Əskik satmaqdan uzaqlıq və namazın ilk vaxtda qılınması
Məqsədim diqqətinizi bu deyilənlərə yönəltməkdir: "Yediklərimiz o qədər ləzzətli idi ki, heç vaxt belə ləzzətlər dadmamışdıq. Nə qədər yeyirdiksədə, doymurduq. Növbənöv şirnilər, meyvələr, müxtəlif dadlı, cürbəcür yeməklər gətirirdilər. Bir saat ötəndən sonra qalxdıq ki, görək sonrası nə olacaq. Həmin şəxs bizi bağın kənarınadək müşayət etdi. Atam ondan soruşdu: "Siz kimsiniz ki, Allah-Taala bu geniş dəstgahı sizə inayət edib, bütün aləmi qonaq edə bilərsiniz? Bura haradır”? O buyurdu: "Mən sizin həmvətəninizəm. Filan məhəllənin qəssabı idim. Bu məqama çatmağımın iki səbəbi vardır: 1-ci odur ki, alverimdə heç vaxt əskik, yüngül satmamışam. Digəri budur ki, ömür boyu namazlarımı əvvəl vaxtında qılmışam. Əti tərəziyə qoyanda azançının "Allahu əkbər” sədası ucalan kimi işimi saxlayıb, məscidə namaza getmişəm. Öləndən sonra bu məqamı mənə verdilər. Ötən həftə istədiyinizi yerinə yetirməyə icazəm olmadı. Bu həftə üçün izn aldım. Sonra öz ömrümüzün müddəti barədə suallar verib, cavab aldıq. "Sən 90 il yaşayacaqsan” dediyi adam hələdə sağdur. Mənə dediyi müddətdən hələ ki, 10 il qalır. Nəhayət, xudahafizləşdik, bizi yola saldı. Geri dönmək istəyəndə özümüzü həmin qəbirin yanında gördük.”
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb