Qiyamət barədə əqlin hökmü
Əgər nəqli dəlillərimiz olmasaydı, xalqı Qiyamət gününə inanmağa çağıran, onların danışıqlarının, əməllərinin, əqidələrinin sorğu-suala tutulacağını xəbər verən peyğəmbərlər gəlməsəydilər də, əqlimiz ən böyük şahid və dəlil idi ki, bu fələklər və xilqətlərin gərdişi nəticəsiz olmayacaq. Bütün əql sahibləri ətrafına baxıb görür ki, gecə gündüz, gündüz gecə olur, yeyir, yatır, ifraz edir, cinsi yaxınlıqda olur, uşaq böyüyür, cavan qocalır və ölür. Müşahidə etdiyiniz bu sonsuz, geniş dəsgah elə bunun üçün imiş?! İnsan ifraz maşınımı yaradılıb?! Bu ki, əbəs və mə᾽nasız olardı! Bir halda ki, heyvanlar yeyirdi, cinsi yaxınlıq bacarırdı,insana ne ehtiyac vardı?!
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb