Qəbir sıxıntısı (təzyiqi) həqiqətdir
Əllamə Məclisi "Həqqül-yəqin”də buyurmuşdur: Qəbir sıxıntısı, onun savab və cəzasını bütün müsəlmanlar qəbul edir. Mö”təbər hədislərdən aydın olur ki, qəbir sıxıntısı əsl bədən üçündür. Bu sıxıntı ümumi deyildir, yə”ni hamıya aid deyildir və günahkarlara məxsusdur. (Eləcə də, onun şiddətli və ya zəif olması günahla əlaqəlidir.)
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Mö᾽min üçün qəbir sıxıntısı ondan zay olan şeylərin, ilahi ne᾽mətləri zay, puç etməsinin kəffarəsi, cəriməsidir.” Mərhum Kuleyni Əbu Bəsirdən olan mö”təbər sənəd əsasında rəvayət edir ki, o deyib: "Həzrəti Sadiq (əleyhissalam)-dan soruşdum ki, kimsə qəbir sıxıntısından nicat tapacaqmı”? Buyurdu: "Çox az adamların azad olacağı şeydən Allaha pənah aparıram!”
Qızı Rüqəyyə vəfat etdiyi zaman Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onun qəbri üstə durub, başını göyə qaldırdı, gözlərindən yaş axıtdı və camaata buyurdu: "Bu məzlum qıza edilənlər yadıma düşdü, qəlbim riqqətə gəldi, Rəhim Allahdan istədim ki, onu mənə bağışlayıb, qəbir sıxıntısından azad etsin.” (Allah onu Həzrət Rəsula bağışladı).
Qəbir sıxıntısı günah səbəbindən olduğu üçün, az adam tapılar ki, ondan azad olsun. Hətta evdə qadınla, uşaqla pis rəftar da qəbir sıxıntısına səbəb olar. Buna şahid gətirmək, həmçinin, qəbir sıxıntısının əhəmiyyətini, ondan çox az adamın nicat tapacağını bilmək üçün Sə᾽d ibni Məaz barəsindəki məşhur hədisi zikr edirik:
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb