اللَّهُمَّ رَبَّ مَطَرٍ حَابِسٍ ، وَ حَجَرٍ يَابِسٍ، وَ لَيْلٍ دَامِسٍ، وَ رَطْبٍ وَ يَابِسٍ، رُدَّ عَيْنَ الْعَايِنِ عَلَيْهِ في كَبِدِهِ وَ نَحْرِهِ وَ مَالِهِ فَارْجِعِ الْبَصَرَ هَلْ تَرَى مِنْ فُطُورٍ، ثُمَّ ارْجِعِ الْبَصَرَ كَرَّتَيْنِ يَنْقَلِبْ اِلَيْكَ الْبَصَرُ خَاسِئاً وَ هُوَ حَسيرٌ
اللَّهُمَّ ذَا السُّلْطَانِ الْعَظيمِ، وَالْمَنِ الْقَديمِ، وَالْوَجْهِ الْكَريمِ، ذَا الْكَلِمَاتِ التَّامَّاتِ، وَالدَّعَوَاتِ المُسْتَجَابَات، عَافِ فُلاناً مِنْ اَنْفُسِ الْجِنِّ وَ اَعْيُنِ الاِْنْسِ
Oxunuşu
Əllahummə rəbbə mətərin habis, və həcərin yabisin və ləylin damisin və rətbin və yabis, ruddə əynəl ayini ələyhi fi kəbidihi və nəhrihi və malih, fərciil bəsərə həl təra min futur, summərciil bəsərə kərrətəyn, yənqəlib iləykəl bəsəru xasiən və huvə həsir.
Əllahummə zəs sultanil əzim, vəl mənnil qədim, vəl vəchil kərim, zəl kəlimatit tammat, vəd dəəvatil mus-təcabat, afi fulanən min ənfusil cinni və ə`yunil ins.
Tərcüməsi
İlahi, ey həbs olunmuş yağışın, möhkəm daşın, qaranlıq gecənin, yaş və qurunun Rəbbi! Bədnəzər edənin gözünü onun öz qaraciyərinə, boğazına və malına tərəf çevir! Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!
Bu dua da bəd nəzər üçün göstəriş verilmişdir:
İlahi, ey böyük səltənətin, qədim nemətin, kəramətli zatın, bitkin sözlərin və qəbul olunmuş duaların sahibi! Filankəsi cinlərin nəfəsləri və insanların gözündən qoru!
Hz. Peyğəmbər (s) bu duanı İmam Həsən (ə) və İmam Hüseynə (ə) oxuyub, öz səhabələrinə buyurdu ki, bunu qadınlarına və uşaqlarına da oxusunlar.
Kitabın adı: Məfatihul Cinan