Beytül-malın toplanması
Zahiri hakimiyyət və qüdrət Harunun əlində olsa da, o yalnız camaatın "cisminə” "quru bədəni”nə hakimlik edirdi. Qəlblərdə isə heç bir yeri yox idi. Qəlblərə hakim durmaq ancaq İmam Kazim əleyhissəlama məxsus idi. O Həzrətin ümumi fikirlərdəki məhəbbəti sayəsində mübariz və açıqfikirli müsəlmanlar öz malının xümsünü eləcə də, beytül-mala mənsub olan digər vergiləri o Həzrətin hüzuruna göndərirdilər. Harun bundan heç də xəbərsiz deyildi. Çünki o öz casusları vasitəsilə geniş İslam dövlətinin o tərəf-bu tərəfindən müsəlmanların İslam vergilərinin İmam Kazim əleyhissəlama göndərməsi xəbərini əldə edirdi. Casuslar deyirdilər ki göndərilən bu vergilər o qədər olurdu ki İmam Kazim (əleyhissəlam) bunları toplamaq üçün beytül-mal sandıqı hazırlamışdı.
Kitabın adı: İmam Museyi-Kazim əleyhissəlamın həyatı
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.