Şeyx! Əgər peşmansansa qalx!
Höccətul-islam vəl-müslimin hacı şeyx Əli Əkbər Qəhtani dostlarının dilindən nəql edir:
Mərhum atam, hacı Hüseyn İsmaili çox inanılmış şəxs idi. Dəfələrlə mənə nəql etmişdir ki, Məşhədə səfərimdə Şirazdan olan bir qoca kişi ilə yoldaş oldum. Yol arası mənə dedi ki, dəfələrlə Kərbəlaya ziyarətə getmişdir. Ondan soruşdum ki, bu səfərlərin arasında o şəxsiyyətdən kəramət görmüsənmi? Dedi: Bəli!
Bir neçə dəfə Kərbəla ziyarətindən sonra bir dəfə ziyarətə gedəndə öz-özümə dedim:
Ya Əbul Fəzl Abbas (əleyhissalam)! İstəyirəm ki, Kərbəlada öləm və burada da torpağa tapşırılam. Dərhal xəstələndim. Vəziyyətim çox ağırlaşdı. Cümə gecəsi dostlara dedim: Bu gecə məni Həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) qəbri kənarına aparın və sübh gəlib baxarsınız, əgər ölsəm burda dəfn edərsiniz, yox əgər sağ qalsam sizinlə qayıdacağam. Dostlarım məni qəbrin kənarına apardılar. Gecə yarısı Kərbəlada ölmək fikrindən peşiman oldum. Vətən havası burnuma gəldi. Ərz etdim:
Ağacan! Peşiman olmuşam! Siz bəni haşimlə zarafat da etmək olmur! Mən zarafat edirdim. Burda ölmək istəmirəm. Özümdən getdim. Bu arada gördüm ki, ağa mübarək zirehdən çıxıb ayağının ucu ilə bədənimə işarə edib buyurdu:
Şeyx! Əgər peşimansansa qalx ayağa!?
Ayıldım. Özümdə xəstəlikdən heç bir əsər-əlamət görmədim.
Kitabın adı: Qəməri Bəni Haşim Əbülfəzl Abbasın (əleyhissalamın) nurlu çöhrəsi
Müəllif: Əli Rəbbani Xalxali