» » Fatimənin (s.ə) evinə hörmətsizlik


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Fatimənin (s.ə) evinə hörmətsizlik
    +10
    Müəllif: Fatimə Nuri Xuda | 11-10-2015, 21:00 | Baxılıb: 1 411
     
     
    Fatimənin (s.ə) evinə hörmətsizlik
     
    Ibn Əbil Hədid Nəhcül bəlağənin şərhinin altıncı cildində 66-cı xütbədə öz istinadı ilə Əbu Zeyd Ömər ibn Şəbəhdən, İbrahim ibn Mənzərdən, İbn Vəhəbdən, İbn Ləhiədən, Əbul Əsvəddən nəql edir ki, mühacirlərdən bir neçəsi Əbu Bəkrə biətin məşvərətsiz baş verdiyinə görə qəzəbləndilər. Əli (ə) və Zubeyr də qəzəblənərək silahlı şəkildə Fatimənin(с) evinə gəldilər. Ömər də, Əbdül Əşhəl ailəsindən olan Üseyd ibn Həzir və Sələmə ibn Səlaqə ibn Qureyş daxil olmaqla, bir qrupla gəldi. Ömər qışqıraraq: Canım onun əlində olan kəsə and olsun ki, ya biət üçün çıxmalısınız, ya da ki, bu evi yandıracağam. O iki nəfər zorla evə daxil oldular. Fatimə(с) fəryad edərək o iki nəfəri Allaha and verdi, onlar Əli(я) və Zubeyrin qılıncını götürərək o qədər daşa vurdular ki, qılınclar sındı. Sonra isə Ömər Zubeyrin əlindən tutub qaldırdı, çəkərək qapıdan çıxardı və dedi: Bu iti saxlayın. Yenidən evə daxil oldu və Əliyə (ə) dedi: Dur beyət elə! Əli (ə) bu işdən çəkindi və gecikdi, Ömər onun da əlini tutub dedi: Dur! O durmadıqda Ömər onu çəkərək onunla da Zubeyrlə etdiyi şəkildə davrandı. Ömər və yoldaşları o iki nəfəri tələsik və kobudluqla məscidə apardılar. Əbu Bəkr qalxaraq xalq üçün xütbə oxudu və onlardan üzr istəyərək dedi: «Mənə beyət bir xətaya görə idi ki, Allah onun şərrindən qorudu, mən fitnədən qorxdum və Alaha and olsun ki, heç vaxt ona həris olmamışam, məxfi və ya aşkar olaraq Allahdan onu istəməmişəm. İndi isə boynuma böyük bir məsuliyyət qoyulmuşdur ki, ona gücüm çatmır. Çox istərdim ki, xalqın ən bacarıqlısı mənim yerimə onu öz öhdəsinə götürərdi».
    Əllamə seyyid Mürtəza Əskəri «İki məktəbin baxışları» kitabında sənədlə nəql edir ki;
    Tarixçilər, Əbu Bəkrə beyətdən boyun qaçırıb Əli (ə) və Zubeyrlə birlikdə həzrəti Fatimənin(с) evində cəm olanların siyahısında aşağıdakı şəxslərin adlarını sadalamışlar:
    Əbbas ibn Əbdul Müttəlib, Ütbə ibn Əbi Ləhəb, Səlman Farsi, Əbu Zər Ğifari, Əmmar ibn Yasir, Miqdad ibn Əsvəd, Burra` ibn Azib, Übəyy ibn Kəəb, Sə`d ibn Əbi Vəqqas, Təlhə ibn Übeydullah, Bəni Haşim, mühacir və ənsardan bir qrup.
    Əli (ə) və yoldaşlarının Əbu Bəkrə beyət etməkdən çəkinməkləri, onların Fatimənin (s.ə) evini sığınacaq etməkləri tarix, sihah, müsnəd, ədəb, kəlam, rical və maarif kitablarında təvatür həddində (ardıcıllıqla) nəql olunmuş və doğruluğunda heç bir şəkk-şübhə yoxdur. Lakin bu kitabların müəllifləri, qalib partiya ilə sığınanların arasında baş verənlərin hamısını işıqlandırmaqdan xoşları gəlmədiyinə görə yalnız bilmədən qələmlərindən qaçanlardan başqa bir şey ələ verməmişlər. Bu az miqdar deyilənlərə nümunə olaraq, tarixin mühüm bir olayı barəsində Bəlazürinin qeyd etdiyi bir sözünü göstəririk:
    «Əli (ə) Əbu Bəkrə beyət etməkdən boyun qaçırdıqda, Əbu Bəkr, Ömər ibn Xəttaba göstəriş verdi ki, onu zorla da olsa onun yanına gətirsin. Ömər əmrə tabe oldu və nəticədə onunla Əli (ə) arasında bir sıra mükalimələr oldu. Nəhayətdə Əli (ə) ona dedi: - Südü yaxşı sağ ki, yarısı sənin payın olacaqdır – Allaha and olsun, bu gün onun hökumətindən ötrü etdiyin bu canfəşanlıq hamısı ona görədir ki, sabah səni başqalarından qabağa salıb xilafəti sənə tapşırsın».
    Əllamə Əskəri sonra əlavə edir: Tarixçilər, Əbu Bəkrin əmri ilə Fatimənin (s.ə) evinə hücum edənlərin adlarını belə qeyd etmişlər:
    Ömər ibn Xəttab, Xalid ibn Vəlid, Əbdürrəhman ibn Ouf, Sabit ibn Qeys Şəmmas, Ziyad ibn Lubeyd, Mуhəmməd ibn Müslim, Zeyd ibn Sabit, Müslimə ibn Səlamə ibn Vəqş, Səəmə ibn Əsləm və Üseyd ibn Hüzeyr.
    Alimlər, bu şəxslərin həzrəti Fatimənin (s.ə) evinə hücum edərək daxil olmaqlarını və orada sığınanlarla rəftarını belə yazmışlar:
    Əbu Bəkrə beyət etməkdən boyun qaçıran, mühacirlərdən bir qrupu, o cümlədən Əli (ə) ibn Əbi Talib və Zubeyr silahlı və qəzəbli şəkildə Fatimənin (s.ə ) evinə daxil olaraq Əbu Bəkr və Ömərə bir qrup mühacir və ənsarın peyğəmbərin (s) qızı Fatimənin (s) evinə toplaşaraq Əli (ə) ibn Əbi Talibin ətrafında birləşməsi barəsində arayış verdilər. Onlar bəyan etdilər ki, peyğəmbərin (s) qızının evinə toplaşanların məqsədi Əli (ə) ibn Əbi Talibin xilafətinə beyət etməkdir.
    Sonra isə Əbu Bəkr, Ömər ibn Xəttaba göstəriş verdi ki, Fatimənin (s.ə) evinə gedib onları oradan çıxarsın, yığıncaqlarını dağıtsın və əgər müqavimət göstərsələr onlarla döyüşsün. Ömər bu fərmanı yerinə yetirmək üçün Fatimənin (s.ə) evinə tərəf üz qoydu. Onun əlində (məş`əl kimi) bir yanan odun var idi. Qərara almışdı ki, onunla evə od vursun. (İbn Əbdu Rəbbih və Əbul Fida`nın yazdığına əsasən) Fatimə(с) onların qarşısına çıxdı və Ömərə dedi:
    يابن خطاب، أجئت لتحرق داينا؟ قال: نعم، أو تدخلوا فى ما دخلت فى ما دخلت فيه الامة
    Yəni, Ey Xəttab oğlu, gəlmisən ki, mənim evimi odlayasan? Ömər cavab verdi: Bəli. Yalnız xalqla həmrəy olsanız yandırmaram. Bəlazuri bu mövzunu belə yazmışdır:
    ... قال نعم على بابى؟ محرقا اتراك يابن خطاب
    Yəni, Ey Xəttab oğlu, mənim üstümə evi odlamağa gəlmisən? Ömər cavab verdi: Bəli...
    Əllamə Əskərinin - «bu kitabların müəllifləri, qalib partiya ilə sığınanların arasında baş verənlərin hamısını işıqlandırmaqdan xoşları gəlmədiyinə görə yalnız bilmədən qələmlərindən qaçanlardan başqa bir şey ələ verməmişlər» – sözünə qüvvət olaraq əlavə edirik: - Mübaliğəsiz demək lazımdır ki, İbn Əbil Hədid (Allah ona rəhmət eləsin) həqiqətdə çoxlu sirrləri açıqlamışdır. Lakin Fatimənin (s.ə) evinə pənah gətirənlərə hücum hadisəsində, məlum olduğu kimi, yalnız «əgər bayıra çıxmasanız evi odlayacağam» cümləsi ilə kifayətlənmiş və daha odun gətirilməsi barəsində bir söz deməmişdir. Amma elə bu yazıçı iyirminci cilddə Cəməl döyüşünün və Əbi Bəkrin qızı Aişəyə bəzən hörmətsizliyin şərhi münasibəti ilə yazır:
    «Fatimənin (s.ə) evinin qapısını açmaq, evə daxil olmaq, evin qapısına odun yığmaq və od vurmaqla hədələmək ən yaxşı işlərdən (ki, Allah təala onun vasitəsi ilə islamı qorumuş və fitnə alovunu söndürmüşdür) sayıldığı halda, Ayişənin hörmət pərdəsini yırtmaq, cəhənnəmdə əbədi qalmağa səbəb olacaq kimi böyük günahlardan sayılması və bu işi görənlərdən üz döndərmək imanın mühüm işlərindən hesab edilməsiı necə mümkündür? Halbuki ən azı bunların hər ikisinin, Fatimə ilə Aişənin hörmətini saxlamaq bərabərdir. Hələ biz xoşlamırıq ki, sizə Fatimənin hörmətinin daha böyük olması, məqamının daha uca olmasını və peyğəmbərə görə onun hörmətinin qorunmasının daha mühüm olmasını deyək. Onun peyğəmbərin (s) bir parçası olması, əti və qanı rəsulullahın (s) bir parçası olması həyat yoldaşı olmaq ilə müqayisəolunmazdır. Çünki həyat yoldaşı ilə onun arasında evlilikdən başqa bir bağlantı yoxdur».
    Yenə də həmin cilddə Bəni-Haşimin bütün fərdlərini (Arim) zindanında toplayaraq, zindanın qapısı ağzına bol-bol odun yığaraq onları odda yandırmaq məqsədi güdən Abdullah Zubeyrin işi xüsusunda məşhur tarixçi Məs`udinin sözlərini nəql edir:
    Ürvət ibn Zubeyr qardaşı Abdullahı bu işdə (Bəni-Haşimi mühasirə edərək ətrafına odun yığıb odda yandırmaq istəməsində) üzürlü sayır və deyirdi: «Onun bu işdə məqsədi, müsəlmanlar arasında əqidə və söz ixtilafının yaranmaması və hamının ona itaət edərək vəhdət təşkil etməsi idi. Necə ki, Ömər ibn Xəttab bu işi, Bəni-Haşim Əbu Bəkrə beyət etməkdən boyun qaçırdıqda etdi və onları evdə olarkən evi odlamaq üçün odun yığdı».
    Deyirik: Deməli əgər sırf söz vəhdətini qorumaq, əqidə ixtilafının qarşısını almaq və nizam-intizam məsləhətinə görə bəhanəsi ilə Ömər ibn Xəttab və Abdullah ibn Zubeyri peyğəmbərin qızının qapısına və Bəni-Haşimə od vurmasını üzürlü saymaq olarsa, onda şübhəsiz ki, tarixin bütün cinayətkarlarını bəşəriyyətin islahatçıları cərgəsində saymaq lazımdır. Çünki onlar da hamını özləri başında olduğu söz vəhdəti bayrağı altına cəm etməkdən başqa məqsəd güdmürlər.
     
     
    Kitabın adı: Qədir günündən Aşurayadək
    Müəllif: Seyid Kazim Pərpənçi
     
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 12 Ekim 2015 08:03 | Sayt nəzarətçisi | Şərh yazdı
    Cox sagol baci genis suretde izzah olunub tarix ellerin derd gormesin bu cur delilin subutun ustunu hec vaxt ortmek olmaz  bu bizim tariximizdi nə qədər ki şiyələr yasayir Əhlibeyt  əzadarlığı yasayacaq  İNŞALLAH

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Neyneva | Status: İstifadəçi Offline | 12 Ekim 2015 06:42 | İstifadəçi | Şərh yazdı
    Allah razi qalsin bacim cox deyerli bir xeberdir cox saq ol bacim 

    İmam Cəfər əs Sadiq (ə) qızının adını Fatimə qoyan bir şəxsə buyurdu:
    ... ﺍﺫﺍ ﺳﻤﻴﺘﻬﺎ ﻓﺎﻃﻤﺔ ﻓﻠﺎ ﺗﺴﺒﻬﺎ ﻭ ﻟﺎﺗﻠﻌﻨﻬﺎ ﻭﻟﺎﺗﻀﺮﺑﻬﺎ
    "İndiki, onun adını Fatimə qoydun, ona pis söz demə, ona qarğış eləmə və onu vurma"
    (Kuleyni (r.ə), "Əl-Kafi", cild 6, səh 48 (ﻛﺎﻓﻲ، ﺝ 6، ﺹ 48)) 1d



    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 11 Ekim 2015 23:38 | İstifadəçi | Şərh yazdı
    Allah Ehli-beytin duwmenlerine lenet etsin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Arzu | Status: İstifadəçi Offline | 11 Ekim 2015 22:09 | İstifadəçi | Şərh yazdı
    Allah Imam Eli (e) Xanim Zehranin düsmenlerine lenet etsin

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.