» » Müqəddəs Cəmkəran məscidi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+1  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Müqəddəs Cəmkəran məscidi
    +5
    Müəllif: Yusifi Zehra | 3-06-2015, 13:45 | Baxılıb: 5 020
     
     
    Müqəddəs Cəmkəran məscidi

    Sual: 352. Cəmkəran məscidinin tikilməsi ilə bağlı hansı məlumatlar var?
    Cavab: Cəmkəran məscidinin tikilməsi ilə bağlı mərhum hacı Nuri "Nəcmus-Saqib”, "Cənnətul-məva”, "Əl-kəlimətut-təyyibə” kitablarında, Mirza Məhəmməd Təqi Ərbabe Qummi "Tarixi darul-iman” kitabında məlumat verir. Bundan əlavə Həsən ibn Məhəmməd ibn Həsən Qumminin "Tarixe-Qum” ("Munisul-həzin” kitabı əsasında) məlumatlar var.
    Bu məlumat Həsən ibn Məslə Cəmkəraninin əhvalatına əsaslanır. Bildirilir ki, bu şəxs 293-cü ildə həzrət Mehdi (ə) ilə görüşmüşdür. Bu görüşdə həzrət ona göstəriş vermişdir ki, dəyərli Qum alimlərindən olan Seyyid Əbül-Həsən Ər-riza ilə əlaqə yaradıb, onun köməyi ilə bu yerdə (Cəmkəranda) məscid tiksin...(Bihar”, c. 53, s. 230. )
    Bundan əlavə, "Munisul-həzin” kitabına əsaslanaraq bildirirlər ki, Əmirəl-möminin həzrət Mehdi (ə) bayrağının Cəmkəran məscidində qalxacağını bildirmişdir.
    Sual: 353. Cəmkəran məscidində namazın müstəhəb olmasının dəlili nədir?
    Cavab: Həsən ibn Məslə Cəmkəraninin nəql etdiyi əhvalatlarda nəql olunur ki, həzrət buyurmuşdur: "Bu məkanda 7 gün qal və orada 4 rəkət namaz qıl. İki rəkət məscid üçün təhiyyət namazı qıl, hər rəkətdə bir dəfə Həmd, 7 dəfə "İxlas” surəsini oxu, rüku və səcdənin təsbihini də 7 dəfə təkrarla. İki rəkət də Sahibəzzaman namazı niyyəti ilə namaz qıl. Birinci rəkətdə "Həmd” surəsini oxu və "iyyakə nəbudu və iyyakə nəstəin” cümləsinə çatdıqda bu cümləni 100 dəfə təkrarla. "Həmd” surəsini tamamlayıb, bir dəfə "İxlas” surəsi oxu. Sonra rüku və səcdənin zikrlərini 7 dəfə de. İkinci rəkətdə də eyni əməlləri təkrarla. Namazı başa çatdırdıqdan sonra bir dəfə "la ilahə illəllah” söylə, həzrət Zəhranın (s) təsbihatından sonra səcdədə 100 salavat çək. Bu namazdan qəflətdə qalma! Bu məsciddə olub həmin namazı qılan kəs Beytul-ətiqdə (Allahın evində) namaz qılmış kimidir.”
    Sual: 354. Cəmkəran məscidinin tikintisi haqqında məlumat verən sənəd mötəbərdirmi?
    Cavab: Müqəddəs Cəmkəran məscidi və orada qılınan namaz haqqında sənəd araşdırması aparmağa ehtiyac yoxdur. Çünki mötəbər sənədli hədislərə əsasən, savaba çatmaq ümidi ilə müstəhəb iş görən kəs əməlin müstəhəbliyindən xəbər verən hədis mötəbər olmasa belə, savaba çatır.
    Kuleyni səhih sənədə əsasən nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: "Hər kəs bir işin savab olduğunu eşidib onu yerinə yetirsə, eşitdiyi xəbər düzgün olmasa belə, həmin şəxsə savab veriləcək.”
    Bərqi nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: "Bir şəxs peyğəmbərin savab saydığı bir işi yerinə yetirsə, əslində peyğəmbər o işi savab saymamışsa da, bu şəxsə savab verilər.”
    Sual: 355. Nə üçün "Qumun tarixi” kitabında Cəmkəran əhvalatına yer verilməyib?
    Cavab: Hazırda araşdırmaçıların əlində olan "Tarixe-Qum” kitabı orijinal mənbənin yalnız dörddə bir hissəsidir. Əslində 20 fəsildən ibarət olan bu kitabın yalnız 5 fəsli əlimizdədir. Çox ehtimal ki, kitabın əlimizə çatmayan hissələrində Cəmkəran haqqında məlumat vardır. Mərhum Mühəddis Nuri və başqaları kitabın ilkin mənbəsini əldə edə bilməmişdilər. Ona görə də alim həmin əhvalatı "Tarixe-Qum” kitabının əsli nüsхәsi əlində olan Nemətullah Cəzairidən nəql etmişdir.
    Sual: 356. "Munisul-həzin” kitabının Şeyx Səduqa aid olduğu dəqiq deyilsə, ona istinad etmək olarmı?
    Cavab: Biz də bu kitabın Şeyx Səduqa aid olduğunu iddia etmirik. Amma bu münasibət həmin kitabın etibarsız olduğunu göstərmir. İbn-Şəhr Aşub "Əl-mənaqib” kitabında uyğun kitabı Həmmal Nişapuriyə aid edir. O bu kitaba istinadən imam Həsən Müctəbadan bir möcüzə nəql edir.(Əl-mənaqib”, c. 4, s. 8.)
    Əllamə Məclisi də bu kәrаmәti "Əl-Mənaqib” kitabından nəql etmişdir. O bu kitabın Həmmal Nişapuriyə aid olduğunu inkar etmir.("Bihar”, c. 33, s. 327»)
    Mərhum Məclisidən öncə Seyyid Məhəmməd ibn Əbu-Talib Həsəni "Təsliyətul-Məcalis” kitabında Fəttal Nişapurinin "Munisul-həzin” kitabında hədis nəql edir və bu kitabın ona aid olmasını şübhə altına almırdı.
    Sual: 357. Nə üçün "Munisul-həzin” kitabını Şeyx Səduqa aid etmişlər?
    Cavab: Çox ehtimal ki, bu əhvalat Qum tarixi ilə bağlı olduğu üçün həmin kitabın haşiyəsində yazılmış və sonradan haşiyədən mətnə keçmişdir. Fəttal Nişapuri hicri 508-ci ildə şəhadətə çatmış, "Tarixe-Qum” kitabının müəllifindən iki əsr sonra yaşamışdır. O, Şeyx Səduqun müasiridir. Buna görə də kitab Şeyx Səduqa aid edilmişdir.
    Çox olub ki, "Qamusur-rical” sahibi həmin kitabdan nümunələr nəql etmişdir.
    Beləcə, məlum olur ki, qədim dövrlərdə çap olmamış və kitablar əlyazma yolu ilə yayılmışdır. Üz köçürmədə peşəkar olan bir çox adamlar kitabın mövzularından yetərincə məlumatlı olmamışlar.
    Sual: 358. Cəmkəran məscidinin xüsusi əhəmiyyəti nədir?
    Cavab: Bu məscidin bir sıra əhəmiyyətləri var:
    1. Cəmkəran məscidi Həsən ibn Məslə Cəmkəraninin imam Mehdidən (ə) nəql etdiyi rəvayətə əsasən Allah-tәalanın xüsusi diqqətində olan məkanlarındandır.
    2. Məscid həzrət Mehdinin (ə) göstərişi ilə tikildiyindən şərafət və müqəddəsliyə malikdir.
    3. Bu məsciddə qılınan namazın xüsusi savabları var. Həzrət buyurdu: "Orada həmin iki namazı qılan şəxs beytül-Ətiqdə namaz qılmış kimidir.”
    4. Müqəddəs Cəmkəran məscidi Əhli-beyt (ə), xüsusi ilə İmam-zaman aşiqlərinin ictima yeridir. Bu səbəbdən də onun xüsusi cazibəsi var. Çox insanlar həzrət Mehdi (ə) eşqi ilə uzun yol gəlib bu məsciddən bəhrələnirlər. Bildirilir ki, bəzi gecələr bu müqəddəs yerdə bir milyona yaxın Mehdi aşiqi toplanır.
    5. Bu müqəddəs məkanda hətta çarəsiz xəstələr şəfa tapmışdır.
    6. Bu məsciddə həzrətin bir çox aşiqləri onunla görüşə bilmişdir.
    7. Bu yer o qədər müqəddəsdir ki, tarix boyu böyük alimlər piyada və ya süvari həzrətə təvəssül və namaz qılmaq üçün oraya gəlmişlər.
    Sual: 359. Bir istəyin qəbul olunması üçün 40 dəfə Cəmkəran məscidinə getmək doğrudanmı təsirlidir?
    Cavab: Bu mövzu ilə bağlı xüsusi dəlil olmasa da, üç yolla onu sübuta yetirmək olar...
    1. Alimlər Cəmkəran məscidinə ardıcıl olaraq 40 dəfə getməyi faydalı saymışlar. Belə bir təsir Səhlə məscidi haqqında da bəyan olunur.
    2. Rəvayətlərdə bildirilir ki, hər kəs 40 gün özünü Allaha xatir xalis, səmimi etsə hikmət çeşmələri onun qəlbindən dilinə cari olar.("Kafi”, c. 2, s. 16.)
    3. Çoxsaylı rəvayətlərdən aydın olur ki, maddi və mənəvi fəaliyyətlərin çiçəklənməsində 40 rəqəminin mühüm təsiri var. O cümlədən: 40 rəqəmi övladın bətndə inkişafına təsirlidir; Şərab namazın 40 gün qəbulunun qarşısını alır; Bəhlul Nəbbaşın tövbəsinin 40 gündən sonra qəbul olunması; Həzrət Zəhranın bətndə möhkəmlənməsi üçün həzrət Peyğəmbərin (s) Xədicədən 40 gün kənarlaşması; 40 gün əhd duası oxumaq insanın həzrət Mehdiyə yaxınlaşmasına səbəb olur; həzrət Mehdi (ə) 40 gün mələklərin tərbiyəsi altında olmuşdur; həzrət Adəmin 40 gün xəmir hаlındа olması; həzrət Musanın Tur dağında Allahla 40 gün ünsiyyəti; İslam peyğəmbərinin 40 yaşdan sonra nübüvvətə çatması; insan təfəkkürünün 40 il inkişaf edə bilməsi; 40 möminin şəhadətinin möminin bağışlanmasına səbəb olması; 40 hədis öyrənən insanın qiyamətdə fəqih kimi məhşur olması; qonşuluq həddinin 40 ev olması; məscidin qonşuluğunun 40 evə çatması...
    Bu hədislərdən məlum olur ki, insanın kamala çatmasında 40 rəqəminin xüsusi təsiri var.
    Seyyid Bəhrul-ülum deyir: " Biz gözlərimizlə müşahidə etmiş və öyrənmişik ki, 40 rəqəminin istedadların çiçəklənməsində xüsusi təsiri var.”("Risaleyi-Seyri-Suluk”, s. 23)
    Sual: 360. Çərşənbə axşamı Cəmkəran məscidinə getməyin savabı ilə bağlı dəlil varmı?
    Cavab: Həsən ibn Məslə Cəmkəraninin rəvayətinə əsasən, o, həzrətlə çərşənbə axşamı görüşmüşdür. Həzrət ona göstəriş verir ki, Cəfər Kaşaninin sürüsündəki keçini alıb həmin yerə aparsın və növbəti gecə (yəni çərşənbə gecəsi) kəsib çərşənbə günü ətini paylasın...("Bihar”, c. 53, s. 232. )
    Bu səbəbdən də həzrətin aşiqləri həmin mübarək gecə Cəmkəran məscidinə toplaşır, Allah-tәaladan yardım diləməklə həzrətə təvəssül edib istəklərini ondan diləyirlər.
    Sual: 361. 40 çərşənbə gecəsi Cəmkəranda olan insan həzrət Mehdini (ə) ziyarət edə bilərmi?
    Cavab: Bu barədə xüsusi bir dəlil yoxdur. Amma bəzi rəvayətlərə əsasən 40 rəqəminin təkvini təsirləri var. Əgər bir şəxs bu niyyətlə Cəmkəran məscidinə gedib ciddi şəkildə arzusunu Allahdan diləsə, digər bir tərəfdən bu görüş üçün ləyaqət əldə etsə, ümid var ki, həzrətlə görüşə bilsin. Bir çoxları bu yolla istəyinə çatmışdır.
    Sual: 362. Əgər həzrət Mehdi (ə) hər yerdə olursa, nə üçün Cəmkərana gedək?
    Cavab: Bəli, biz inanırıq ki, həzrət Mehdi (ə) hər yerdə olur. Amma Cəmkəran məscidinin xüsusi imtiyazları var:
    Əvvəla, Həsən ibn Məslə Cəmkəraninin rəvayətinə əsasən bu məscid həzrət Mehdinin (ə) göstərişi ilə tikilmişdir. Həzrət xalqın burada toplanmasını və dörd rəkət namaz qılmasını istəmişdir.
    İkincisi, bu müqəddəs yer əsrlər boyu aşiqlərin ictima məhəlli olmuşdur. Biz də bu müqəddəs məkanın bərəkətindən faydalana bilərik.
    Üçüncüsü, məhbuba doğru hərəkətin özü təsirlərə malikdir. Belə bir hərəkət insanın həzrətə olan rəğbətini artırır.
    Sual: 363. Səhlə məscidinin həzrət Mehdi (ə) ilə hansı əlaqəsi var?
    Cavab: Bəzi rəvayətlərə əsasən zühur dövründə bu məscid həzrətin şəxsi iqamətgahı olacaq.
    Bir gün imam Sadiqin (ə) yanında Səhlə məscidindən söz düşdü. Həzrət buyurdu: Agah olun! Həqiqətən, bu yer qiyam edəcəyi vaxt əmr sahibinin iqamətgahıdır.”("Kafi”, c. 3, s. 495. )
    Nəql olunur ki, həzrət Əbu-Bəsirə xitabən buyurmuşdur: "Ey Əba-Məhəmməd! Səhlə məscidində Qaimin gəlişini sanki gözlərimlə görürəm.”("Bihar”, c. 100, s. 436.)
    Sual: 364. Səhlə məscidində olmaqla bağlı hansı tövsiyələr var?
    Cavab: Bəzi rəvayətlərə əsasən bu məsciddə olmaq və orada namaz qılmaq çox tövsiyə olunmuşdur:
    1. İmam Sadiq (ə) Əla ibn Rəzinə xitabən buyurur: "Sizin yaxınlığınızda Səhlə məscidi adlanan bir məscid var. Biz o məscidi Şurə məscidi adlandırırıq. Həmin məsciddə namaz qılırsanmı? (Əla bildirir ki, orada namaz qılır) Oraya get. Çünki orada qəm yoxdur. Qəmi olanın qəmini Allah götürür. (İstəyini qəbul edir).”("Bihar”, c. 100, s. 437»)
    2. Həzrət Sadiqdən (ə) belə buyurduğu nəql olunur: "Elə bir insan yoxdur ki, Səhlə məscidinə gedib məğrib və işa arasında iki rəkət namaz qıla və Allah onun qəm-qüssəsini aradan götürməyə.”("Vəsailuş-şiə”, c. 5, s. 266.)
    3. Başqa bir məqamda həzrət buyurur: "Kufəyə daxil olduqda Səhlə məscidinə get və orada namaz qıl. Maddi və mənəvi istəklərini Allahdan dilə.”("Bihar”, c. 100, s. 434.)
    Sual: 365. Çərşənbə gecəsi Səhlə məscidində olmaqla bağlı dəlil varmı?
    Cavab: Bu barədə Əhli-beyt (ə) tərəfindən göstəriş yoxdur. Yalnız Seyyid ibn Tavus buyurmuşdur: "Əgər Səhlə məscidinə getmək istəsən bunu çərşənbə gecəsi məğrib və işa namazı arasına sal. Bu vaxt başqa vaxtlardan üstündür.”("Misbahul-Zair”, s. 105.)
    Mühəddis Nuri bildirir ki, 40 gecə məsələsi ümumi şəkildə rəvayətlərdə təsdiqlənmişdir.("Nəcmus-Saqib”, s. 845. )
     
    Kitabın adı: 500 sual-cavab Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq
    Müəllif: Əliəsğər Rizvani
     
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 3 Haziran 2015 14:58 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsun maraqli melumatdir Allah bizderede bu mesgide egdmeyi nesib edsin 

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.