İmam Səccadın (ə) qonşuları, dostları yad edildikdə onlara etdiyi duası
26-cı dua
İlahi! Muhəmməd və onun soyuna salam yetir və bizim haqqımızı tanıyan dost və qonşularımızın hüqüqlarına riayət etməkdə yardım göstər, düşmənlərimizlə döyüşdə olanlara ən gözəl tərzdə yardım et, öz adətlərini dirçətmək üçün, gözəl ədatindən olan zəiflərə əl tutmağı onların istəklərini yerinə yetirməyi, xəstələri yoluxmağı, yol axtaranları hidayət etməyə, məşvərət edənlərə nisbətdə xeyirxah olmağa, vətənə qayıdan səfərkeş-lərin görüşünə getməyə, camaatın sirlərini gizli saxlamağa, Allah bəndələrinə yardım etməyə, ehtiyacı olanlarla gözəl davranmağa, bol bəxşişini əsirgəməməkdə, və istəkdən öncə əta etməyə müvəffəq et.
İlahi! Mənə yardım göstər ki, pis iş görənlərinə yaxşılıqla mükafat verim, zülmkar-larından əfv ilə vaz keçmiş, onların hamısına qarşı yaxşı gümanım olsun,
وَ أَتَوَلَّى بِالْبِرِّ عَامَّتَهُمْ، وَأَغُضُّ بَصَرِي عَنْهُمْ عِفَّةً، وَأُلِينُ جَانِبِي لَهُمْ تَوَاضُعا، وَأَرِقُّ عَلَى أَهْلِ الْبَلاءِ مِنْهُمْ رَحْمَةً،وَأُسِرُّ لَهُمْ بِالْغَيْبِ مَوَدَّةً، وَأُحِبُّ بَقَاءَ النِّعْمَةِ عِنْدَهُمْ نُصْحا،وَأُوجِبُ لَهُمْ مَا أُوجِبُ لِحَامَّتِي، وَأَرْعَى لَهُمْ مَا أَرْعَى لِخَاصَّتِي.اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِهِ،وَارْزُقْنِي مِثْلَ ذَلِكَ مِنْهُمْ،وَاجْعَلْ لِي أَوْفَى الْحُظُوظِ فِيمَا عِنْدَهُمْ،وَزِدْهُمْ بَصِيرَةً فِي حَقِّي، وَمَعْرِفَةً بِفَضْلِي حَتَّى يَسْعَدُوا بِي وَأَسْعَدَ بِهِمْ،آمِينَ رَبَّ الْعَالَمِينَ.
hamısı xoşluqla keçmiş, xətalardan gözəl tərzdə göz yumuş, təvazakarlıq üzündən onlarla mülayim dövranım, bəla görənlərinə rəhmət üzü ilə nəzər salım, olmadıqları zaman dostluq məhəbbətimi onlara izhar edim, səmimiyyətlə həmişə nemətlərinin davamçısı olum, özümə lazım bildiyimi onlara da lazım bilim, özüm üçün riayət etdiklərimdə onlar üçün də riayət edim.
İlahi! Muhəmməd və onun soyuna salam yetir və onların tərəfindən də mənə belə bir rəftar nəsib et, onların yanındakı yaxşılıqlardan mənim üçün ən yaxşı bir pay ayır, mənim barəmdə və lütfümə olan mərifətlərini artır ki, mənim vasitəmlə səadət əhli olsunlar və mən də onlara görə xoşbəxt olum! Ey mənim Rəbbim, duamı qəbul et!
وَ كَانَ مِنْ دُعَائِهِ عَلَيْهِ السَّلامُ لِأَهْلِ الثُّغُورِ:
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِهِ، وَحَصِّنْ ثُغُورَ الْمُسْلِمِينَ بِعِزَّتِكَ، وَأَيِّدْ حُمَاتَهَا بِقُوَّتِكَ، وَأَسْبِغْ عَطَايَاهُمْ مِنْ جِدَتِكَ.
Kitabın adı: Səhifeyi Səccadiyyə