayanlara Allah qiyamət günü bir vəsiqə verəcək. O vəsiqədə «Bu Adam oddan nicat tapıb sözü yazılmış olacaq.»

    Bilal ibn Həmamə rəvayət edir: Bir gün gördük ki, Peyğəmbər (s) çox şad halda, gülə-gülə gəlir. Bizlərdən biri – Əbdürrəhman ibn Ouf soruşdu:

    -Ya Rəsulallah, görürəm gülürsən, çox şadsan, gülməyinin səbəbi nədir? Həzrət buyurdu ki, mənə Allah tərəfindən müjdə verilib.

    -O, nədir ki, səni bu qədər şad edib? Buyurdu:

    Qiyamət günü Allah bir dəstə mələk seçib əllərinə, üzərində bu Adam oddan nicat tapıb sözü yazılmış bir kağız verəcək. Onlar da camaatın arasında gəzib Əhli-beyti sevənlər və ürəyi Əhli-beyt məhəbbəti ilə dolu olan insanlara bu kağızı verəcəklər.

    Peyğəmbər (s) də məhz elə bu səbəbdən şad olmuşdu. Çünki, Allah Əhli-beyti sevənləri belə bir vəsiqə ilə müjdələyib.

    Səkkizinci: Əhli-beyti sevənlər qiyamət günü Əhli-beytlə bir yerdə olacaqlar.

    Həzrət buyurur: «Məni və Əhli-beytimi sevənlər bax belə olacaqlar deyib iki barmağını bir-birinə sıxır. Yəni bunlar bir-birindən ayrılmazlar»

    Əba Zərr deyir: Mən Peyğəmbərə (s) dedum ki:

    -Ya Peyğəmbər, mən bəzi insanları sevirəm, amma əməldə onlara çata bilmirəm. Onlar əməldə məndən güclüdürlər. Həzrət buyurdu:

    -Qiyamət günü insan sevdiyi adamla birgə olar. Hər kəs kimi sevirsə qiyamət günü onunla olacaq.Dedim:

    -Mən Peyğəmbər (s) və Əhli-beyti sevirəm. Yenə buyurdu:

    -Kimi sevirsənsə, onunla olacaqsan.

    Doqquzuncu: Əhli-beyti sevənlər Cənnətlə qiymətləndiriləcək

    Əhli-beyti sevənlərin faydası budur ki, Allah onları Cənnətlə təmin edər.

    Peyğəmbər (s) buyurur: «Cənnətə hesabsız, kitabsız daxil olmaq istəyənlər, mənim Əhli-beytimdən ayrılmasın»

    Məhəbbət həm ürəkdə, həm də əməldə olmalıdır. Ürəyinə baxdıqda onların məhəbbətini, sevgisini görsə, ümid etsin. Əməllərinə baxdıqda öz əməllərində onların əməllərinə oxşarlıq gördükdə ümid etsin.

    Seyid Mühəmməd adlı bir alim «Övladlarınızı Peyğəmbər (s) və Ali peyğəmbərin məhəbbəti ilə tərbiyə edin!» adlı bir kitab yazmışdır. O, bu kitabda belə yazır: Bir gün bir nəfər rəhmətə getmişdi. Möminlər toplaşıb tabutu çiyinlərinə alaraq dəfn etməyə aparırdılar. Dəfn mərasimində İmam Hüseyn (ə) da iştirak edirdi: Həzrətin ayaqlarına toz qonduğunu görən bir nəfər əyilib ağanın ayaqlarından tozu sildi. Bunu görən həzrət buyurdu: Ağa məni utandırma.

    -And olsun Allaha ki, əgər sənin barəndə olan, mən bilən fəzilətləri bu camaat bilsəydi ayağının tozunu silmək nədir, səni boyunlarında gəzdirərdilər.

    Kərbəla hadisəsini həm tarixi, həm də siyasi baxımdan araşdırmaq olar, bu öz yerində. Allah İmam Hüseyn (ə) -a yaradıb bir imtahan kimi insanların qarşısına çıxartdı.


     


     

    Kitabın adı:  Əhli-Beytin (ə) məqamı

    Müəllif:      Əliəkbər Ocaq Nejad


     


     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 6
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ya_Zehra | Status: İstifadəçi Offline | 5 Ocak 2016 00:27 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun..Ehli-beyt sevgisi ureyimizden eskik olmasin Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 4 Ocak 2016 05:42 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah sizden sonsuz razi olsun qardas ne qeder nefesimiz varsa Allah Ehlibeyt esqini ureyimizden dilimizden beynimizden getmeyine yol vermesin insAllah cox gozel bir duygudu Ehlibeyt asiqi olmaq Onlari sevmek ve Onlarin yolunda nese bir is gormek Allah cemi qelblere bu gozel esqi versin insAllah Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Alemdar | Status: İstifadəçi Offline | 4 Ocak 2016 01:45 | Sayt nəzarətçisi | Şərh yazdı
    Salamun Alleykum Allah sizden razı qalsın hevesle oxudum men bilmirem ureyinde ehlibeyt sevgisi olmayan insanlar nece yawayır  wukur olsun Rebbime peygember(s) ummeti Eli (es)wiyesiyik Allah bu sevgini  qelbimizden almasın Amin 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 3 Ocak 2016 21:19 | İstifadəçi | Şərh yazdı
    Beh beh ne gozel movzudur,Allah razi olsun qardas , oxuduqca hem kovreldim hemde bir anliqa butun oxuduqlarimi yasadim ,Allah bizleri hec bir zaman ,son nefesimize qeder hettda qebrimizin ilk gecesindede bizi Ehlibeyt yolundan azdirmasin,seytani bizden uzaq etsin.Bizleri olene qeder heqiqi Ehlibeyt sevenlerden qerar versin,Qiyametde Ehlibeytin nezerlerin ve kolgelerin usdumuzden esgiy elemesin .Axiretimizi Ehlibeyt nuruyla isiqlandirsin inseAllah amin Allah AMIN.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 3 Ocak 2016 20:15 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun. Allah Alimlərimizin ömrünü uzun,imanların kamil etsin.Belə kitabları oxuduğca insan şiəliyi ilə daha da fəxr edir.Allahı and verirəm Mühəmməd və ali Mühəmməd xatirinə bizləri həqiqi Əli (ə) şiələrindən qərar versin və onlardan ayrı salmasın Amin. ƏLLAHUMMƏ SƏLLİ ƏLA MÜHƏMMƏD VƏ ALİ MÜHƏMMƏD 


    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 3 Ocak 2016 19:33 | Redaktor | Şərh yazdı
    Allah köməyin olsun qardaş. Gözəl və qydın şəkildə izah olunub. Ozumaq və dərk etməy çox asanddır. Ən əsası insan oxuduqca Əhli-Beytə məhəbbəti dahada artır. Allah iki dünyada sizi Əhli-Beytdən ayrı salmasın amin ya Rəbbəl amin.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.