Əməl naməsinin hikməti
Əməl naməsi nə üçündür? Əməlisalehlərin əməl dəftərinin məlaikələrin göyə qaldırmaq, günahkarların əməl dəftərlərini siccinə (Cəhənnəmin alt təbəqəsi) endirməsi nə üçündür?
Cavab: Allah-Taala insanın günaha batmasını istəmir. Buna görə də onun üstünə nəzarətçi qoyur. Bəli, insan öz üzərində müfəttişi görəndə, ehtiyatlı olur.
Ey günahkar insan, sənin həya edib, günahdan uzaqlaşmağın üçün Allah-Taala sənin bədən üzvlərinə əlavə olaraq iki müfəttiş də müəyyən edib. (Ayıq ol!) Bu iş mö᾽minlərin də xeyrinədir-saleh əməllərin dəyəri daha da aşkarlanar.
Әlaçı şagirdin sevinci: "Baxın,mənim gündəliyimə baxın!"
Dərsindən ə᾽la qiymət almış şagird necə də sevinir, fəryad qoparır: gəlin, gəlin mənim gündəliyimə baxın, hamısı ə”ladır! Qiyamətin səhəri də əməl naməsi əlinə verilmiş mö᾽minlər beləcə sevincli, şaddırlar: Ey dostlar, ey tanışlar, gəlin mənim əməl naməmi oxuyun, namazlar, oruclar, sədəqələrim qəbul olub, baxın, mən dünyada bu günümün, hesabımın fikrində olmuşam. Belə bir şəxs xoşbəxtlikdə, əbədi rahatlıqda, böyük Behiştdə olacaqdır. Amma vay o şagirdin halına ki, "iki” alıb rədd edilib. Küçələrdə başı aşağı, asta-asta ötüb, ağlaya-ağlaya evə gəlir, ölüm arzulayır, bə᾽zən də huşunu itirib yerə yıxılır. Bu ağır halın minlərlə yuxarı mərtəbəsini düşünün-bu, əməl naməsi sol əlinə verilmiş günahkarların halıdır!
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb