» » Şeytanın duası


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Şeytanın duası
Müəllif: Gunahkar Bende | 4-12-2013, 16:45 | Baxılıb: 0

Şeytanın duası

Gecənin ən qaranlıq vaxtı idi. Bütün insanlar və qarışqalar öz yuvalarında yatırdılar. İnsansızlıqdan qapısını toz basmış məscid kimsəsiz küçələrin dərin qaranlığında, əbədi sükutunda tənhalıq yuxusunda idi. Qəribə bir bürkü var idi. Bu şəhərin yuxusunda qəribə bir hürkü var idi. Bu şəhər gündüzləri bərbəzəklə bəzənən, süslənən, daranan, gecələri isə bütün süni bəzəklərini çıxarıb yataqlarında uyuyan əsl simalarında eybəcər olan gözəlçələrə bənzəyirdi. Bu şəhər çirkin yağışdan sonra qalan gölməçələrə bənzəyirdi. Heç bir canlı bu dərin sükutu pozmağa cəsarət etməzdi. Amma cəsarətli bir kəs addım səsləri ilə bu sükutu pozdu. Qara libasına bürünmüş bu yad qaranlığa qarışaraq addımlayırdı. Qara uzun paltarı yer ilə sürünür, sanki bütün zülməti özü ilə dartıb aparırdı. Yavaşca məscidin qapısını açdı. Qapı tük ürpədici bir səs çıxardı. Bu məscidin çəkdiyi “ah” idi. Axır ki onu yada salan olmuşdu. Amma bu sevinc “ah”ı bir an içində qəm fəryadına çevrildi. Məscidin qonağı var idi. Amma bu qonağı məscid heç gözləmirdi. Qara uzun libasına bürünmüş qaranlıqdan seçilməyən bu simada qan rəngli iki göz parlayırdı. Bu şeytan idi.

Şeytan məscidin çirkli xalçasına,rəflərdəki toz basmış Qur’anlara, köhnə minbərə baxdı. Bu mənzərə onu dəhşətə gətirdi. Sonuncu dəfə məscidə girəndə yüzlərlə minlərlə müsəlman ona o qədər lənət yağdırmışdı ki, çıxış yolu tapmayıb özünü minarədən atmış və üç gün özünə gələ bilməmişdi. İndi isə boş məscidə baxır və yazığı gəlirdi. Düşmənlərinə yazığı gəlirdi. Bir az irəlilədi, üzünü Qibləyə tutdu və diz çökdü.O özü də bilmirdi nə edirdi. Amma əlacı yox idi. Əllərini açdı və duasına başladı.


Bismilləhirrahmənirrahim”

“Ey uca və qüdrətli Allah, sənə dua etmədiyim 100000 il oldu. Özün bilirsən sənin rızan üçün necə darıxmışam. Keçmiş vaxtlar yadıma düşür.Cəbrayıl, Mikayıl, İsrafil, Əzrayıl yadıma düşür.Sənə etdiyim ibadətlər yadıma düşür. Mən sənə hər kəsdən yaxın olmuşdum. Mən xoşbəxt idim. Sonra sən insanı yaratdın. Və mən günaha batdım. Böyük günaha. Məni oradan qovdun. Mənə Cəhennəmi qismət etdin. Yox,mən tövbə etməyə gəlməmişəm. Sözümüz sözdür. Qiyamət gününə kimi insanları sənin yolundan çıxaracağıma söz vermişdim. Sən də mənə vaxt verdiyini söz vermişdin. Amma indi hər şey başqa cürdür. Əvvəllər mən insanları sənin yolundan çıxara bilirdim. İndi isə heç kəsi yoldan çıxara bilmirəm. Heç kəsi pis yola sala bilmirəm. Çünki insanlar özləri pis yola gedir. Mənə heç ehtiyacları yoxdur. Məni də üzən,kədərləndirən elə budur. Özümü çox lazımsız hiss edirəm. Heç bir işə yaramayan bir məxluq oldum. Həyatımın mənası insanları pis yola çəkmək idi. İndi isə həyatımın mənası itib. Yalvarıram uca Allah mənim bir duamı qəbul et. Yalvarıram dünyaya yaxşı insanlar gətir. Mən də onları yoldan çıxarmağa çalışım. Boş durmayım. Boş durmaqdan ürəyim partlayır. Yalvarıram dünyaya yaxşı insan gətir.”Qara libaslı bu yad duasını bitirib, göz yaşlarını silib yavaş-yavaş addımlayıb məsciddən çıxdı.

Qara libası yerle sürünrək qaranlığa qarışdı və qara libaslı yad zülmətdə yox oldu.                                                                                                                                                                                                                                                              

 
 
Bölmə: Hekayələr
Şərhlər: 14
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: firengiz | Status: İstifadəçi Offline | 10 Eylül 2015 11:39 | İstifadəçi | Şərh yazdı
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM.ƏUZİ BİLLAHİ-MİNƏŞŞƏYTANİR-LƏİNİL-RƏCİM.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 19 Temmuz 2015 06:53 | Sayt nəzarətçisi | Şərh yazdı
Allahim seytanin fitnesinden vesvesesinden sene siginiram Ozun bizi oz basimiza buraxma helak olariq Allahim Sene penah apariram cunki Sen qoruyucularin en guclususen 

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 19 Temmuz 2015 04:56 | İstifadəçi | Şərh yazdı
Allahim bizim bilmeyerek etdiyimiz gunahlari baqiwla bize komek ol weytanla mubarize aparaq ve biz weytani meqlub edek Amin

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Elya | Status: İstifadəçi Offline | 28 Haziran 2014 00:26 | Redaktor | Şərh yazdı
Maraqli hekayedi Allah razi olsun lenetlenmis seytanin serinden Allahim sene siginiriq.
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 29 Mayıs 2014 17:21 | Redaktor | Şərh yazdı
ALLAH RAZI OLSUN BACIM. ALLAH SEYTANA LENET ELESIN BIZI SEYTANIN SERINDEN QORUSUN.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: .:.Esqi_Kerbela.:. | Status: İstifadəçi Offline | 23 Aralık 2013 16:50 | İstifadəçi | Şərh yazdı
ALLAH HER KESDEN RAZI OLSUN VE BIZLERI SEYTANIN SERINDEN FITNESINDEN QORUSUN AMIN

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: ♥kerbubela♥ | Status: İstifadəçi Offline | 4 Aralık 2013 20:20 | İstifadəçi | Şərh yazdı
İndi isə heç kəsi yoldan çıxara bilmirəm. Heç kəsi pis yola sala bilmirəm. Çünki insanlar özləri pis yola gedir. Mənə heç ehtiyacları yoxdur.... Allah lenet etsin iblise ve onun cinsinden olanlara Allah bizleri hidayet etsin inwallah gorun ne qeder insan alcalib men chox subhe gorurem ki cehennemde yer olmayacag bezileri ucun (tovbe)
Gunahkar Bende,
baci Allah razi olsun ellerin derd gormesin cehennem odundan uzag cennet mekaninda olasan inwallah

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Təhminə | Status: İstifadəçi Offline | 4 Aralık 2013 17:56 | İstifadəçi | Şərh yazdı
Gör nə vəziyyətə gəlmişik Allahım.
Təşəkkürlər hekayə üçün.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Gunahkar Bende | Status: İstifadəçi Offline | 4 Aralık 2013 17:50 | İstifadəçi | Şərh yazdı
salam men butun momun baci ve qardaslari,"GUNAHKAR BENDE" qrupuna devet edirem bizim qrupumuzun sertleri cox asantdi heftenin bir gunu yeni 4 ci gunun gecesi saat 04:30 da durub gece namazi qiliriq ve 5 ci gun oruc oluruq.sadece heftenin bir gununu bele deyerlendirsek biz 5 aya bir ilimizi oruc qezasini tutacayiq.ALLAHA BORCUMUZU QAYTARMALIYIQ. ALLAH size komek olsun.indi qrupumuzda 10 nefer var.istesez bura serh yaza bilersiz

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: miryaqub | Status: İstifadəçi Offline | 4 Aralık 2013 17:35 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun.Allah seytana lenet etsin.

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.