'' Həyat dərsi '' İbrətamiz Hekayə
İmam Sadiq (ə) ucqar dağ ətəyində yaşayan bir qarı nənənin cəhrədə yun əyirdiyini görüb ondan soruşur:
- "Qarı nənə, sən Allaha inanırsan?"
Qarı nənə:
- "Əlbəttə ki, inanıram"
İmam:
- "Ömrün boyu dağ ətəyində yaşamısan, bir dənə də olsun kitab oxumamısan, alimlərlə ünsiyyətdə olmamısan. Bəs necə oldu ki, Allahın varlığını dərk etdin?"
Qarı nənə İmama belə cavab verir:
- "Oğlum, görürsən əlimdəki cəhrəni? Mən onu ayağımla hərəkətə gətirməsəm, o dayanacaq. Bəs bu boyda yer-göy, ulduzlar, Günəş, əgər bütün bu intizamlı dünyanı idarə edən, hərəkətə gətirən bir güc olmasa, dünya necə var ola bilər? Bu güc elə Allahın Özüdür!Mən Allahı belə dərk etdim"
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.