İt, vəfalı bir heyvan və insanın müdafiəçisidir
Yırtıcılar arasında "it” elə yaradılmışdır ki, sahibin müdafiə etsin və ona məhəbbət bəsləsin. Gecənin qaranlığında damlara və hasarlara çıxır ki, evi və sahibini oğruların şərrindən qorusun.
İtin sahibinə olan əlaqəsi və mehribançılığı bə`zən o yerə çatır ki, sahibinin canını, malını və heyvanlarını qorumaq üçün özünü ölümə belə atır. İt sahibinə o, qədər məhəbbət bəsləyir ki, aclıqda və susuzluqda ona yoldaş və arxa olur.
Görəsən niyə itin yaranışında məhəbbət və mehribançılıq qoyulmuşdur?
Bu itin insanın qoruyucusu olması üçündür. Buna görədə ona kəsici dişlər yırtıcı caynaqlar və dəhşətli səs verilmişdir.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri