» » Dünyaya etinasızlığın sitayişi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Dünyaya etinasızlığın sitayişi
    0
    Müəllif: RuQeYyA | 11-09-2015, 10:00 | Baxılıb: 524
     77
     
    Dünyaya etinasızlığın sitayişi
    Hədisin davamında Peyğəmbər (s) buyurur:
    «Ey Əbuzər! Xoş dünyada zahid olanların halına! Xoş axirətə ürək bağlayanların halına ki, Allahın yerini genişləndirir, torpağını özlərinə xalı və suyunu ətir qərar vermişlər. Batinlərini Allahın kitabı ilə bəzəyib, zahirlərini duaları ilə örtmüşlər. Dünyadan qırılıb üz döndərmişlər».
    Xoş o kəslərin halına ki, dünyaya rəğbətləri yoxdur və ancaq axirət barəsində düşünürlər. Çünki onlar dünya həqiqətlərini tanımış və həqiqi dəyərin harada olduğunu bilirlər. Onlar torpaq üzərində, yerdə oturmağa razı olarlar. Onlar üçün torpaqla qiymətli xalıların dəyəri birdir. Lakin dünyaya ürək bağlayan bizlər yerdə, torpaq üzərində oturmağı özümüzə sığışdırmırıq. Qorxuruq, birdən camaat bizə baxıb ağız büzər, biz də xəcalət çəkərik. Çalışıb özümüzdə bu ruhiyyəni yaratmalıyıq ki, torpaq üzərində oturmaqla, xalça üzərində oturmaq bizim üçün də bir olsun. Əgər bir gün bir nəfər fəqirin yanında təvazö`karcasına yerdə oturaraq onun ürəyini ələ almaq vəzifəsi öhdəmizə düşsə, utanıb xəcalət çəkməməliyik.
    Zahidlər üçün özlərini qiymətli ətirlərlə ətirləndirmək heç də lazım deyil. Onlar üçün yerdə axan su ilə də özlərini paklayıb ətirləndirmək yetər. Onların Allahla rabitəsi o qədər güclüdür ki, Quran oxuduqları zaman Allahın onlarla danışdığını hiss edər və ya dua etdiklərində sanki Allahla həmsöhbət olarlar. İnsanların içindədirlər və üzləri onlara tərəfdir, ancaq ürəkləri başqa yerdədir. Dünyadan gördükləri bəhrə budur ki, onu arxada qoyarlar və kağız kimi büküb atarlar. Dünya keçici və fani olduğu üçün Allaha və əbədi qalacaq şeylərə nəzər salarlar.
    Dəfələrlə deyilmişdir ki, tərbiyəvi xarakter daşıyan bu bəyanlar ona görə deyil ki, birdəfəlik dünya nemətlərini bir kənara qoyaq və ya bu mənada deyil ki, ixtiyarında dünya nemətləri olan insanlar pis adamlardır. Bütün bu bəyanlar ona görədir ki, dünyaya olan bağlılığımız azalsın və vəzifəmizin bizdən nəyi tələb etdiyinə diqqət edə bilək. Əgər vəzifəmiz yaxşı paltar geyməyi, yaxşı maşına minməyi və bu kimi şeyləri tələb edirsə, vəzifə və Allahın tələbi olduğu üçün həmin işi də görməliyik. Lakin bu nemətlərin sorağına öz istəyimizlə gedəcəyiksə, çox qorxulu bir yola qədəm qoymuş olarıq. İstər-istəməz Allahın razı olmadığı işlərə sürüklənərik. Çünki ürəyin istəyi ilə Allahın istəyi bir yerə sığmır. Ürəyin və həvayi-nəfsin yolu, Allahın yolundan ayrıdır və heç vaxt bir-birinə yaxınlaşmırlar:
    «(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan öncə, gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola gətirə bilər? Məgər düşünüb ibrət almırsınız?»(«Casiyə» surəsi, ayə 23.).
    Deməli, bu bəyanlar dünya məhəbbətinin insanların qəlbində azalması üçündür. Torpaq üzərində əyləşməyin bəyənilməsi və qiymətli xalçaların, dekorun, cah-cəlallı həyatın fikrində olmamaq deyəndə, bu o demək deyil ki, özümüzü əzab-əziyyətə salaq və Allahın nemətlərindən bəhrələnməyək. Sufiliklə məşğul olan bir şəxs imam Sadiqə (ə) ərz etdi: «Bu xəz libası niyə geyinmisiniz? Məgər siz Əlinin (ə) övladı deyilsiniz?» Həzrət (ə) buyurdu: «Əlinin (ə) zamanında xalq kasıb dolanırdı, buna görə də, İmamın müsəlmanlara nisbətən daha sadə yaşaması lazım idi ki, xalq öz kasıbçılığından narahat olmasın. Lakin camaatın yaşayış səviyyəsi yuxarı qalxarsa, salehlərin bu nemətlərdən istifadə etməyə daha artıq ləyaqətləri çatar».
    Şərait tələb edərsə, müsəlmanlar sənətdə inkişaf və həyat tərzində yeniliyin ardınca getməlidirlər. Tələb olunan yerdə müsəlman kafirlərdən gözəl geyinməli, ondan da yaxşı maşına minməlidir. Əgər müsəlmanlar zamanın ehtiyaclarından doğan, cəmiyyətlərinin tələb etdiyi, ehtiyacı olduğu sənayenin, texnologiyanın inkişafı, tərəqqisi haqqında düşünməsələr, əlacsız əllərini kafirlərə uzatmalıdırlar və bu, onların zillətinə, başıaşağı olmasına gətirib çıxaracaqdır.
    İctimai baxımdan İslam cəmiyyəti əgər ən aşağı qənaət həddində yaşamaq istəsə, yalnız ibtidai sənət növündən istifadə etmək istəsə, ibtidai minik və silahla təchiz olunsa, bir sözlə, bu fikirlə sadə və qənaətcil cəmiyyətə sahib olmaq istəsə, yaradıcılığa və ixtiraya məhəl qoymasa, çox yəqin ki, kafirlərin əli altında olacaqdır. Belə cəmiyyət xar, zəlil və ona-buna ehtiyaclı olacaqdır. Allah-təala ilahi cəmiyyətin kafirlərin əlində əsir-yesir olmasını istəmir. Qur`ani-kərimdə bu barədə buyurulur:
    «…Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz»(«Nisa» surəsi, ayə 141.).
    İzzətli olan ancaq Odur və bu izzəti Rəsulu və möminlər üçün bilir:
    «…Halbuki şərəf-şan da, qüvvət və qələbə də yalnız Allaha, Onun Peyğəmbərinə (s) və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər»(«Munafiqun» surəsi, ayə 8.).
    Sənətdə, texnologiyada geriliyin istismara, yad mədəniyyətlərin həmin ölkəyə təcavüzünə səbəb olduğunu nəzərə alaraq, İslam ümmətinin tərəqqisi üçün çalışmaq hər bir müsəlmanın İlahi vəzifəsidir. Bu vəzifədən heç bir bəhanə ilə boyun qaçırmaq olmaz. İslam Peyğəmbəri (s) və imamlarımız (ə) tərəfindən müsəlmanların elmə və sənətə yiyələnməkləri barədə çoxsaylı buyuruqları da dediklərimizə şəhadət verir. Rəsuləllah (s) buyurur:
    «Elmin ardınca gedin, hətta o, Çində də olsa».
    Yəni İslam cəmiyyətinin ehtiyac duyduğu bütün elmləri öyrənin. Bu bölümün sonunda Həzrət (s) buyurur:
    «Ey Əbuzər! Axirətin məhsulu yaxşı əməllər, dünyanın məhsulu isə mal və övladdır».
    Axirət istəyən kəs saleh əməllərin ardınca getsin, dünyanı istəyən kəs mal-dövlət toplasın.

    Kitabın adı: Axirət azuqəsi
    Müəllif: Doktor Misbah Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.