![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Malik Əştər Əli (əleyhissalam)-ın səmimi, pak və şücaətli dostlarından idi. Elə bir dost ki, Əli (əleyhissalam) bə`zi vaxtlar öz yoldaşlarına buyururdu:
«Kaş sizin aranızda iki nəfər Malik Əştər kimi adamım olaydı.» mən Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm üçün necə idimsə Malik də mənim üçün o cür idi. İmam Əli (əleyhissalam) öz danışıqlarının birində bu qəhrəman və cəsurun haqqında be
lə buyurur:
Allah ona xeyr versin ki, əyrilikləri düzəltdi və xəstələri müalicə etməyə başladı, sünnəti ayağa qaldırdı, fitnəni arxada qoyub imtahanlardan qəbul olundu və təmiz geyim az eyb ilə bu dünya ilə vidalaşıb əbədi həyata qovuşdu. Həmçinin, həyatın pisliyindən azad oldu. O Allah qarşısında öz məs`uliyyətini layiqincə yerinə yetirdi, Allaha günah etməkdən çəkindi.
O getdi lakin camaatı bir neçə yol ayrıcında qoydu və onlar da onun olmaması üzündən sərgərdanlıq bataqlığında batdılar.
Malik Əştər Əli (əleyhissalam) tərəfindən Misirin valisi tə`yin edilmişdi, Misirə sarı getdiyi zaman Müaviyənin məxfi muzduru tərəfindən zəhərli bal ilə şəhadətə çatdı. Bu böyük insanın şəhadət xəbəri Əli (əleyhissalam)-a çatdıqda o Həzrət buyurdu:
«Malik?! Malik kim idi? And ola Allaha, əgər dağ idisə yeganə və yüksək bir dağ idi. Əgər daş idisə elə möhkəm və hündür idi ki, heç kəs onun ətəyinə çatmazdı və heç bir yüksəyə uçan quş belə onun göylərə ucalmış zirvəsində qanad çala bilməzdi.»
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









