1 gün Məhəmməd (s) peyğəmbər öz nəvələrini,balaca Həsəni və Hüseyni oynadır. Bu vaxt Peyğəmbərimiz Həsənin ağzından öpür, qucaqlayır,sonra da Hüseynin boğazından öpüb qoxlayır.Balaca Hüseyn babasından küsərək ağlıya ağlıya anası Fatimeyi Zəhranın yanına gedir əhvalatı danışır və deyir :
- Axı babam Həsənin ağzından öpür, mənim yox,mənim ağzımdan pis iymi gəlir ? Anası Hüseyni sakitleşdirir lakin bu əhvalat onunda təəccübünə səbəb olur və Peyğəmbərin yanına yollanır.
Fatimeyi Zəhra atasına:- EY ALLAHIN RƏULU bu gün 1 əhvalat olub ,Hüseyn mənə danışdı, siz nə üçün Həsənin ağzından, amma Hüseynin boğazınddan öpmüsünüz ?
Məhəmməd (s) Peyğəmbər 1 az gülümsüyür sonra gözləri dolur və deyir :
- Qızım onları elə öpməyimin böyük mənası va bunu sənə danışsam qorxuram ki, pis olarsan.
Fatimeyi Zəhra :- EY ALLAHIN RƏSULU and verirəm sənə yeri, göyü yaradana ki, pis olmuyacam danış.
Peyğəmbərin gözləri lap dolur və başlayır sözünə :
- Qızım, bu gün Cəbrayıl mələk xəbər gətirdi ki,mənə EY ALLAHIN RƏSULU sənin Həsənin Zəhərlənərək , Hüseynin isə boğazından qılınc zərbəsi vurulmaqla şəhid olacaqlar.
Peyğəmbər bunları danışdıqca göz yaşlarını tuta bilmir, sonra deyir:
- Mən də ona görə Həsənin zəhər içəcəyi o gül ağzından, Hüseynin isə qılıncla kəsiləcək boğazından öpdüm...