Düşdü Əbülfəzlin (ə) adı dillərə
Düşdü Əbülfəzlin adı dillərə (2)
Şiə fəda ol kəsilən əllərə (2)
Ey Əhli-beytə, səqqa Əbülfəzl
Babül-həvaic, mövla Əbülfəzl
***
Ey adı səqqa özü ətşan ağa
Kani-kərəm mənbəyi-ehsan ağa
Parçalanan başuvə qurban ağa
Dəryayi-fəzlin, məna Əbülfəz
***
Ey atası Heydərə nuri-bəsər
Can ağa eşqindən ürəklər əsər
Dərdi olan adüvə qurban kəsər
Eylə muradın, bərca Əbülfəz
***
Ey geyən eşqilə vəfa caməsin
Haq bəyənən iydəvü-bərnaməsin
Parçaladın düşmən amannaməsin
Etdin Yezidi, rüsva Əbülfəz
***
Qoyma ürəklər qəm odunda yana
Lütf eliyib baxsan Azərbaycana
Məkkədə şiələr boyandı qana
Yorğundu şiə, can ya Əbülfəz
***
Səndən ağa lütfü-əta istərik
Ruhə səfa dərdə dəva istərik
Təzkireyi Kərbübəlan istərik
Eylə bəratın imza Əbülfəz