Həzrəti Peygəmbər səlləllahu ələyhi və alehi və səlləm buyurmuşdur:
《Həqiqətən cümə günü, günlərin agasıdır, Allah yanında 《Fitr》və《Qurban》bayramları günündən dahada fəzilətlidir.
Cümə günündə beş xüsusiyyət vardır.
1. Allah-taala Adəmi cümə günündə xəlq etdi;
2. Cümə günündə Adəmi yerə endirdi;
3. Cümə günündə Adəmi qəbzi-ruh etdi;
4. Cümə günündə elə bir saat vardır ki, bəndə haram işdən başqa hər nə isdəsə , Allah taala onun istədiyini əta edər;
5. Bütün müqərrəb mələklər, göylər, küləklər, daglar, səhralar və dənizlər cümə günündən qorxurlar ki, qiyamət günü başlanacaqdır.
Cümə gününün namazı
İmam Həsən Əsgəri əleyhissalam buyurmuşdur: Cümə günü dörd rəkət namaz qılıb, onun hər rəkətində 《Həmd》,《Təbarəkəlləzi biyədihil-mülk》 və 《Hamim səcdə》surələrini oxuyan şəxsi Allah taala behiştə daxil edər, onun ailə üzvləri haqqındakı şəfaətini qəbul edər, onu qəbir sıxıntısından və qiyamət gününün qorxularından amanda saxlayar.
Ravi Həzrətdən soruşdü: 《Bu namazları günün hansı vaxtında qılmaq lazımdır?
Həzrət buyurdu: 《 gün cıxandan , günortaya qədər.》
Cümə gününün duası
Bismillahir-Rəhmanir-Rəhim Əlhəmdulillahil-əvvəli qəbləl-inşai vəlihya, vəl-axiri bə'də fənail-əşya' əl-əlimilləzi la yənsa mən zəkərəh' və la yənqusu mən şəkərəh'və la yəxibu mən dəah' və la yəqtə'u rəcaə mən rəcah'
Allahummə inni uşhidukə və kəfa bikə şəhida, və uşhidu cəmiə məlaikətikə və sukkani səmavatikə və həmələti ərşik və mən bə'əstə min ənbiyaikə və rusulik, və ənşə'tə min əsnafi xəlqik, ənni əşhədu ənnəkə əntəllahu la ilahə illa ənt, vəhdəkə la şərikə ləkə və la ədil, və la xulfə liqəv-likə və la təbdil, və ənnə Muhəmmədən səlləllahu ələyhi və alihi əbdukə və rəsuluk, ədda ma həmməltəhu iləl-ibad, və cahədə fillahi əzzə və cəllə həqqəl-cihad, və ənnəhu bəş-şərə bima huvə həqqun minəs-səvab, və ənzərə bima huvə sid-qun minəl-iqab. Allahummə dəbbitni əla dinikə ma əhyəytə-ni və la tuzig qəlbi bə'də iz hədəytəni, vəhəb li min lə-dunikə rəhmətən innəkə əntəl-vəhhab, səlli əla Muhəmmədin və əla ali Muhəmməd, vəc'əlni min ətbaihi və şi'ətih, vəhşurni fi zumtərihi və vəffiqni li ədai fərzil-cumuat, və ma əvcəbtə ələyyə fiha minnət-taat, və qəsəmətə li əhliha minəl-ətai fi yəvmil-cəza, innəkə əntəl-əzizyl-həkim.
Bagışlayan və mehriban Allahın adı ilə Həmd olsun hər şeyin dirilib inşa edilməsindən qabaq olan, və hər şeyin fani olmasından sonra qalan hər şeyi bilən Allaha, elə bir Allah ki, Onu yad edənləri unutmaz, Ona şükr edənləri naqis etməz, Onu çagıranları mə'yus etməz, Ona ümüd baglayanların ümidini kəsməz.Pərvərdigara mən Səni şahid tuturam və Sən şahidlik cəhətindən hər şeyə kifayətsən; habelə, Sənin bütün mələklərini , asimanlarının sakinlərini, ərşini həml edənləri, göndərdiyin Peygənbərləri, Rəsulları, yaratdıgın məxluq növlərini şahid tuturam ki, həqiqətən mən şəhadət verirəm ki, Səndən başqa ibadətə, pərəstişə layiq olan heç bir mə'bud yoxdur, təksən, şərikin və müqabilin yoxdur, Öz sözünə vəfasiz çıxmazsan , dəyişdirməzsən.Həmçinin (şəhadət verirəm ki, ) Muhəmməd (Sənin salamın ona və onun Əhli-beytinə olsun ) Sənin bəndən, rəsulun olub onun öhdəsinə qoydugun ilahi risaləti layiqincə bəndələrinə yetirdin.Allah yolunda layiqcəsinə cihad etdi, haqq olan savaba müjdə verib, sadiq olan cəzalardan çəkindirdi.Pərvərdigara nə qədər ki, diriyəm, Məni öz dinində sabitqədəm et və qəlbimi, hidayət olunduqdan sonra azgınlıga salma, öz yanından mənə rəhmət əta et, həqiqətən Sən, çox bəxşiş edənsən; İlahi, Muhəmməd və onunƏhli-beytinə salavat göndər, məni onun həqiqi işlərindən, ardıcıllarından qərar ver, məni onun zümrəsində məhşərə gətir, və cümə gününün vacibi əməllərini və ibadət, itaətləri yerinə yetirməkdə məni müvəffəq et, cümə günlərinin əhlinə qiyamət günündə verəcəyim ətadan (məhrum etmə ) həqiqətən Sən izzətli və hikmətlisən .