113.Halal
570. Halal
Qur’an:
«Səndən hansı şeylərin halal olduğunu soruşurlar. De ki, sizə pak şeylər halal olunmuşdur.»
«Ey insanlar! Yer üzündə halal və pak olan şeylərdən yeyin və şeytanın ardınca getməyin. O, sizin açıq-aşkar düşməninizdir.»
Hədis:
1736. İmam Əli (ə):«Sənə halaldan istifadə etməyi, ailənə yaxşılıq etməyi və bütün hallarda Allahı yad etməyi tövsiyə edirəm.»
571. Halal malı əldə etməyin çətinliyi
1737. İmam Sadiq (ə):«Qılınc vurmaq halal mal əldə etməkdən asandır.»
572. Möminin öz razılığı olmadan onun malından istifadə etmək halal deyil
1738. Allahın Peyğəmbəri (s) :«Heç kəsə, qardaşının razılığı olmadan onun malından heç nə halal deyil.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild