Kərbəla Ələmdarı

Bağışlayan və Mehriban Allahın adı ilə. "Qəməri Bəni-Haşim" ləqəbi
ilə tanınmış Həzrət Əbülfəzl ibn Əli (ə) hicrətin 26-cı ili, şəban ayının
4-də dünyaya gəlmişdir. İslam aləmində Həzrət Əbülfəzl (ə) QəməriBəni-Haşim
(yəni Haşim Nəslinin Ayı) ləqəbi ilə tanınmışdır. Atası,
Allahın hüccəti Həzrət Əli (ə), anası isə öz şücaətləri ilə ad qazanmış
"Kilab" qəbiləsindən olan Ümmül-bənidir. Xanım Fatimə (ə)
dünyasını dəyişdikdən sonra Həzrət Əli (ə) qardaşı Əqilə demişdi ki,
onun üçün qeyrətli və şücaətli övlad dünyaya gətirə biləcək bir həyat
yoldaşı seçsin və buna görə bütün tayfalarla maraqlansın. Əqil bütün
tayfaların əsl-nəcabətini yaxşı bildiyi üçün məhz Ümmül-bənini
həzrət Əliyə (ə) tövsiyə etdi. Həzrət Əlidən (ə) tərbiyə alan Həzrət Əbülfəzl bütün insani dəyərləri
və əxlaqi xüsusiyyətləri özündə təcəssüm etdirən bir şəxs olmuşdur.
Öz şücaəti, qəhrəmanlığı ilə tarixə silinməz və əvəz olunmaz izlər
salmışdır.İmam Cəfər Sadiq (ə) belə buyurur: "Bizim əmimiz Həzrət
Əbülfəzlin (ə) dolğun təfəkkürü, geniş baxışı və güclü imanı var idi. O
(ə), İmam Hüseynlə (ə) birgə zalım Yezidə qarşı sonadək mübarizə
apardı. O Həzrətin (ə) yolunda canını fəda edərək şəhid oldu."İmam Səccad (ə) o həzrətin (ə) barəsində belə buyurur: "Həzrət
Əbbas (ə) təlim görməmiş alimdir. Çünki o, İlahi elmin mənbəyi,
Həzrət Peyğəmbərin (s) varisi və vəlisi Həzrət Əlinin (ə), həmçinin
behişt cavanlarının ağaları olan Həsən (ə) və Hüseynin (ə) elmindən
istifadə etmişdir." O Həzrətin (ə) şücaəti və qəhrəmanlığı barəsində
tarixçi Xarəzmi belə nəql edir: "Siffeyn müharibəsində Əbbasın
göstərdiyi misilsiz şücaəti və yüksək qılınc oynatmaq qabiliyyəti
hamını valeh etmişdi.
Müaviyə suyu Həzrət Əlinin (ə) ordusunun üzünə bağladıqdan sonra
Əbülfəzl (ə) meydana çıxaraq qarşı tərəfdən döyüşçü istədi. Bu
zaman Müaviyə Əbu Şəsanı çağırıb dedi ki, sən Şamın ən
cəngavərisən, başqalarına ibrət olsun deyə bunu öldür. Lakin o, özü
getməyib oğlunu göndərdi. Əbülfəzl (ə) ardıcıl olaraq onun yeddi
oğlunun hər birini öldürdü. Bunu görən əbu Şəsa qəzəbli şəkildə
meydana daxil oldu. Həzrət Əbülfəzl (ə) onu da məğlub edərək
cəsədini yerə sərdi. " Xarəzminin nəql etdiyinə əsasən bundan sonra
Müaviyənin qoşunundakılardan onunla vuruşmağa heç kim cəsarət
etmədi. Həzrət Əbülfəzin (ə) məqam və fəzilətini bilmək üçün sadəcə bir məsələni qeyd etmək kifayətdir. Belə ki, məsum şəxsə yalnız
məsum olan bir şəxs qüsl verib namaz qıla bilər. Həzrət
Muhəmmədə (s) Həzrət Əli (ə) qüsl verərkən ona Fəzl ibn Əbbas və
ibn Əbdülmüttəlib su tökərək kömək edirdilər. Lakin onlar parça ilə
gözlərini bağlayaraq bunu etmişlər ki, Peyğəmbərin (s) mübarək
bədənini görməsinlər. Çünki qeyri-məsum şəxslər məsum şəxsin tam
örtünməmiş bədəninə baxdıqları üçün kor olacaqları ehtimalı vardır.
Amma İmam Hüseyn (ə) İmam Həsənə (ə) qüsl verərkən Həzrət
Əbülfəzl (ə) gözü açıq iştirak etmişdir. Həzrət Əbülfəzl (ə) ömrünü
qardaşı İmam Hüseynin (ə) yanında keçirmiş və daim ona sadiq
qalaraq atasına verdiyi vədə əməl etmişdir.
Kərbəla şəhidləri arasında öz yüksək məqamı ilə ad qazanan Həzrət
Əbülfəzl (ə) ömrünün sonuna qədər zalımlara qarşı mübarizədən
çəkinmədiyi halda Allahın hüccətini qəhrəmancasına müdafiə
edərkən və Əhli Beyt (ə) xanədanına su gətirərkən Fərat sahilində
şəhadətə yetişdi. Hələ Tasua gecəsi qarşı tərəfdən gələn
"amannamə"yə yox cavabı verən Həzrət Əbbas (ə) bir daha öz
vəfalılığını göstərmişdi. İmam Səccad (ə) Həzrət Əbülfəzlin
məqamının şəhid məqamından üstün olduğu barədə belə buyurur:
"Allah Təala əmim Əbbasa (ə) rəhmət eləsin. O, həqiqətən canından
keçib özünü qardaşına fəda etdi, Allah-Təala ona kəsilmiş qollarının
əvəzində cənnətə uçaraq daxil olsun deyə əmisi Cəfər Təyyar kimi
iki qanad vermişdir. Onun Allah Təala yanında elə bir məqamı var ki,
Qiyamət günü bütün şəhidlər ona qibtə edər və onun məqamına
təmənna bəsləyərlər." İmam Sadiq (ə) Həzrət Əbülfəzl (ə) haqqında belə buyurur: "İlahi haramları sənin haqqında halal bilən və səni
öldürməklə islamın hörmətini tapdalayanlara Allah lənət eləsin."
Əbülfəzlin (ə) Kərbəladakı qəhrəmanlığı barəsində Təbəri belə yazır:
"Məhərrəm ayının 7-də İmam Hüseyn (ə) ordusunu mühasirəyə
alaraq suyu onların üzünə bağladılar. Əbülfəzl (ə) su gətirmək üçün
İmam Hüseyndən (ə) icazə alaraq 30 atlı, 20 piyada və 20 su tuluğu
ilə Fərat çayına tərəf yollandı. Çaya yetişdikdə suyun qarşısını kəsən
düşmən qoşunu ilə rastlaşdılar. Bir dəstə onlarla vuruşduğu halda
digər dəstə tuluqları su ilə doldurub oranı tərk etdilər. Döyüşçülər
arasında öz şücaəti ilə Həzrət Əbbas (ə) düşmənin gözünü elə
qorxutmuşdu ki, heç kim ona yaxınlaşıb döyüşmək istəmirdi."
Aşura gecəsi İmam Hüseyn (ə) öz xeyməgahında ibadətlə məşğul
olarkən Həzrət Əbülfəzl (ə) onu mühafizə etmiş və daim Əhli Beytin
(ə) xidmətində durmuşdur. Həmin gecə Həzrət Əbülfəzl (ə)
qardaşlarına xitab edərək buyurdu: "Bu gün elə bir gündür ki, gərək
behişti satın alaq və canımızı İmam Hüseynə (ə) fəda edək. Bunu
onun qardaşları olduğumuz üçün etmirik, yalnız və yalnız ona görə
edirik ki, İmam Hüseyn (ə) Allahın yer üzündəki hüccətidir."
Əbbasın(ə) sözlərini eşidən İmam Hüseyn (ə) buyurdu: "Ey qardaş,
aləmlərin Pərvərdigarı sənə əcr versin.
Aşura günü haqqın bayraqdarı olan Əbülfəzl (ə) İmamın göstərişi ilə
meydana gedən son şəxs oldu. Bütün səhabələr meydana getmək
üçün İmam Hüseyndən (ə) icazə alaraq növbə ilə meydana getdiyi halda Həzrət Əbülfəzl (ə) İmam Hüseynin (ə) əmrini gözləyirdi.Sonda o, İmam Hüseyndən (ə) izn alaraq su gətirmək üçün Fərata
yollandı. Zalımlarla üzləşən Həzrət Əbülfəzl (ə) ilk növbədə onları
haqqa tərəf səslədi, lakin onlar buna etina etməyərək öz
zülmlərindən əl çəkmədilər. Həzrət Əbülfəzl (ə) tuluğu su ilə doldurub
qayıdarkən Onun (ə) sağ əlini kəsdilər. Bir müddət sol əli ilə
vuruşduqdan sonra Həzrətin (ə) sol əlini də kəsdilər. Ancaq Kərbəla
ələmdarı bayrağın yerə düşməsinə imkan vermədi və onu sinəsinə
sıxaraq saxladı. Hər tərəfdən o Həzrəti (ə) ox və nizə ilə yaraladılar.
Həzrət (ə) fəryad edərək buyurdu: "Məndən sənə salam olsun ey
əba Əbdullah." Bunu eşidən İmam Hüseyn (ə) onun yanına gəldi və
Həzrətin (ə) mübarək başını qucaqlayaraq buyurdu: "İndi belim sındı,
çarəm azaldı və düşmənin dili açıldı."
Həzrət Əbülfəzl (ə) Kərbəlada İmam Hüseynin (ə) hərəminin
yaxınlığında dəfn olunub.
Əhli-beyt aşiqlərinin hər biri üçün gün kimi aydın həqiqətlərdən biri
də budur ki, o Həzrəti vasitə bilib sidq ürəklə Allah Təaladan istənilən
hacətlər tezliklə qəbul olur. Elə bu səbəbə görə o Həzrəti (ə)
"Hacətlər qapısı" da adlandırırlar.
Kitabın adı: Kərbəla həqiqətləri