İmam Muhəmməd Təqi (ə)- dan hədislər
İmam Muhəmməd Təqi (ə) buyurub: Hər kim Allaha bel bağlasa, Allah onu sevindirər.
İmam Muhəmməd Təqi (ə) buyurub: Hər kim Allaha təvəkkül etsə işlərində Allah ona yardım eder.
İmam Muhəmməd Təqi (ə) buyurub: Allaha bel bağlamaq yanlız möminin qalasıdır;
İmam Muhəmməd Təqi (ə) buyurub: Allaha təvvəkkül etmək yalnız pis şeylərdən nicat və düşmənlərə qarşı bir sığınacaqdır.
İmam Muhəmməd Təqi (ə) buyurub: Din izzətdir, elm xəzinədir, susmaq nurdur, pəhrizkarlığın son dərəcəsi günahlardan çəkinməkdir.
İmam Muhəmməd Təqi (ə) buyurub: Bir iş görüb ona razı olmayan şəxs o işi görməmiş bir adam kimidir. Bir işi görməyən amma ona razı olan şəxs isə onu görən adam kimidir.
İmam Muhəmməd Təqi (ə) buyurub: Hər kəs danışan bir adama qulaq assa ona ibadət etmişdir. Əyər danışan Allahdan İmam danışırsa Allaha ibadət etmişdir. Əgər şeytendan danışırsa şeytana ibadət etmiş kimi olur.
İmam Muhəmməd Təqi (ə) buyurub: Tövbəni gecikdirmək qururdur. Tövbəni gecikdirməkdə gecikmək isə səhlənkarlıqdır. İmam Muhəmməd Təqi (ə) buyurub: Allahla bu gün-sabah eləmək həlakətdir. Günahları təkrar etmək isə Allahın məkrindən qorxmamaqdır. Və Allahın məkrindən ancaq ziyankar bir cəmiyyət qorxmaz.(Ə'raf surəsi,ayə 19)
İmam Muhəmməd Təqi (ə) buyurub: Bil ki sən Allahın görmədiyi bir yerə gedə bilməzsən. Belədirsə öz əhvalına diqqət yetir.
İmam Muhəmməd Təqi (ə) buyurub: Zülm edən zalım, ona yardım edən zülmə razı olan şəxslər o zülmə şərikdir.
İmam Muhəmməd Təqi (ə) buyurub: Hər kəs Allaha arxalanmaqla qəni olmaq istəsə, camaat ona möhtac olar və hər kəs Allahdan qorxsa (təqvalı olsa) xalq onu sevər.
İmam Muhəmməd Təqi (ə) buyurub: Allaha güvənmək hər dəyərli şeyin qiyməti və hər ucalığın nərdivanıdır.
İmam Muhəmməd Təqi (ə) buyurub: Pis adamla dostluq etməkdən çəkin. Çünki onun zahiri bir qılınc kimi gözəldir. İşinə gəldikdə isə pisdir. (Batil yolda qan tökərsə)
Möminin üç şeyə ehdiyacı vardır:
1-Allahın yardımına
2-Öz batinindən gələn öyüdə.
3-Nəsihət edənin nəsihətini qəbul etməyə.
Üç şey Allahın razılığını bəndəyə yetirər:
1-Çoxlu istixfar eləmək
2-Yaxşı mülayim davranmaq
3-Çoxlu sədəqə vermək
və 3 şey varki hər adamda olsa peşman olmaz
1-Tələsməmək
2-Məsləhət almaq
3-Qərara gələndə Allaha təvekkül etmək
Şükür olunmayan nemət, bağışlanmayan günah kimidir
Bilinki Allah həlim (dözümlü) və alimdir. Allahın qəzəbi onun razılığını qəbul etməyənlərə şamil olar və Allah onun bəxşişlərini qebul etməyənlərə bexşiş verməz. Və doğurdanda Allahın hidayətini qəbul etməyənlər azğınlığa düşəcəklər.
Kitabın adı: Könül oxşayan sözlər