Su və od bir yerdə
+5
Müəllif:
Elya | 21-08-2015, 13:00 | Baxılıb: 1 541
Su və od bir yerdə
Yasin surəsi, ayə 79-80: "Onları (çürümüş sümükləri) ilk dəfə yoxdan yaradan Allah dirildəcəkdir. O yaradan ki, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan (iki ağacı bir-birinə sürtməklə) od yandırırsınız.”Mərxvə İfar ağaclarından şaxə kəsdikdə, onlardan su axır. Onların biri erkək, digəri isə dişidir. Onları bir-birinə sürtdükdə, od verirlər. Ərəbistanda ilk vaxtlar kibrit və çaxmaqdaşı olmadığından, od belə əldə edilirdi. Təəccüblüdür ki, hər ikisindən su axan iki ağac bir-birinə sürtüldükdə od necə yaranır? Bu iki zidd işi (od və su) əlaqələndirən qadir Allahdır. Necə ola bilər ki, belə bir Xaliq ikinci dəfə ruhu, dağılıb sonradan cəmlənmiş bədənə qaytara bilməsin?!
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.