Neysan suyu...
Seyid ibn Tavus deyir: "Zadul-Abidin” kitabında rəvayətçi nəql edir ki, atam Əbülfütuh (r) vasitə ilə Abdullah ibn Ömərdən nəql edir: Biz əyləşmişdik, Peyğəmbər (s) oraya gəldi. Salam verdi. Biz də salamına cavab verdik. Buyurdu ki, sizə elə bir şey tanıtdırım ki, dava-dərmana ehtiyacınız qalmasın. Rum təqvimi ilə Neysan ayında yağış suyunu yığın, ona yetmiş dəfə "Həmd”, "Ayətəl-Kürsi”, "Tövhid”, "Fələq”, "Nas”, "Kafirun”, "Qədr”, "Əllahu-Əkbər”, "La ilahə milləllah”, "salavat” oxuyun, Həmin suyu yeddi gün gecə və gündüz için.
İnsan və cinin şərinə qarşı...
İnsan və cinin şərindən amanda qalmaq üçün bu duanı oxuyun: "Bismillahir-Rəhmanır-Rəhim, La ilahə illəllahu ələyhi təvəkkəltu və huvə rəbbul-ərşil-əzim. Maşaəllahu kanə və ma ləm yəşa ləm yəkun əşhədu innəlahə əla kulli şəyin qədir və innəllahə qəd əhatə bikulli şəyin ilma. Əllahummə inni əuzu bikə min şərri nəfsi və min şərri kulli dabbətin əntə axizun binasiyətiha innə rəbbi əla siratin mustəqim” (Bağışlayan və mehriban Allahın adı ilə. Allahdan başqa məbud yoxdur. Ona təvəkkül etmişəm Odur uca ərşin Rəbbi. Allahın istədiyi olacaq, onun istəmədiyi olmayacaq. Şəhadət verirəm ki, Allah hər şeyə qadirdir. Elmi hər şeyi əhatə edir. Pərvərdigara! Həqiqətən öz nəfsimin və hər canlının şərindən Sənə sığınıram. Həqiqətən Allahın yolu doğru yoldur).
Kitabın adı: Tibbur-Rəsul (Peyğəmbər təbabəti)