Qəflət
Qəflət insanın bilməli olduğu şeylərdən xəbərsiz qalmasıdır. Allahdan və Qiyamətdən, bəndəlik və ibadətdən qəflətdə qalmanın əsas səbəbləri maddiyyat məsələləri ilə çox məşğul olmaq, qəlbi dünya fikirləri ilə doldurmaq, gecə-gündüz həvəs dalınca qaçmaqdır.
Həzrət Əli (ə) buyurur: "Ən ziyanlı düşmən qəflətdir;” "Vay o kəsin halına ki, qəflət ona qalib gəlsin, nəticədə axirət səfərini unudub ona hazırlaşmasın;” "Qəflətin qalib gəldiyi kəsin qəlbi ölər;” "Davamlı qəflət bəsirət gözünü kor edər.”
İmam Həsən (ə) buyurur: "Məscidi tərk edib fəsadçıya itaət etmək qəflətdir.”
"Və kunillahummə biizzətikə li fil-əhvali kulliha rəufən və ələyyə fi cəmiil umuri ətufən”
("Pərvərdigara! Səni izzətinə and verirəm, mənə bütün hallarda rəuf və bütün işlərdə mehriban ol.”)
Bəşəriyyət nə qədər elm və bilik qazansa da Allahın rəufluğu və mehribanlığını şərh etməkdə acizdir. Bu sifətləri ayə və rəvayətlərin köməyi ilə qismən anlamaq olar. Bu işdə ən asan yol isə bu sifətlərin təzahürlərinə nəzər salmaqdır.
Həzrət Peyğəmbər (s) buyurur: - "Allahdan bir neçə şey istədim və dedim: - Pərvərdigara, ümmətimin hesabını mənim özümə tapşır. Belə xitab olundu: - Sən rəhmət peyğəmbəri olsan da, ərhəmər-rahimin deyilsən. Əgər onların bə`zi günahlarından xəbərdar olsan, zara gələrsən. Qoy sənin ümmətinin günahından yalnız Özüm agah olum. Ya Məhəmməd, onlara elə hesab çəkərəm ki, çirkin işlərindən sən də xəbər tutmazsan. Əgər onların günahını səndən gizləyəcəyəmsə sözsüz ki, biganələr üçün də açmayacağam. Ya Məhəmməd! Əgər sənin onlara peyğəmbər mehribanlığı varındısa, Mənim onlara Allah mərhəməti varımdır. Sən onların peyğəmbərisənsə Mən onların Allahıyam. Əgər sən onları bu gün görürsənsə Mənim onların üzərində əzəli və əbədi inayət nəzərim var.”
Kitabın adı: Kumeyl duasının şərhi (2-ci cild)
Müəllif: Hüseyn Ənsarian