» » Xatirədən daha üstün


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Xatirədən daha üstün
    +5
    Müəllif: Yusifi Zehra | 7-07-2015, 11:00 | Baxılıb: 976
     
     
     
    Xatirədən daha üstün
     
    Beləliklə də Şeyxə həsr olunan xatirələr toplusu xatirə kitabından daha üstün bir məcmuəyə, nəfsin paklaşdırılması və ali insani məqsədin yollarını göstərən bir kitaba, ilahi yolun yolçuları üçün mə᾽sumların kitab və sünnət yolundan haqq və həqiqət əhlinin yüksək məqamlarına doğru hidayət edən yaradıcı bir dərmana çevrildi.
    İmam Xomeyni (r.ə) «Əql və cəhlin qüvvələri» barədə olan hədisin şərhində əxlaq barəsində yazılan elmi-fəlsəfi kitabların zəifliyi və cəmiyyətin bu qəbildən olan kitablara ehtiyacı barədə yazır:
    «Mənə elə gəlir ki, elmi-tarixi əxlaq, həmçinin hədislərin bu şəkildə olan ədəbi təfsiri və elmi şərhi məqsəddən uzaq düşmək və yaxını uzaqlaşdırmaqdır. Müəllifin əqidəsinə görə əxlaq elmində, onunla bağlı olan hədislərin şərh edilməsində və ona aid olan ayələrin təfsirində əsil məsələ budur ki, yazıçı bəşarət və təhdid, moizə-nəsihət və bu kimi digər yollarla öz məqsədini nəfslərdə yerləşdirə bilsin. Başqa sözlə desək, əxlaq kitabı müalicə yollarını göstərmək deyil, dərd və eyiblərə birbaşa əlac edən yazılı moizələr olmalıdır.
     
    Əxlaqın köklərini başa salmaq və müalicə yollarını göstərmək heç kəsi məqsədə yaxınlaşdırmaz, heç bir qara qəlbə nuranilik gətirməz və heç bir fasid əxlaqı islah etməz. Əxlaq kitabı odur ki, onu oxumaqla qəsavətli qəlb yumşala, çirkin batinlər paklana və qaranlıqlar nuranilik tapa. Bunun da yolu odur ki, həmin alim yol göstərən olması ilə yanaşı aparıcı da olmalı, əlac yolunu müəyyən etməkdən əlavə müalicə də etməli, yazdığı kitab təkcə dərdin resçepti deyil, onun dərmanı da olmalıdır. İnsan ruhunu müalicə etmək istəyən təbibin sözləri resçept şəklində deyil, dərman hökmündə olmalıdır. Amma qeyd olunan kitablar dərman deyil, resçeptdir. Hətta əgər qəbahət olmasaydı, deyərdim ki, onların bə᾽zilərinin resçept olması da şübhəli məsələdir. Amma bu barədə danışmamaq daha yaxşıdır.»
    Əziz oxucular əməli olaraq görəcəklər ki, Şeyxin xatirələri təkcə resçept mahiyyəti daşımayıb dərman misalındadır, xəstə
    ürəklərə şəfa bəxş edir, qəlbləri yumşaldıb onlara nuranilik bəxş edir və haqq yolu yolçularını məqsədə yaxınlaşdırır.
     
     Mənbəyin etibarlı olması

    Qeyd olunduğu kimi, Şeyxin həyat tarixinin mənbəyi və sənədi onun şagirdlərinin və müridlərinin söhbətlərindən götürülmüşdür. Az hallar istisna olmaqla nəql olunan bütün mətləblər birbaşa Şeyxin özündəndir və onu nəql edənlərin hamısı – istər adları qeyd olunanlar olsun, istərsə də müəyyən səbəblərə görə adları qeyd olunmasın – mö᾽təbər şəxslərdir, mən inanıram ki, onların dedikləri real həqiqətlə müvafiqdir. Diqqət yetirməli məsələ budur ki, kitabda cənab Şeyx barəsində qeyd olunanların hamısı sənəd əsasında olmasa belə şagirdlərinin onun barəsində dedikləridir. Növbəti məsələ budur ki, bu söhbətlərdə nəql olunan ifadələri bəyan edərkən kifayət qədər ehtiyata riayət olunmuş və onların sözləri mümkün qədər olduğu kimi gətirilmiş və bunların üzərində çox azacıq islahatlar aparılmışdır.
     
    Mərifət əhlinin məqamları

    Cənab Şeyxin ən böyük hünəri kimi ilahi məhəbbət iksirinə nail olmasını qeyd etmək olar. O, bu məhəbbət sahəsində mütəxəssis idi və bu münasibətlə əlaqədar olaraq onun həyatını «məhəbbət iksiri» adlandırdıq. Cənab Şeyx bu iksirdən bəhrələnərək tövhidin həqiqətinə çatmışdı. Kitabın üçüncü bölməsinin ikinci fəslində görəcəyiniz kimi Cənab Şeyx buyururdu:
    «İksirin həqiqəti Allahın Özünə çatmaqdır... Allaha məhəbbət bəndəçilik yolunda ən axırıncı mənzildir... Əməllərin dəyərinin me᾽yarı əməl edən şəxsin Allah-taalaya olan məhəbbəti ilə ölçülür.»
    Mənə elə gəlir ki, hər kəs Şeyxin həyatını oxusa onun ilahi məhəbbət iksirinin həqiqətini dərk etdiyini görəcəkdir. O, öz xaliqinə məhəbbət bəsləməklə elə məqamlara və kamal dərəcələrinə çatmışdı ki, hətta onların bizim üçün təsəvvür olunması belə çox çətin və bə”zən qeyri-mümkündür. Çox hallarda mə᾽rifət əhlinin malik olduğu məqamları dərk etməkdə acizlik, mə᾽lumatsız adamların bu məsələni inkar etməsinə səbəb ola bilər. Məhz buna görə də İran İslam inqilabının banisi həzrət imam Xomeyni (r.ə) öz oğlu hacı Əhməd Ağanı bu işdən şiddətlə çəkindirərək buyururdu:
    «Oğul! Sənə ilk növbədə vəsiyyət etdiyim məsələ budur ki, mə᾽rifət əhlinin məqamlarını inkar etməyəsən, çünki bu iş cahillərin tutduğu yoldur. Allah övliyalarının məqamlarını da inkar etməkdən uzaq ol, çünki bu kimi şəxslər haqq yolunun qarşısını alanlardır.»(Səhifeyi nur, 22/371.)
    Hacı Əhməd Ağanın həyat yoldaşına vəsiyyətində buyururdu:
    «Mən iddiaçılara bəraət qazandırmaq istəmirəm, çox iddia edənlər var ki, cəhənnəm əhlidirlər. Mən demək istəyirəm ki, mə᾽na və mə᾽nəviyyətin əsasını inkar etməyəsən. Həmin mə᾽nəviyyəti demək istəyirəm ki, Allahın kitabı və Peyğəmbərin sünnətində qeyd olunmuş, müxaliflər ya onu görməməzliyə vurmuş, ya da avam camaatın əqidəsi səviyyəsində olan tövhidə üz tutmuşlar. Mən sənə tövsiyə edirəm: birinci mərhələ, inkarçılıq ruhiyyəsindən ibarət olan hicabdan çıxmaqdır. Çünki bu hər növ inkişafın və müsbət irəliləyişin qarşısında bir maneədir. Bu mərhələ (hicabdan çıxmaq) kamal deyildir, lakin kamala doğru yol açandır...
    Ümumiyyətlə inkarçılıq ruhiyyəsi ilə yanaşı mə᾽rifətə doğru heç bir yol tapmaq olmaz. Ariflərin və mə᾽na əhlinin məqamlarını inkar edənlər xudpəsənd və yalnız özünü bəyənənlərdir. Onlar bilmədikləri bir şeyi heç vaxt öz cəhalətləri ilə əlaqələndirməzlər və onu dərhal inkar edərlər ki, xudbinliklərinə xələl yetişməsin.»(Yenə orada, 22/348.)
     
    Kitabın adı: Məhəbbət iksiri
    Müəllif: Məhəmmədi Reyşəhri

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Zehra-Ali | Status: İstifadəçi Offline | 7 Temmuz 2015 14:38 | İstifadəçi | Şərh yazdı
    Allah bizleri dogru yoldan ilahi mehebbetden ayri salmasin!Amin! draznilka draznilka
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.