Külək və onda olan xüsusiyyətlər
Ey Müfəzzəl! Səni külək və onun xüsusiyyətlərindən agah edirəm. Külək dayandığı zaman, insanlar xəstələnir, meyvələr məhv olur və bütün dənli bitkilər faydasız olur. O, öz arxasınca "vəba” gətirir. Bəs küləklərin əsməsi yaradanın hikmətindəndir.
Hava və səslər
Səni havanın başqa bir xüsusiyyəti ilə xəbərdar edirəm. Cisimlərin bir-birinə dəyməsi nəticəsində hava da "səs” yaranır və hava onu qulaqlara yetirir. Insanlar bu səslə bütün işlərini görürlər.
Əgər bu sözün əsəri, kağızın üzərində qalan yazı kimi havada qalsa, insanların bütün zərərləri tamam olardı. Sözlər yazıdan çox olduğundan Allah-Taalahavanı sözlərin daşıyıcısı qərar vermişdir. O, vaxt ki, onu məhv edir, yerində ağ və təmiz edir. Bu iş kəsilmədən davam edir.
Həmin havadan və onda gizlənmiş məsləhətdən ibrət dərsi götür. Hava bədənlərin həyat amilidir. Canlılar onunla nəfəs almaqla diri qalırlar.
O, səsləri çox uzaq fasilələrdən gətirir, məxsus iyləri bir yerdən başqa yerə aparır. Görürsən ki, külək əsən yerdən iy gəlir. Hava aləmin xeyrinə olan istini və soyuğu qəbul edir. Əsən külək də havanın cinsindəndir. Külək bədənləri sərinlədir və buludları bir yerdən başqa yerə aparır. Və nəticədə yağış yağır. O vaxt ki, yağış yağdı, külək buludları pərakəndə edir. Ağacları sulayır, gəmiləri hərəkətə gətirir, yeməkləri yeməli edir. Xülasə hər şeyi dirildir. Əgər külək olmasa otlar solar, canlılar ölər və hər şey xarab olar.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri