» » İmam Hüseynin (ə) ziyarətinin fəziləti


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Hüseynin (ə) ziyarətinin fəziləti
    0
    Müəllif: Fatimə Nuri Xuda | 15-10-2015, 16:30 | Baxılıb: 1 301
     
     
    İmam Hüseynin (ə) ziyarətinin fəziləti
     
    Bilin ki, İmam Hüseynin ziyarətinin fəziləti bəyanetmə qüdrətindən xaricdir. Bir çox rəvayətlərdə onun Həcc, Ümrə və cihad kimi, əməllərdən mərtəbələrlə üstün və fəzilətli olması, bağışlanmağa, qiyamət günün hesabının yüngülləşməsinə, dərəcələrin üstün olmasına, duaların qəbul olmasına, ömrün uzun olmasına, bədənin sağlam olmasına, mal-dövlətin qorunmasına, ruzinin artmasına, hacətlərin rəva olmasına və qəm-qüssənin aradan getməsinə səbəb olur. Onu tərk etmək isə din və imanda nöqsan yaranmasına və peyğəmbərin boynumuzda olan haqlarından ən böyüyünü tərk etmiş oluruq.
    Həzrətin zairinə veriləcək ən az savab odur ki, onun günahları bağışlanar, Allah taala onun malını, canını qoruyar, onu öz əhli-əyalına qovuşdurar, xüsusilə qiyamət günündə Allah taala onu daha çox qoruyar. 
    Bir çox rəvayətlərdə buyurulur ki, o həzrətin ziyarəti qəm-qüssəni aparır, can verməyi asanlaşdırır, qəbrin qorxu və vəhşətini götürür. Hər kəs o həzrətin ziyarəti yolunda malından xərc etsə, hər dirhəm pulu üçün min dirhəmin, bəlkə də on min dirhəmin savabı yazılar. O həzrətin qəbrinə doğru gedən kəsi min mələk pişvaz edər, qayıdan zaman yenə həmin mələklər onu yola salarlar. Peyğəmbərlər, övsiyalar, məsum imamlar və mələklər o həzrətin ziyarətinə gələr, onun zəvvarlarına dua edər, müжdələyərlər. Allah-Taala "Ərəfat”da olanlardan çox onlara Öz rəhmət nəzərini salar. Qiyamət günündə o həzrətin zəvvarlarının başıucalığını və kəramətlərini müşahidə edənlər o həzrətin zəvvarlarından olduğunu arzulayarlar. Bu haqda nəql olunan rəvayətlər olduqca çoxdur. Biz o həzrətin məxsus ziyarətini qeyd edərkən fəzilətinin bir qisminə işarə edəcəyik. Burada isə bir rəvayəti gətirməklə kifayətlənirik: İbni Quləveyh, Şeyx Kuleyni, Seyid ibni Tavus və başqaları mötəbər sənədlərlə Müaviyə ibni Vəhəb Bəclinin belə dediyini nəql etmişlər: "Bir dəfə İmam Cəfər Sadiq (ə)-ın hüzuruna getdim və o həzrəti ibadət mehrabında namaz qıldığını gördüm. Namazını qurtaracağı vaxta qədər gözləməli oldum. O həzrətin Allahla belə münacat etdiyini eşitdim: "İlahi! Bizi kəramətlərə məxsus bilmisən, şəfaət vədəsi vermisən, risalət elmlərini bizim öhdəmizə qoymusan, bizi Peyğəmbər varisi, keçmiş ümmətləri bizimlə xətm, bizi Peyğəmbərin vəsiyyətinə məxsus, gələcəyi bizə əta, insanların qəlblərini bizə doğru meyilli etmisən. İlahi! Məni və Əba Əbdillahil Hüseyn (ə)-ın qəbrini ziyarət edənləri – o kəsləri ki, mal-dövlətlərindən keçib uzaq şəhərlərdən bizə məhəbbət bəsləmək məqsədi və bizə qarşı sileyi-rəhmi yerinə yetirmək üçün Sənin savabını qazanmaq ümidi ilə gələnləri, Sənin Peyğəmbərini şad edənləri, bizə cavab verənləri, düşmənlərini qəzəbləndirənləri bağışla! Onların məqsədi Sənin razılığını qazanmaqdır. Belə isə onları bizim tərəfimizdən sevinclə mükafatlandır, gecə-gündüz onları qoru, onların xəlifəsi ol, bütün inadkar düşmənlərin, eləcə də yaradılışın zəif və güclüsünün, şeytan, cin və insanların şərrini onlardan dəf et!... İlahi! Düşmənlərimiz onlara bizim ziyarətimizə gəlmək istədikləri üçün eyb tutdular və bu, onların gəlişinə mane oldu. Buna görə də Günəşin dəyişdiyi simalara rəhm et! Üzlərini İmam Hüseynin (ə) qəbrinə tutanlara və sürtənlərə rəhm et! Bizə məhəbbət məqsədilə göz yaşları tökənlərə rəhm et! Bizim müsibətimizə görə yanan ürəklərə rəhm et! İlahi! O ruhları və bədənləri Sənə tapşırıram ki, susuz bir gündə "Kövsər” hovuzundan sirab edəsən!...” O həzrət həmişə səcdədə belə dua edərdi. O həzrət duanı qurtardıqdan sonra dedim: "Mənim sizdən eşitdiyim duanı Allahı tanımayan bir kəs haqqında etsəydiniz, elə güman edərdim ki, cəhənnəmin atəşi onu əsla yandırmayacaq. And olsun Allaha! Bu zaman həccin ziyarətini yox, İmam Hüseynin (ə) ziyarətini arzuladıqda, Həzrət buyurdu: "Ey Müaviyə! Sən necə də o həzrətə yaxınsan, o həzrəti ziyarət etməyinə mane nədir? Bu ziyarəti əsla tərk etmə!” Dedim: "Sənə qurban olum! Bu qədər fəziləti bilmirdim.” Həzrət buyurdu: "Ey Müaviyə! O həzrətin ziyarətinə gələnlər üçün səmada dua edənlərin yer üzündə dua edənlərin sayından qat-qat çoxdur. Qorxudan o həzrətin ziyarətini tərk etmə, çünki qorxub, o həzrətin ziyarətini tərk edənlər həsrət çəkərək deyəcəklər ki, kaş, o həzrətin yanında o qədər qalardım ki, elə orada da dəfn olardım. Məgər istəməzsənmi ki, Allah taala səni Peyğəmbəri-Əkrəm (s), Əli (ə), Fatimə Zəhra (s) və məsum imamların dua etdikləri kəslərin içərisində qərar versin? Məgər istəməzsənmi ki, qiyamət günü mələklərin görüşdükləri kəslərdən və Qiyamətə heç bir günahı olmayan halda gələnlərdən və Peyğəmbəri-Əkrəm (s)-in görüşdüyü kəslərdən olasan?
     

    Kitabın adı: Məfatihul Cinan
     
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 16 Ekim 2015 00:23 | Administrator | Şərh yazdı
    Sitat:

    Bir çox rəvayətlərdə buyurulur ki, o Həzrətin ziyarəti qəm-qüssəni aradan aparır.
     
    Allah-təala bizlərə eşq karvanına qoşulmağı nəsib etsin. Qüssəni-qəmi dəf edərək həsrətdə olan qəlbləri Kərbəla ziyarəti ilə dincəltsin.. Amin Allah.. Xəbərin üçün çox sağ ol bacı. Allah əcrini versin İnşAllah.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Zəhra kənizi | Status: İstifadəçi Offline | 15 Ekim 2015 17:29 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun Allah hacətlərini versin çətinliyini həll etsin Bacım çox sağol bilməyimiz vacib hədislər idi yazan əllərin var olsun 

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.