» » İbadət və Allah hüzurunun dərki


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İbadət və Allah hüzurunun dərki
    0
    Müəllif: RuQeYyA | 23-06-2015, 16:30 | Baxılıb: 1 154
     
     
    İbadət və Allah hüzurunun dərki
     
    «Ey Əbuzər! Allaha, elə idabət et ki, sanki Onu görürsən. Çünki sən Onu görməsən də, O, səni görür».
    Hədisin bu hissəsi mütəvatir(Müxtəlif məzhəblərdən olan ravilər tərəfindən müştərək halda qəbul olunur. )olmasa da, ən azı müstəfizdir(Həddən artıq geniş yayılmışdır.). Müxtəlif vasitələrlə Peyğəmbərdən (s) və əksərən də, müxtəlif təbirlərlə Əbuzərin özündən nəql olunmuşdur. Buna bənzər başqa bir hədisdə belə buyurulur: «Xeyir, Allaha sanki Onu görürmüş kimi ibadət etməkdədir».
    Bəlkə də, Allaha bəndəçilik yolunda uzun illər qədəm götürmüş və səadətə qovuşmaq üçün Peyğəmbərin (s) göstərişlərindən bəhrələnmək istəyən Əbuzərə ən yaxşı nəsihət, ona ibadətdən faydalanmağın yolunu göstərmək olardı. O, qarşısında elə bir yolun açılmasını gözləyirdi ki, ibadətin şirinliyini ona dadızdırsın və bu da, ancaq bütün qəlblə, vücudla ibadətə sarıldıqda mümkündür. Buna, qəlbin ibadətə hazır olması, başqa sözlə desək, «hüzuri-qəlb» deyilir.
    İnsanın ibadət zamanı hüzuri-qəlb tapması üçün davamlı olaraq çalışıb, səy göstərməsi və Allah hüzurunda olmasını dərk etməsi lazımdır. İnsan daim özünü Allah hüzurunda bilməli və Onunla əlaqədə görməlidir. Çünki bir kəs Allahla ünsiyyət tapsa, heç vaxt Onunla danışmaqdan, sözünü eşitməkdən yorulmaz. Çünki aşiq öz məşuqu ilə nə qədər çox ünsiyyətdə olarsa, ona daha çox bağlanar.
    Bizim ibadət zamanı tez yorulmağımız və namazı tələsik qılıb öz işimizin dalınca getməyimiz namazı düzgün dərk etməməyimizdən irəli gəlir. Əgər namaz bir az uzun çəkərsə, nəinki namazdan ləzzət almır, əksinə özümüzü dar bir qəfəsdə hiss edirik. Bütün bunlar kimin hüzurunda dayanmağımızı və kiminlə söhbət etdiyimizi dərk etməməyimizdən irəli gəlir. Mümkündür, adi elmi yolla bəndəlik və Allah dərgahında dayanmağın nə dərəcədə əhəmiyyətli olduğunu bilib, Allahın əzəmətinə diqqətimizi yönəldək. Lakin bu cür zehni məfhumlar bizim qəlbimizə təsir etmir və Allahla həqiqi rabitə qurmağımıza səbəb olmur.
    Allahla həqiqi və düzgün rabitə yaratmağa səbəb olan amil, ibadət zamanı hüzuri-qəlb tapmaqdır. Bizim yerinə yetirdiyimiz ibadətlər ancaq şəri təklifin boynumuzdan götürülməsi üçün olub, lazımı bəhrə vermir. Çünki ibadətlərimizin ruhu yoxdur və qəlbimiz ibadət zamanı qaib olur (hüzuri-qəlb tapmır). Dünya işləri ilə məşğuliyyət, bizləri Allahla ünsiyyət yaratmaqdan və qəlbi hazır görməkdən saxlayır. Bu, bizim üzləşdiyimiz əsas problemlərdəndir. Həmişə belə bir sual meydana çıxır: Namazda hüzuri-qəlb tapmaq üçün nə etmək lazımdır? Bunun üçün zəhmət və ruhi məşğələlər tələb olunur.
    İlk öncə insan xəlvət bir guşəyə çəkilib, Allahın hər zaman ona nəzər salması və onu görməsi barədə düşünməlidir. Bəzi əxlaq ustadları, bu işdə təxəyyül qüvvəsindən istifadə etməyi tövsiyə edirlər. Məsələn, təsəvvür edin ki, əgər bir otaqda və ya xəlvət, sakit bir yerdə oturmusunuz və bir nəfər də gizli bir yerdən sizin rəftarınıza diqqət edir, amma siz onu görmürsünüz. Sizi daim müşahidə edən şəxsin nəzarəti altında etdiyiniz rəftarla, adi halda olan rəftarınız bir olacaqdırmı? Xüsusən də, sizə nəzarət edən şəxsin adi bir insandan fərqli olaraq həddən artıq əhəmiyyət verdiyiniz, həyat müqəddəratınıza dəxalət edən, yanında əziz olmağa çalışdığınız və onun da sizi sevməsini arzu etdiyiniz biri olduğu halda, ona qarşı laqeyid ola bilərsinizmi? Ona etinasızlıq edib, başqa işlə məşğul ola bilərsinizmi?
    Əgər insan davamlı olaraq Allah hüzurunda olduğunu, Allahın daim ona nəzər saldığını və onun Allahı görmədiyi təqdirdə belə, hər zaman Allahın onu gördüyünü özünə aşılaya bilsə, getdikcə ibadətində ruh əmələ gələcək və hüzuri-qəlb tapacaqdır. Belə olan halda ibadət ancaq təklifin götürülməsi üçün olmayıb, insanın mənəvi və ali tərəqqisinə, Allaha yaxınlaşmasına səbəb olacaqdır. Həzrət Əlinin (ə) bu kəlamı yuxarıdakı mətləbi bir daha sübut edir:
    «Heç kəsin olmadığı xəlvət yerlərdə günah etməkdən çəkinin. Çünki sizin əməllərinizi müşahidə edən kəs, eyni zamanda əməllərinizin hökmünü verəcək hakimdir. (Çünki bu gün sizin əməllərinizin şahidi olan kəs, sabah (qiyamət günü) həmin əməllərin hökmünü verəcək hakimdir)»(«Nəhcül-bəlağə», Feyzül-islam, səh. 1240, hikmət 316.).
    Deməli, indiyə qədər namazlarında hüzuri-qəlb tapa bilməyən şəxs, gün ərzində müəyyən bir vaxtı belə işlərə ayırmalı, xəlvət bir məkanda oturub Allahın onu hər zaman müşahidə etməsi barədə düşünməlidir. Əlbəttə, bizim hər zaman Allah məhzərində olmağımıza və Allahın bizi görməsinə şəkkimiz yoxdur. Necə ki, Qurani-kərimdə bir neçə yerdə bu məsələyə toxunulmuşdur. O cümlədən buyurulur:
    «O (Allah), insanların xəyanətkar baxışları və ürəklərindən keçənlərə agahdır»(«Ğafir» surəsi, ayə 19.).
    Tələbələrdən biri danışırdı ki, ölüm ayağında can verən ustadımın başı üstünə getdim. Son nəfəsində ondan son dəfə olaraq mənə nəsihət etməsini xahiş etdim. Ustad çox çətinliklə dodaqlarını tərpədib buyurdu: «Məgər o bilmir ki, Allah onu görür?!»(«Ələq» surəsi, ayə 14.).
    Həzrət Əli (ə) buyurur:
    «Ey camaat! O Allahdan qorxun ki, siz danışanda eşidir, gizlətdiyinizi də bilir»(Nəhcül-bəlağə», Feyzül-islam, səh. 1178, hikmət 194.).
    Bu hədisin əvvəlində Həzrət (s) ibadəti, «insan səadətinin açarı» adlandırmış, daha sonra isə Allaha ibadətin mərhələləri barədə izahlar vermişdir. Əlavə olaraq, birinci mərhələdə ibadətin keyfiyyətinə tə`kid olunur və bildirilir ki, ibadətin də öz ruhu vardır və onun ruhu, ibadətdə hüzuri-qəlbin olmasıdır. Ümumiyyətlə, hədisdə ibadətin yerinə yetirilmə qaydasına deyil, yalnız keyfiyyət və mənəvi məsələlərinə işarə edilmişdir.
     
    Kitabın adı: Axirət azuqəsi
    Müəllif: Doktor Misbah Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.