Zərurətin sübutu
İmam Mədinədən çıxarkən Bəni-haşimə yazdığı müxtəsər məktubdan əlavə müxtəlif yerlərdə özünü və yoldaşlarının şəhadətindən rəsmi surətdə bir başa xəbər vermişdi:
Kim mənimlə olsa şəhadətə yetişəcək və mənə qoşulmasa müvəffəq olmayacaqdır.
Bu yerlərdən biri də Kərbəlaya daxil olan zaman idi. Həzrət onunla çoxlu mərhələlər keçən, həyat eşqi və isar vadisinə çatan yoldaşlarına zərurəti sübut etmək üçün öz yol və məqsədini bəyan edir. Tarix göstərir ki, imamla birgə Kərbəlaya qədəm qoyan şəxslərdən heç biri imamı tərk etməmişdir.
Bəli, Allah eşqi və Əhli-beyt vilayəti ilə gələnlər axıra qədər qaldılar ki, özlərinin ən yaxşı varlarını əbədi və gözəl məqsədə qurban edib adlarını tarixin qızıl hərflərlə qeyd etdiyi Hüseyn və Kərbəla adları ilə yanaşı yazdırsınlar. özünü qardaşına və onun yoluna qurban demiş Zeynəbin çiynində bu vəzifədən ağır bir yük vardır və onun nəticəyə çatmağına qədər o yolda olacaqdır.
Kitabın adı: Həzrət Zeynəbin (s.ə) həyatı
Müəllif: Məhəmməd Məhəmmədi İştihardi