Şeir üslubunda yazılanlar
Şeirə gəlincə isə, demək olar ki, onun kamilliyi ehtiva etdiyi mənalarla
dəyərləndirilir. Burada şeirin iki növünü qeyd etmək olar:
Sərbəst şeir. Bu növ şeir qəhrəmanlarından biri şair Məruf Əbdülməciddir.
O, Kərbəla meydanına öz şeir divanından neçə-neçə sətirlər atmışdır:
Kərbəla..! Kərbəla..!
Ey Yerin göz yaşı, səmanın ahı,
Ərşin məzənəsi, ənbiyanın göz yaşı.
Xariqüladə möcüzələr məkanı,
Elə bir məkan ki, yayılır qanlı gülün ətri.
Zahir olur
Valeh qəlblərin içindən,
O hansı xatirədir dərdlidir, sarsıdandır?!
Alovlanandır və yandırandır?!
O nə tarixdir ki, heç vaxt dönməyəcək?!
Və gərək dönməyəydi.
O hansı xatirədir ki, oldu və sovuşdu,
Qacar himni kimi,
Vəhşi barbar bayramında,
Ruzigarın kitabəsi bu hadisədən ağırlaşdı?!
Ah sənin üçün və səndən..!
Ah olsun sənin üçün, ey yer üzünə atılmış bədən,
Cahiliyyət fənlərinin səhnəsində
Başsız və tabutsuz,
Nə cənazə aparan var, nə də bir yazı..!
Ah olsun səndən, ey o baş ki, dolanır,
Xərabə şəhərlərdə.
Və xərabə vicdanlarda,
Qırx gün,
Qırx nəsil,
Qırx minilliklər.
İkinci şeir növünə gəlincə isə o, əruz meydanıdır. Burada İmam
Hüseyn Kərbəlasının zərrələrini öz nurlu sətirlərində hekayət edən bir rəngi
seçmişik. Onu Seyid Heydər Hillinin dili ilə nəql edirik:
Ey müqəddəs Kərbəla türbəti ki,
Tökülüblər Muhəmmədin oğluna hay-küylə!
O yerdə ki, sənin torpağın asmadı buludları,
Firdovs Kövsərindən suyu daşıyaraq.
Ənbiyanın ruhlarını dəfn etmisən, şübhəsiz,
Dəfn etmisən hidayət çeşməsinin nurunu.
Məgər mələklər onlarla birgə ağlamırmı
İlahi əhd-peymanı, eşqi Kərbəla məhəbbəti olanlara?!
Adəm ağlayır, hardadır Rəhmanın xəlifəsi Adəm,
Ta ki, qura əza məclisin Kərbəlaya?!
Səninlə qarışıbdır Bəqiyyətullah ki,
Təqdim edildi Adəmə və bildi adların.
Hardadır Allahın peyğəmbəri Nuh,
Ki, hazırlasın öz növhəsin və ağlasın?!
Sənin torpağında öldürdü düşmənlərini,
Bu səbəbdən qorundu Nuhun gəmisi qərqdən.
Hardadır Allahın peyğəmbəri Musayi-Kəlim,
Ta ki, edə vəcd ilə uzun uzadı qəm səsin?!
Həqiqətən, səndə gizlənmişdir o məşəl ki,
Tur dağında ucaltdı Allah onun parıltısını.
Hətta sübh çağı baş verdi müsibətin,
Daşıdı imamlar öz qəm-qüssələrin.
Dəfn etdilər səndə nübüvvət, vəhy və kitabı,
İmamət, onun hökmünü və qəzasını.
Seyid Heydər Hilli bu qəsidədə Peyğəmbər əhli-beytinin başına
gələn müsibətləri təqdim edərək, Allahın onlara məxsus etdiyi fəzilət və
kəramət məqamına işarə edir.
Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
Müəllif: Seyyid Nəbil Əl-Həsəni