Zəhir (sinədə nəfəs qapanması və ya dizenteriya) xəstəliyi üçün dua
Zəhir (sinədə nəfəs qapanması və ya dizenteriya) xəstəliyi üçün dua
Ərəbcə
اللَّهُمَّ مَا كَانَ مِنْ خَيْرٍ فَمِنْكَ، لا حَمْدَ لي فيهِ وَ مَا عَمِلْتُ مِنْ سُوءٍ فَقَدْ حَذَّرْتَنيهِ، لا عُذْرَ لي فيهِ، اللَّهُمَّ اِنّي اَعُوذُ بِكَ اَنْ اَتَّكِلَ عَلَى مَا لا حَمْدَ لي فيهِ، اَوْ آمَنَ مِمَّا لا عُذْرَ لي فيهِ
Oxunuşu
Əllahummə ma kanə min xəyrin fəmink, la həmdə li fihi və ma əmiltə min suin fəqəd həzzərtənih, la uzrə li fih, Əllahummə inni əuzu bikə ən əttəkilə əla ma la həmdə li fih, əv amənə mimma la uzrə li fih.
Tərcüməsi
Rəvayət olunmuşdur ki, bir şəxs Həzrət Musa ibni Cəfərə (ə) şikayət edib dedi: "Mən zəhir xəstəliyinə düçar olmuşam və heç də sağalmıram.” Həzrət buyurdu: "Gecə namazı qıldıqdan sonra belə de:
İlahi, hər nə qədər xeyir varsa, Sənin tərəfindəndir! Onun tərifi mənə aid deyil (və Sənə məxsusdur). Mən haçan çirkin bir işə əl atdımsa, Sən məni ondan çəkindirdin. Onun müqabilində mənim heç bir bəhanəm yoxdur. İlahi, tərifi mənə aid olmayanlara güvənmək və yaxud (çirkin işlərimə görə) bəhanə tapa bilmədiklərimdən əmin-amanlıqda qalmaqdan Sənə pənah aparıram!
Kitabın adı: Məfatihul Cinan
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.