Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Başqa bir hədisdə deyilir: "Mö’minin şərəfi gecə namazıdır.
İmam Sadiq (ə) buyurur: "Gecə namazı qılınan və Qur’an oxunan evlər səma əhlinə parlaq ulduzlar kimi görünər.”
Bundan əlavə, sübhlər qalxıb faydalı havadan bəhrələnmək bədənə və ruha müsbət tə’sir göstərir. Hədisdə deyilir: "Gecə ibadət etmək sağlamlığa səbəb olur.” Başqa bir hədisdə gecə namazının mə’nəvi tə’sirlərindən əlavə ağrıların sakitləşməsinə səbəb olduğu bildirilir.
Gecə namazı insanın Allaha məhəbbətinin nişanəsidir. Bu eşq insanı yuxudan ayırır və gecə raz-niyazına vadar edir. Əgər bu eşq olmasaydı insan hansı maraqla tənhalıq və qaranlıqda istirahətdən ayrılıb mə’şuqla söhbət edərdi?
Qüdsi bir hədisdə Allah-təala buyurur: "Məni sevdiyini iddia edib gecə çatan kimi yatan şəxs yalançıdır. Məgər bütün aşiqlər mə’şuqla xəlvətdə qalmaq istəmirmi?”
Gecə namazı üçün tövfiq lazımdır. Bu tövfiqi Allahdan istəməliyik.
Bə’zən günahlar və yalanlar insanın gecə namazından, duanın şirinliyindən məhrum olması ilə nəticələnir.
Hədisdə deyilir: "Bə’zən bir şəxs yalan danışır və buna görə gecə namazından məhrum olur.”
İnsan davamlı şəkildə gecə namazı qılıb, ibadət etməklə kamillik və nəfs paklığına nail olur, Allaha yaxınlaşır. Bununla da onun gözü, qulağı və əlləri ilahiləşir (yalnız haqqı görür, haqqı eşidir və ilahi işlər görür), etdiyi hər bir dua qəbul olunur.
Gecə namazının qılınma qaydası
İmam Sadiq (ə) başqa bir hədisdə buyurmuşdur:"Gecə namazı qılan şəxs,ac qaldığını guman edərsə, yalan demişdir. Çunki gecə namazı günün ruzisinin zaminidir"
Ayətullah uzma Seyyid Əli Hüseyn Sistaniyə ərəbcə ünvanlanmış sualların birində gecə namazının qılınma qaydası soruşulur. Verilən cavabda deyilir ki, gecə namazı 11 rükətdir, fəzilətli vaxtı gecənin son 1 / 3 hissəsidir.
İlk 8 rükət gecənin nafiləsi niyyəti ilə qılınır - 4 ədəd 2 rükətli namaz şəklində və bunların qılınma qaydası sübh namazına oxşayır. 1-ci rükətdə "Fatihə" və "İxlas", 2-ci rükətdə "Fatihə" ve "Kafirun" surələri oxumaq müstəhəbdir. Qunutda dua edilir, insana zülm verən zalımı cəzalandırması barədə də Allaha dua etmək olar. Hər iki rükətin axırında təşəhhüd və salam verilir. Nafilələrin axırında Həzrət Fatimənin (ə) zikrini demək savabdır.
Sonra 2 rükət "Şəf'" namazı qılınır. 1-ci rükətində "Fatihə" dən sonra "Nas", 2-ci rükətində "Fatihə"dən sonra "Fələq" surələri oxunur, qunut tutulmaz.
Axırda 1 rükət "vitr" namazı qılınır. "Fatihə"dən sonra 3 dəfə "ixlas" və 1 dəfə "Fələq" lə "Nas"surələri oxunur. Sonra qunut tutulur, 40 nəfər mominin bağışlanması üçün dua edilir, sonra 70 dəfə istiğfar edilir, 70 dəfə "hazal-məqamul-aizu bikə minən-nar" deyilir, 300 dəfə "əl-əfv" söylənir, ruku, səcdələr, təşəhhüd və salam yerine yetirilir.
Gecə namazından sonra oxunması savab olan müstəhəbbi dualar da var.
Gece namazı vacib deyil, müstəhəb olduğundan, indiyə kimi qıldığınız gecə namazlarında səhv olsa belə, qətiyyən günah qazanmamısınız. Əksinə, bilməyərəkdən səhvə yol verdiyinizə görə, Allah düzgün gecə namazının savabını sizə verər İnşaAllah. Amma bundan sonra bu namazın qılınma qaydalarına riayyət etməyiniz lazımdır.
Xəbər redaktə etdi: Huseynci Medine - 29-07-2017, 09:57
Səbəb: Gecə namazının video görünüşü əlavə edildi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |