Xoşbəxtlik
+5
Müəllif:
miryaqub | 12-01-2014, 22:16 | Baxılıb: 1 530
Xosbəxtlik
Çoxumuz insanlardan fərqlənmək, hamıdan üstün olmaq istəyirik. Amma illərlə yataqda zillət çəkən bir xəstədən soruşun və görün ki, hamı kimi normal addımlaya bilməyin, istədiyini yeyə bilməyin özü nə qədər böyük nemətdir. Onu demək istəyirik ki, insan öz səadətini uzaq yolların o başında, Qaf dağının o üzündə axtarmamalıdır. Hər kəs əmin olmalıdır ki, onun könlünü rahat edən xoşbəxtlik haradasa ətrafındadır və onu tapmağa çalışmalıdır. Xoşbəxtlik hər şeydən öncə mənəvi kateqoriya, dünyagörüşüdür. İnsan çox şeyin qədrini onu itirəndən sonra bilir. Xoşbəxtlik həm də Allah-Təalanın verdiyi nemətlərin qədrini bilmək
və o nemətlərin qarşılığında şükür etməyi bacarmaqdır. Şükürün ifadəsi əslində insanın dilində açan xoşbəxtlik çiçəyidir.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.