Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Mömin, bədəninin bütün əzaları ilə Allahdan qorxan kəsdir. Beləliklə böyük əxlaq və fiqh alimi Əbu Leys əs- Səmərqəndi Allah qorxusunun səkkiz əlamətini bizlərə xəbər verir:
1. Dilin yalandan uzaqlaşması.
2. Qəlbində Allah qorxusu olan qul dilini yalandan, dedi- qodudan, intiriqaçılıqdan, iftiradan və boş danışmaqdan qoruyar, bunların yerinə dilini zikrlə, Quran oxumaqla və elmi müzakirələrlə məşğul edər.
3. Qəlbdən qısqanclığın atılması. Qəlbində Allah qorxusu olan qul qəlbində düşmənlik, iftira və qısqanclıq hissləri saxlamaz. Çünki, qısqanclıq yaxşılıqları məhv edər. Beləliklə Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurur: "Alov odunu necə yandırırsa, qısqanclıq da yaxşılıqları eləcə məhv edər”. Qısqanclıq qəlb xəstəliklərinin öndə gələnlərindən biridir və bu xəstəliklər ancaq elm və yaxşı əməllər işləyərək aradan qaldırıla bilər.
4. Göz harama baxmaz. Qəlbində Allah qorxusu olan qul haram yeməyə, haram içkiyə, haram paltara ümumiyyətlə haram olan heç bir şeyə baxmaz. Dünyaya ac və həris gözlərlə deyil, ibrət almaq məqsədilə baxar. Halal olmayan şeylərdən baxışlarını qaçırar. Beləliklə Peyğəmbərimiz (s) belə buyurur: "Kim gözünü haramlarla doldurarsa Allah da onun gözünü qiyamət günündə odla doldurar”.
5. Haram loxma yeməz. Qəlbində Allah qorxusu olan qul haram loxma yeməz. Çünki haram yemək ağır günahlardan biridir. Beləliklə Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm) belə buyurur: "İnsan oğlunun qarnına haram bir loxma getdikdə, o loxma mədəsində qaldığı müddətcə yerdə və göylərdəki mələklər təkrar- təkrar onun üstünə lənət oxuyarlar. O loxmanı həzm edərkən ölərsə gedəcəyi yer cəhənnəmdir”
6. Əllər Allah razılığı üçün çalışar. Qəlbində Allah qorxusu olan qul əllərini harama deyil Allahın razılığını qazanacağı şeylərə uzadar. Beləliklə səhabələrdən Kab əl-Əxbərin (radiyallahu anhu) belə dediyi rəvayət edilir: "Allah hər bir hissəsi yetmiş min gözlü yetmiş min hissəsi olan yaqutdan bir köşk yaratmışdır. Qiyamət günü bu köşkə ancaq qarşılarına çıxan haram şeylərdən Allah qorxusu ilə uzaqlaşanlar girəcəkdir”.
7. Ayaqlar Allah üçün gəzər. Qəlbində Allah qorxusu olan qulun ayağı günah etməyə deyil Allahın əmrinə uyğun və Onun razılığını qazandıracaq işlərə doğru hərəkət edər, alimlərlə və saleh əməllər işləyənlərlə görüşmək məqsədilə addım atar.
8. İbadətə riya qarışmaz. Qəlbində Allah qorxusu olan qul ibadətini yalnız Allahın razılığını qazanmaq üçün edər, riyadan və münafiqlikdən uzaq durar. Belə insanlar haqqında Allah (c.c)
Qurani- Kərimdə belə buyurur:
"Axirət (Cənnət) isə sənin Rəbbinin yanında ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlər üçündür!”
"Həqiqətən müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar.”
"Müttəqilər isə şübhəsiz ki, cənnətlər və nemətlər içində olacaqlar.”
"Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdədir.”
Mömin qorxu ilə ümid arasında olması lazımdır. Buna görə bir yandan ümid kəsmədən Allahın rəhmətini gözləyər digər tərəfdən ibadət edərək çirkin əməllərdən imtina edərək Allaha tövbə edər. (Ya Peyğəmbər! Mənim adımdan) de: "Ey mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!”
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |