Çox mübarək bir gündür və onda bir neçə əməl var;
1. Oruc tutmaq. Səksən ayın orucunun savabına malikdir.
2. Həzrət Fatimə Zəhranın (s) namazını qılmaq. Şeyx buyurmuşdur ki, bu namaz iki-iki dörd rükətdir. Əmirəl-möminin Əli əleyhissalamın namazı kimidir, hər rükətdə "Həmd” surəsindən sonra əlli dəfə "İxlas” surəsini oxumaq, salamdan sonra isə həzrətin təsbihini desin və daha sonra belə oxusun:
Uca məqam və izzət sahibi olan Allah pak və bütün eyiblərdən uzaqdır! Şövkət və əzəmət sahibi olan Allah pak və bütün eyiblərdən uzaqdır! Mülkü qədim və iftixar sahibi olan Allah pak və bütün eyiblərdən uzaqdır! Daşların üzərində qarışqanın ayaq izlərini görən Allah pak və bütün eyiblərdən uzaqdır! Quşların havada uçuş xəttini görən Allah pak və bütün eyiblərdən uzaqdır! O Allah pak və bütün eyiblərdən uzaqdır ki, yalnız O, bu xüsusiyyətlərə sahibdir və başqalarında bu xüsusiyyətlər yoxdur!
3. Günbatana yarım saat qalmış iki rükət namazdır. Hər rükətdə "Həmd” surəsindən sonra hər biri on dəfə "İxlas”, "Ayətəl-kürsi” və "Qədr” surələrini oxumaq.
4. Hər kim hər hansı zalımdan qorxsa, belə bir gündə bu duanı oxusun:
Mənim (Səndən) istəyim və Sənin mənim vəziyyətimdən agah olmağın bəs edər, bəs edər, bəs edər!
Allah taala zalımın şərrini ondan uzaqlaşdırar.
Bil ki, belə bir gündə həzrət İbrahim Xəlil dünyaya gəlmişdir. İki şeyxin nəql etdiyi hədisə əsasən, belə bir gündə həzrət Əli əleyhissalam həzrət Fatimə salamullahi əleyha ilə evlənmişdir.
Kitabın adı: Məfatihul Cinan