» » Yaranmışların Allah hüzurunda kiçikliyi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6710

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6694

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Eylül 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Yaranmışların Allah hüzurunda kiçikliyi
    +5
    Müəllif: RuQeYyA | 17-05-2015, 14:00 | Baxılıb: 1 365
     
     
    Yaranmışların Allah hüzurunda kiçikliyi 

    Minacatın bu hissəsində Allah-taalanın işarə etdiyi ikinci məsələ hətta Peyğəmbər (s) kimi əziz bir yaranmışın Allah hüzurunda kiçik və ehtiyaclı olmasıdır. Hətta peyğəmbərlərin və mələklərin də müstəqil ixtiyarı yoxdur. Yalnız özü vasitəsiz bir şeyə malik olan izzət sahibidir. Amma hər şeyi Allah tərəfindən verilmiş və istənilən bir anda geri alına bilən kəs özünü izzətli saya bilməz. Belələri onların ixtiyarına verilmiş şeylərə görə öyünməməlidirlər. İnsanın vücudundan şirkin bütün təsirlərini pak edə biləcək bu mühüm prinsip ayə və rəvayətlərdə yetərincə işıqlandırılmışdır. Nümunə olaraq bir neçə ayəni nəzərdən keçirək:
    1. Allah məsəl çəkir: "Bir bəndədir ki, əlindən heç iş gəlməz.”("Nəhl”, 75)
    2. "De ki, Allahın istədiyindən savayı özüm üçün faydam və zərərim yoxdur.”(Ə’raf”, 188)
    3. Onun yerinə özlərinə bir məbudlar seçirlər ki, heç nə yaratmamışlar, özləri yaranmışlar. Özlərinə nə ziyan edə bilər, nə də fayda verə bilərlər. Ölüm, həyat və qiyamət əllərində deyil.”(Fürqan”, 3)
    İnsan Allahı Onun istədiyi kimi tanıyıb, Onun varlığa mütləq hakim olduğuna inandıqdan sonra yalnız Ona itaət və bəndəlik edir. Anlayır ki, heç nəyi yoxdur və yalnız Allahın istəyi ilə iş görür. Belə bir dindarlıq həqiqi dinə etiqaddan ibarətdir: "Pak və xalis ayin Allaha məxsusdur.”("Zumər”, 3)
    Demək, insan öncə Allahı düzgün yolla və ilahi tövfiqlə tanımalıdır. O özünü Allahın vacib buyurduğu vəzifələrə məsul bilməli, Allahı tanımaqda səhlənkarlıq göstərməməlidir. İnsan dini tanımaq üçün həqiqi mənbələrə müraciət etməlidir. Eləcə də ehtiyatlı olmaq lazımdır ki, azğın nəfs düşüncəyə yol tapıb din haqqında yanlış təsəvvür yaratmasın. Allah və dini düzgün tanıdıqdan sonra Allahın buyuruqlarını yerinə yetirmək, bəndəlik vəzifələrinə münasibətdə süstlük göstərməmək lazımdır.

    Nəfsin hiylələri müqabilində ayıq olmaq lazımdır

    Allah-Təalanın həzrət Musaya müraciətində üçüncü mühüm nöqtə nəfsin ittiham edilməsidir. İnsan öz nəfsini qınayıb ona arxayın olmamalıdır. Bəli, azğın nəfs bəndəlik və ilahi təkliflərin icrası yolunda, Allah və dinlə tanışlıqda insanı aldada bilər. Nəfsin təlqinləri sayəsində insan həqiqəti təhrif olunmuş şəkildə tanıyıb doğru yoldan çıxa bilər. Allah-taala azğın nəfs istəklərinin təsiri altında doğru yoldan çıxan alimlər haqqında buyurur: "Azğın nəfsini özünə məbud edəni görmədinmi? Allah onu bilərəkdən azdırdı, qulağına və qəlbinə möhür vurdu, gözünə pərdə çəkdi. Allahdan savayı onu kim hidayət edəcək? Öyüd götürmürsünüz?!”("Casiyə”, 23) İnsan nəfsini özünə məbud seçdikdən sonra onun qəlbinə, gözünə və qulağına pərdə çəkilir. Belə bir insan haqqı batildən seçə bilmir. Onun din haqqında anlayışları təhrif olunur. Demək, insan həqiqi dini dərk etmək üçün öncə nəfs istəklərini nəzarətə almalı, nəfsin təsiri altına düşməməlidir. Bir çox əhvalatlarda həqiqi din alimlərinin nəfs istəklərini susdurması gözəl şəkildə bəyan olunmuşdur. Onlar dini məsələlər haqqında qərar çıxararkən nəfsin təsirindən qurtulmağa müvəffəq olmuşlar. Mərhum Əllamə Hilli haqqında belə nəql edirlər: Bir gün alim murdarlanmış quyunun paka çıxarılması məsələsini araşdırırmış. Müəyyənləşdirmək istəyirmiş ki, quyunun paka çıxması üçün ondan nə qədər su çəkilməlidir. Həmin vaxt alimin həyətində quyu olmuşdur. Öz quyusuna xatir asan hökmə meyl etməmək üçün mərhum Hilli həmin quyunun doldurulmasını göstəriş vermişdir. Bəli, quyu olmayan yerdə nəfs istəklərinin qorxusu yox idi!
    İnsan bəzən müəyyən mənafe və ya zərərlərə görə dinə münasibətini dəyişir, onun düşüncəsi təsir altına düşür. Yüksək ixlas mərtəbəsinə çatmış alimlər həqiqətin üzə çıxarılması yolunda nəfs istəklərini susdurmuş, müəyyən məhrumiyyətlər yaşamışlar. Onların əsas məqsədi din haqqında düzgün qənaətə gəlmək olmuşdur.
    Deyildiyi kimi, nəfsin ittihamı və onun nəzarət altında saxlanılması təkcə dinlə tanışlıq mərhələsinə aid deyil. Dini tanıdıqdan sonra da nəfs öz işini görə bilər. İnsan çalışmalıdır ki, dini vəzifələrini yalnız Allahın razılığı üçün yerinə yetirib xoşbəxtlik və kamala çatsın. Nəfs ilahi vəzifələrə əməl məqamında insana çox xəyanət edir. O insanı riyakarlığa, şöhrətpərəstliyə, məqampərəstliyə sürükləməklə onun ixlasını əlindən alır. Əlbəttə belə bir görüntü yaradır ki, bütün işlər Allaha xatir görülüb. Bəziləri əməldəki riyakarlığı görməyə də bilər. Amma nəfsini tərbiyə edənlər əməlin Allah xatirinə olub olmadığını yaxşı anlayır. Hər hansı sahədə bilik qazanan insan özünü təmənnasız göstərsə də, nəfs istəklərinin təsiri altında ola bilər. Bəziləri zahirdə Allahın razılığı üçün çalışdığını nümayişə qoyur, amma daxildə ad-san və məqam üçün tər tökür.
    İnsan özünü aldatmamalıdır. İnsan atdığı addımların və fəaliyyətlərinin, hətta dini xidmətlərinin Allaha xatir olub-olmadığını müəyyənləşdirmək üçün özünü sınağa çəkməlidir. Yalnız bundan sonra hansı həddə səmimi olduğu üzə çıxır. Məsələn, sinifdə müəllimə tez-tez sual verən şagird öz hərəkətlərinin səbəbini araşdırmalıdır. Olmazmı ki, həmin suallar dərsdən sonra ünvanlansın? Bəziləri deyə bilərlər ki, dərsdən sonra müəllimi saxlamaq çətin olur. Başqa bir sual yaranır: Nə üçün müəllim sualı cavablandırdıqdan sonra şagird onunla razılaşmaq istəmir? Görəsən onun məqsədi özünü elmli göstərmək deyil? Həqiqəti üzə çıxarmaq naminə mübahisə edən insan qarşı tərəfin yetərli dəlillərindən sonra inadkarlıq göstərmir, düz mövqe tutmadığını etiraf edir. Gördüyümüz bir çox işlər insanların diqqətini cəlb etməyə xatirdir. Sadəcə bu məqsədimizi müxtəlif yollarla pərdələyirik. Bəli, insan onu hərəkətə gətirən amillərə diqqətli olmalıdır. Psixoloji zədələrlə bağlı aparılan tədqiqatlardan sonra aydın olmuşdur ki, bəzən insan qəlbinin dərinliyində mənfi niyyətlər gizlənir. Nəfs min yolla bu niyyətləri gizləməyə çalışır. Bu səbəbdən də özünütanıma və özünütərbiyə üçün insan uyğun təcrübələrdən istifadə etməlidir.
    Aydın oldu ki, nəfs insanı iki yolla aldadır. O ilk addımda həqiqətləri təhrif olunmuş şəkildə göstərib, insanı ilahi mərifətdən məhrum etməyə çalışır. Onun ikinci işi insanın ixlasını, səmimiyyətini, işi Allaha xatir görməsini əlindən almasıdır. İnsanın niyyəti qeyri-ilahi olduqda Allah tərəfindən qəbul edilmir. Qeyd etməliyik ki, Allah-taala şirk qatqılı əməli də rədd edir. Yəni həm başqalarına xatir görülən iş, həm də Allahla yanaşı başqalarına xatir görülən iş məqbul deyil. İmam Sadiq (ə) buyurur: Allah-taala buyurur: "Ən üstün şərik mənəm. Öz əməlində başqasını mənə şərik qoşanın (başqasının razılığını güdənin) əməlini qəbul etmərəm. (Onu həmin şərikin ixtiyarına verərəm.) Yalnız mənə görə yerinə yetirilən əməl başqadır (mənim tərəfimdən qəbul olunur).” ("Biharul-ənvar”, c. 7, bab 54, s. 243, h. 15)
    Demək, həm həqiqətlərlə tanışlıqda, həm də öz rəftarlarımızda nəfsə diqqətli olmalıyıq. Çünki nəfs insanı müxtəlif yollarla aldadır, həqiqətlərlə tanışlığa mane olur. O həm də qeyri-ilahi niyyətləri meydana çəkir. Əxlaq alimləri nəfsin hiylələrini nəzərə alaraq insanın özünü tərbiyə edib səmimi addım ata bilməsi üçün müxtəlif yollar göstərir.

    Kitabın adı: İlahi nəsihətlər
    Müəllif: Usdad Misbah Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 17 Mayıs 2015 19:24 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 17 Mayıs 2015 15:29 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun Allah bizleri nefsimizden qorusun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 17 Mayıs 2015 14:20 | Redaktor | Şərh yazdı
    Allah köməyin olsun bacican. Bu kitabdan ele cox xoşum gəlirki.Allah nə müşkül işin varsa həll etsin inşAllah.  Allah (c.c) o, iki gözəl balanı qorusun inşAllah.
    Əllahummə səlli əla muhammədin və ali muhamməd

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.