Diş ağrısı üçün dua
Ərəbcə
وَ تَريَ الْجِبَالَ تَحْسَبُهَا جَامِدَةً، وَ هِيَ تَمُرُّ مَرَّ السَّحَابِ صُنْعَاللهِ الَّذي اَتْقَنَ كُلَّ شَيْيٍ اِنَّهُ خَبيرٌ بِمَا تَفْعَلُونَ
بِسْمِ اللهِ وَالشَّافي اَللهُ، وَ لا حَوْلَ وَلا قُوَّةَ اِلاََّ بِاللهِ الْعَلِيِ الْعَظيمِ
Oxunuşu
Və tərəl cibalə təhsəbuha camidəh, və hiyə təmurru mər-rəs səhab, sun`əllahilləzi ətqə-nə kullə şəy`, innəhu xəbirun bima təf`əlun.
Bismillahi vəş şafillah, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim.
Tərcüməsi
İmam Sadiq (ə) buyurmuşdur: "Əlini dişinə qoyub, "Həmd”, "İxlas”, "Qədr” surələrini, eləcə də
(O gün) dağları görüb, onları hərəkətsiz və donmuş zənn edərsən. Halbuki onlar buludun keçdiyi kimi hərəkət edərlər. (Bu) hər bir şeyi möhkəm və əsaslı yaradan Allahın işidir. (Başlanğıc aləmində görülən işin möhkəmliyinin tələbi də bir gün aləmin dağılması və nəticə aləminin yaranmasıdır). Həqiqətən, O, etdiklərinizin hamısından xəbərdardır.
ayəsini oxusun.
Həmçini Əmirəl-möminin Əlidən (ə) belə nəql olunmuşdur: Əlini səcdə yerinə –alnına– çəkdikdən sonra, ağrıyan dişin üstünə qoyub desin:
Allahın adı ilə! Şəfa verən Allahdır. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur.
Kitabın adı: Məfatihul Cinan