İmam Hüseyn (ə) buyurub:Allahın Rəsulunun otağına daxil olduqda gördüm ki, Übəyy ibni Kəb də onun yanındadır.
Allahın Rəsulu mənə buyurdu:Ey Əba Əbdillah, xoş gəlmisən! Ey göylərin və yerlərin zinəti!
Übəyy Peyğəmbəri Əkrəmə (s) dedi:Ey Allahın Rəsulu (s), necə mümkün ola bilər ki,səndən başqa bir şəxs göylərin və yerlərin zinəti olsun?!
Allahın Rəsulu (s) buyurdu: Ey Übəyy, məni haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun,Hüseynin göydə olan məqamı yerdə olan məqamından üstündür və həqiqətən ərşin sağ tərəfində «Hüseyn hidayət çırağı və nicat gəmisidir» yazılmışdır.