» » İmam Zamanla (ə.f) görüşənlər «Yetmiş ikinci görüş» (Son)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Zamanla (ə.f) görüşənlər «Yetmiş ikinci görüş» (Son)
    +10
    Müəllif: Huseynci Medine | 20-07-2015, 15:00 | Baxılıb: 1 319
     
     
    İmam Zamanla (ə.f) görüşənlər «Yetmiş ikinci görüş»
     
    Seyyid ibn Tavus deyir: 641-ci il (h.q.) cəmadiüs-sani ayının iyirmi yeddisi, cümə axşamı Həzrət Əlinin (ə) müqəddəs hərəmini ziyarət etdikdən sonra Hilləyə, öz şəhərimə qayıtdım. Cümə günü Həsən ibn Əli Əlbiqli adlı tanışlarımdan biri gəlib dedi: İmam Zamanla görüşdüyünü iddia edən Əbdülmöhsün adlı bir nəfər gəlib sizi görmək istəyir. Qonağı hörmətlə qarşılayıb evə də`vət etdim.
    Cəmadiüs-sani ayının iyirmi səkkizi, şənbə gününün axşamı qonaq-qara dağılışandan sonra aranı xəlvət görüb qonaqla söhbətə başladıq. Bir az söhbətdən sonra onun e`tibarlı adam olduğunu bildim. Sözləri əsla şəkk-şübhə doğurmurdu. O, başına gələnləri mənə belə danışdı: Əslim "Hüsni-bəşər” deyilən yerdəndir. Amma Dulab yurduna köçüb orada ticarətlə məşğul oluram. Bir zamanlar "Divani-Sərair” deyilən yerdən taxıl alırdım. Səfərlərimin birində yenə də mal almaq üçün həmin məntəqəyə yollandım. Axşam Müdiyyə qəbiləsinin yanında qalmalı oldum. Bu qəbilənin məskunlaşdığı yer "Mücrə” adlanır. Gecə yarısı ibadət üçün yuxudan qalxdım. Su üçün çölə çıxdım. Amma onların suyu haradan gətirdiklərini bilmirdim. Yaxınlıqda su quyusu gözə dəymirdi. Şərqə doğru uzaqda bir arxın olduğunu bilirdim. Əlacsız qalıb həmin səmtə yollandım. Bir qədər yol gedəndən sonra anladım "Təllis-səlam” deyilən yerdə – Kərbəla yolunun üstündəyəm. O gecə cümə axşamı, 641-ci il cəmadiüs-sani ayının on doqquzu idi. (Seyyid ibn Tavus deyir: Həmin gecə mən qardaşım Seyyid Məhəmməd Avi ilə birlikdə Həzrət Əlinin (ə) qəbri kənarında idik. O gecə çoxlu mə`nəvi feyz alıb mükaşifələr gördük.) Bu anda gözlənilmədən, haradansa bir atlı peyda oldu. Qəribə idi, onun nə vaxt, necə gəldiyini hiss etmədim. Ay işığı olsa da, duman hər yeri bürümüşdü. Atlının əynində ağ libas vardı. Başına əmmamə sarımış, belinə qılınc bağlamışdı. Məndən soruşdu: Camaatın vaxtı necədir? (Dövran necə keçir?)
    Elə bildim ki, indiki vaxtı soruşur. Dedim: Dünyanı duman bürüyüb. Dedi: Onu soruşmuram. Sual etdim, camaatın vəziyyəti necədir? Dedim: Camaat – hər kəs öz vətənində, malının, sərvətinin kənarında əmin-amanlıqla yaşayır. Dedi: İbn Tavusun yanına gedib bu xəbəri (mə`xəzdə Həzrətin tapşırığı qeyd olunmayıb) ona çatdırarsan.
    Seyyid ibn Tavus deyir: Əbdülmöhsün Həzrətin (ə) tapşırığını mənə çatdırdı və  ondan soruşdum ki, Həzrət (ə) başqa bir şey buyurmadı? Dedi: Həzrət (ə) sonra buyurdu: Həqiqətən də və`d edilən vaxt yaxınlaşmışdır!
    Bu vaxt bir anlıq zehnimdən keçdi ki, olmaya bu şəxs mövlamız Sahibəzzamanın özüdür? Bihuş olub özümdən getdim. Səhərə qədər bihuş vəziyyətdə qaldım.
    Əbdülmöhsündən soruşdum: Haradan bildin ki, onun dediyi İbn Tavus mənəm? Dedi: Mən, Tavus övladları arasında sizdən başqa kimsəni tanımıram. Həzrət (ə) bunu söyləyəndə, ağlıma sizdən başqa kimsə gəlmədi.
    Dedim: Həzrətin "Həqiqətən də və`d edilən vaxt yaxınlaşmışdır!” – sözündən o vaxt nə başa düşdünüz? Ölümün yaxınlaşmağı, yoxsa zühurun yaxınlaşmağını deyirdi? Əbdülmöhsün dedi: Mən belə başa düşdüm ki, zühurunun vaxtını deyir. Dedim: Bu barədə məndən başqa kimsəyə bir söz demisən? Dedi: Bəli. Müdiyyə yurdundan çıxanda, bir dəstə adam məni görüb elə bildilər ki, yolu azıb həlak olmuşam. Çünki halım özümdə deyildi. Qayıdanda, iki gün tamam – çərşənbə və cümə axşamı düşdüyüm qeyri-adi hal çöhrəmdən çəkilmədi.
    Ona dedim: Bundan sonra həmin sirli səhər haqqında kimsəyə danışma. Sonra ona peşkəş olaraq müəyyən şeylər bağışlamaq istəm də, qəbul etmədi. Dedi: Mənim başqasının köməyinə ehtiyacım yoxdur. İsrar etməyib dincini alsın deyə ona yataq hazırladım. Qonaq öz yatağına çəkiləndə, mən də otağı tərk edib yatmağa hazırlaşdım. Yuxuya getməzdən qabaq Allaha yalvarıb həmin gecənin həqiqətini daha aşkar şəkildə mənə ə`yan etməsini istədim. Yuxuda mövlamız İmam Cəfər Sadiqi (ə) gördüm. İmam böyük bir hədiyyə ilə mənim yanıma gəlmişdi. Yuxuda mənə belə ə`yan oldu ki, imamın hədiyyəsinin mənim yanımda olmasına baxmayaraq, sanki mən o hədiyyənin qədrini bilmirəm. Bu anda yuxudan ayıldım. Allaha həmd-səna edib gecə namazına hazırlaşmağa başladım. Xidmətçi dəstəmaz almaq üçün aftafa-ləyən gətirdi. Aftafanı qaldırdım ki, ovcuma su töküm, amma su tökülmədi. Elə bil, kimsə aftafanın lüləsini tutub geri qaldırır, bununla dəstəmaz almağıma mane olurdu. Öz-özümə dedim ki, yəqin suya nəcis bir şey dəyib, Allah mənim napak su ilə dəstəmaz almağımı istəmir. Xidmətçini səsləyib dedim: Aftafanı haradan doldurmuşdun? Dedi: Arxdan. Dedim: Ola bilsin, suya haradansa nəcis dəyib. Apar aftafanı pakla, yenidən doldur gətir.
    O, aftafanı götürüb getdi. Suyunu boşaldıb onu doldurarkən suya çəkib doldurmasının səsini eşidirdim. O, dolu aftafanı gətirib mənə verdi. Aftafanın dəstəyindən yapışıb yuxarı qaldırdım ki, su tökülsün, amma yenə də, sanki kimsə aftafanı geri qaytardı. Anladım ki, bu hadisə məni gecə namazından saxlamaq üçün baş verir. Ürəyimdə dedim ki, bəlkə Allah sabaha mənim üçün bir imtahan, hikmətli bir hadisə nəzərdə tutub. Ona görə də sabah başıma gələcək bəlanın, ya hər hansı işin bu gecə edəcəyim dua vasitəsilə dəf olmasını istəmir. Bunu fikirləşib yerə oturdum. Elə bu xəyallarla da yuxu məni apardı. Yuxuda gördüm ki, bir şəxs mənə deyir: "Əbdülmöhsün xəbəri çatdırmaq üçün gəlmişdi və yaxşı olardı, onun önündə yol gedəsən.” Bu sözləri eşidəndə, yuxudan ayıldım. Bir anlığa fikrə getdim. Dedim,  yəqin Əbdülmöhsünə lazımınca hörmət göstərə bilməmişəm. İstiğfar edib Allahdan məni bağışlamasını dilədim. Yenidən aftafanı götürdüm ki, dəstəmaz alım. Bu dəfə qeyri-adi bir hadisə baş vermədi. Dəstəmaz alıb iki rükət namaz qıldım. Bu vaxt artıq dan yeri sökülürdü. Mən gecənin nafiləsini qəza etdim.
    Ertəsi gün öz malımdan altı sikkə qızıl, xərcləməyə ixtiyarım olduğu başqalarının malından isə on beş qızıl ayırıb, üzürxahlıq edə-edə Əbdülmöhsünə təqdim etdim. Amma o, qızıllardan imtina edib dedi: Mənim özümdə indi yüz qızıl sikkə var və sən isə onları ehtiyacı olanlara ver. Dedim: Adət üzrə böyük şəxsiyyətlərin elçisinə ehtiram olaraq bir şey verərlər. Amma o, yenə də qəbul etmədi. Dedim: Bərəkətdir! Əlbəttə, bu on beş sikkə qızılı götürməyə səni məcbur etmirəm, amma bu altı qızıl mənim öz malımdır, gərək qəbul edəsən. Əbdülmöhsün yenə də boyun qaçırıb inadından dönmədi. Axırı onu dilə tutub çətinliklə yola gətirdim. Nəhayət, altı qızıl pulu qəbul etdi.
    Günorta vaxtı birlikdə nahar etdik. Sonra yuxuda mənə buyurulduğu kimi, onun önündə gedərək yola düzəldik. Yolda ona tapşırdım ki, bu siri heç kimə açmasın.
    Seyyid ibn Tavus deyir: Əbdülmöhsünlə görüşəndən üç gün sonra – 641-ci il cəmadiüs-sani ayının otuzu, bazar ertəsi İmam Hüseynin (ə) hərəmindən bəhrələnmək üçün qardaşım Məhəmməd Avi ilə birlikdə Kərbəlaya yollandıq. Ertəsi gün mübarək rəcəb ayının biri Məhəmməd ibn Süveydlə görüşdüm. O, birbaşa söhbətə keçib dedi: Şənbə gününün axşamı, cəmadiüs-sani ayının iyirmi biri yuxuda gördüm ki, bir dəstə adamla evdə oturmuşuq. Sən də məclisdə oturanların arasında idin. Bu zaman bir nəfər içəri daxil olub sənin yanına gəldi və dedi ki, Sahib tərəfindən gəlmişdir. Orada oturanlardan bə`zisi elə güman etdi ki, gələn adam sahibxana tərəfindən göndərilib. Amma mən anladım ki, o, Sahibəzzaman (ə) tərəfindən gəlmişdir. Mən qalxıb əvvəl əllərimi yudum. Sonra dəstəmaz alıb mövlamız Həzrət Mehdinin (ə) göndərdiyi elçinin yanına getdim. O, İmam Zaman tərəfindən sənə bir məktub gətirmişdi. Məktuba baxdım və orada üç möhür gördüm. Naməni alıb iki əlimlə sizə təqdim etdim.
    Məhəmməd ibn Süveyd yuxusunu danışandan sonra maraq dolu nəzərlərini gözümə dikib soruşdu: Nə məsələdir? Nə hadisə baş verib və bu yuxunun tə`biri nədir? Dedim: O (Məhəmməd Avi) sənə danışar. Bunu deyib dərin fikrə daldım ki, necə olur cəmadiüs-sani ayının iyirmi birinci gecəsi İmamın elçisi Hilləyə mənim yanıma gəldiyi gün Məhəmməd ibn Süveyd onun gəlişindən xəbərsiz halda bu hadisəni yuxuda görür!”  
     
    P.S "İmam Zamanla görüşənlər" kitabının sonuna çatdıq. Ümid edirik ki, İmam Zaman aşiqləri o həzrətlə görüşdükləri ya o yüksək məqama diqqət yetirdikləri zaman namazlarında bizlərə dua etməyi unutmayacaq, bizim salamlarımızı da o həzrətə çatdıracaqlar. 313 nəfərdən biri olarsız inşAllah...
     
    Kitabın adı: İmam Zamanla görüşənlər
    Toplayan: İsmayıl Əhmədov 
     
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.