Ağız ağrısı üçün dua
Ərəbcə
بِسْمِاللهِ الَّذي لايَضُرُّ مَعَ اسْمِهِ دَاءٌ، اَعُوذُ بِكَلِمَاتِاللهِ الَّتي لايَضُرُّ مَعَهَا شَيْيٌ، قُدُّوسٌ قُدُّوسٌ، قُدُّوسٌ اَسْئَلُكَ يَا رَبِّ بِاسْمِكَ الطَّاهِرِ الْمُقَدَّسِ الْمبَارَكِ، الَّذي مَنْ سَئَلَكَ بِهِ اَعْطَيْتَهُ، وَ مَنْ دَعَاكَ بِهِ اَجَبْتَهُ، اَسْئَلُكَ يَا اللهُ يَا اللهُ يَا اللهُ، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ النَّبِيِّ وَ اَهْلِ بَيْتِهِ، وَ اَنْ تُعَافِيَني مِمَّا اَجِدُ في فَمي وَ رَاْسي، وَفي سَمْعي وَ في بَصَري وَ في بَطْني وَ في ظَهْري، وَ في يَدي وَ في رِجْلي، وَ في جَوَارِحي كُلِّهَا
Oxunuşu
Bismillahir rəhmanir rəhim, bismillahilləzi la yəzurru məəs-mihi da, əuzu bikəlimatillahil-ləti la yəzurru məəha şəy, qud-dusun quddusun quddus, əs`ə-lukə ya rəbbi bismikət tahiril muqəddəsil mubarək, əlləzi mən səələkə bihi ə`təytəh, və mən dəakə bihi əcəbtəh, əs`ə-lukə ya Əllahu ya Əllahu ya Əllah, ən tusəlliyə əla Muhəm-mədinin nəbiyyi və əhli bəytih, və ən tuafiyəni mimma əcidu fi fəmi və fi rə`si, və fi səm`i və fi bəsəri və fi bətni və fi zəhri, və fi yədi və fi ricli və fi cəvarihi kulliha.
Tərcüməsi
İmam Sadiqdən (ə) belə nəql olunmuşdur: Əlini ağzına qoyub desin:
O Allahın adı ilə başlayıram ki, adını çəkməklə heç bir dərd zərər yetirməz! Allahın sözlərinə pənah aparıram ki, onların vasitəsilə heç bir şey zərər görməz! O, müqəddəs, pak və eyibsizdir. Ey Rəbbim, Səndən pak, müqəddəs və mübarək adın, Səni onunla çağıran hər bir kəsin istəyini verdiyin və duasını qəbul etdiyin adının vasitəsilə istəyirəm! Ey Allah, ey Allah, ey Allah, Səndən istəyirəm ki, Məhəmməd peyğəmbər və onun Əhli-beytinə salam yetirəsən və ağzımda, başımda, qulağımda, gözümdə, qarnımda, belimdə, əlimdə, ayağımda və bütün bədən üzvlərimdə olan dərdlərə afiyət və sağlamlıq verəsən!
Allahın istəyi ilə şəfa tapar!
Kitabın adı: Məfatihul Cinan