Bazar ertəsinin namazı
İmam Həsəni Əsğəri əleyhissalamdan nəql olunmuşdur:
Düşənbə günü on rəkət namaz qılıb, onun hər rəkətində Həmd surəsini və on dəfə Töhid surəsini oxuyan şəxsə Allah -Taala qiyamət günü elə bir nur verər ki, muqəfi işıqlandırar və o gündə məxluqların hamısı ona qibtə edər.
Bazar ertəsinin duası
Allahummə inni əbrə'u iləykə fi yəvmi haza və ma bə'dəhu minəl-ahadi minəşşirki vəlilhadi və uxlisu ləkə duaii təərruzən lilicabəti və uqimu əla taətikə rəcaən lilisabəti fəsəlli əla Muhəmmədin xəyri xəlqikdda'i ila həqqikə və əizzəni biizzikəlləzi la yuzami vəhfəzni biəynikəl-ləti la tənamu vəxtim bil-inqitai iləykə əmri və bil-məgfirəti umri innəkə əntəl-gəfurur-rəhim.
Duanın tərcüməsi
Pərvərdigara, həqiqətən mən, bu gündə və ondan sonra gələn günlərdə sənin dərgahına şirk və ilhaddan (küfr və zülmdən) sıgınır. Bezarlıq edirəm. Sənin üçün dualarımı xalisləşdirirəm, qəbul olması ümidi ilə həmişə Sənin itaətində qalıram cavab ümidi ilə. Ey Rəbb Mühəmmədə məxluqlarının ən yaxşısına və haqqa də'vətedən şəxsə salavat göndər. Məni, Özünün yatmayan gözlərin önündə hifz et, işlərimi Sənə tərəf xətm olunması ilə, ömrümü məgfirət və bagışlanmaqla sona yetir. Həqiqətən sən bağışlayan və rəhm edənsən.
Kitabın adı: Məfatihul Cinan
Müəllif: Şeyx Abbas Qumi