Qorxu və həyəcana qarşı...
Bir şəxs Peyğəmbərə (s) qorxu və nigarançıllıqdan şikayətləndi. Həzrət buyurdu ki, kim bu duanı davamlı şəkildə oxusa qorxu və nigarançılıq ondan uzaq olar: "Sübhanəllahil-məlikil-qudus, Rəbbil məlaikəti vərruhi xaliqissəmavati vələrz, zil-izzəti vəlcəbərut” (Malik və müqəddəs Allah pakdır, mələklər və ruhun rəbbidir, göylər və yerin xaliqidir, izzət və hökm sahibidir).
Bir daha misvak haqqında...
Həzrət Peyğəmbər (s) buyurur: Kim gündə bir dəfə misvak çəksə, Allah ondan razı qalar. Kim gündə iki dəfə misvak çəksə, peyğəmbərlərin sünnəsini yerinə yetirirb, Allah onun hər rəkət namazına yüz rəkətin savabını yazar, yoxsulluqdan uzaq olar.”
Kitabın adı: Tibbur-Rəsul (Peyğəmbər təbabəti)