Ah-naləmə yetməz Səndən özgəsi,
Bir Sənsən bu ağlar könlümün bəsi.
Unutmayıb daim yada salan kim,
Deyilməyən dərdi duya bilənkim?!
Kimdir Səndən başqa bu işə qadir,
Ümidim, pənahım rəhmətindədir.
Bu rəhmət çeşməsi sevgilə dolu,
Nuş edənin eşqdən dəyişir halı.
Bu badədən içmək olsa qismətim,
İbadətin, zikrin olar adətim.