Ya imadə mən la imadə ləh, və ya zuxrə mən la zuxrə ləh, və ya sənədə mən la sənədə ləh, və ya hirzə mən la hirzə ləh, və ya ğiyasə mən la ğiyasə ləh, və ya kənzə mən la kənzə ləh, və ya izzə mən la izzə ləh, ya kəriməl əfv, ya həsənət təca-vuz, ya əvnəz zuəfa, ya kənzəl fuqəra, ya əzimər rəca, ya munqizəl ğərqa, ya munciyəl həlka, ya Muhsinu ya Mucmilu ya Mun`imu ya Mufzil, əntəl-ləzi səcədə ləkə səvadul ləyli və nurun nəhar, və zəv`ul qəməri və şuauş şəms, və həfifuş şəcəri və dəviyyul ma`, ya Əllahu ya Əllahu ya Əllah, la ilahə illa ənt, vəhdəkə la şərikə lək, ya Rəbbahu ya Əllah, səlli əla Muhəmmədin və ali Muhəm-məd, vəf`əl bina ma əntə əhluh.
Ya mən yəkfi min kulli şəy`, və la yəkfi minhu şey`, ikfini ma əhəmməni.
Tərcüməsi
Kəfəmi "Bələdül-əmin”də Əmirəlmöminindən belə nəql edir ki, hər kədərli, qəm-qüssəli, çətinliyə düşən, bəlaya düçar olan və qorxan şəxs bu duanı oxusa, tezliklə işləri həll olar.
Dua belədir:
Ey dayağı olmayanların dayağı, ey ehtiyatı olmayanların ehtiyatı, ey çarəsizlərin mühafizi, ey sığınacağı olmayanların sığınacağı, ey fəryad edənlərin fəryadına yetən, ey kimsəsizlərin xəzinəsi, ey izzəti olmayanların izzəti, ey əfvi böyük və güzəşti gözəl olan, ey zəiflərin köməkçisi, ey fəqirlərin xəzinəsi, ey qərq olanlara nicat verən, ey həlak olanların xilaskarı, ey yaxşılıq edən, ey xeyirxah, ey nemət verən, ey lütf və kərəm sahibi! Sənsən o Allah ki, gecənin qaranlığı, gündüzün aydınlığı, ayın nuru, günəşin şüası, ağacın xışıltısı və suyun şırıltısı Sənə səcdə edir. Ey Allah, ey Allah, ey Allah! Səndən başqa heç bir tanrı yoxdur. Sən birsən və Sənin şərikin yoxdur. Ey bizim Rəbbimiz, ey Allah, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir və Sənə layiq olduğu kimi mənimlə rəftar et!
Sonra öz hacət və istəklərini Allahdan dilə!
Müəllif deyir: Çətinlikdən və qəm-qüssədən qurtarmaq üçün İmam Cavadın(ə) öyrətdiyi aşağıdakı zikir də yaxşıdır:
Ey hər bir şeyə kifayət edən və heç bir şeyin Səndən kifayət etmədiyi, mənim mühüm işlərimə kifayət et!